Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
"Report" xəbər verir ki, bu bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik bağlarının yaranmasında mühüm rol oynayır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verib. 1991-ci il dekabrın 16-da Azərbaycan xalqınının Ümummilli Lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların bayram kimi qeyd olunur. Bu gün Azərbaycan diasporu üçün ən mühüm və əlamətdar bayramlardan biridir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, azərbaycanəsilli diaspor nümayəndələri də qeyd edirlər.
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq xalq Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Azərbaycan Ordusu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkənin ərazi bütövlüyünü bərpa edib.
2023-cu ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı isə cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində dövlət bayrağını ucaldıb. İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndidə keçirilən hərbi paradda çıxışında bildirib:
"Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik".
44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, antiterror əməliyyatı zamanı da dünya azərbaycanlılarının həmrəylik nümayiş etdirməsi, Azərbaycan Prezidentinin ətrafında sıx birləşməsi xalq arasında sarsılmaz bağların mövcudluğunun göstəricisidir. Bu birliyin və birlikdə əldə edilmiş gücün sayəsində bu gün azərbaycanlılar dünyanın bütün nöqtəsində başıuca gəzirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 812 Tarix: 31 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...
Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya
07.09.2026 329 Qızıl almaq istəyənlərin nəzərinə
Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır. 1 unsiya qızılın qiyməti 7 605,49 manat təşkil edi
07.09.2026 190 Antarktida illərlə buz itirdi, sonra qəfil yüz milyardlarla ton topladı
Antarktida müvəqqəti olaraq ümumi ərimə tendensiyasına zidd proses nümayiş etdirərək buz kütləsini artırıb. Alimlər bunun səbəbini buzlu qitədən minlərlə kilometr uzaqda, tropiklərdə aşkar ediblər. Qaynarinfo "Spiders Web"ə istinadən xəbər verir ki, təxminən iki il ərzində Antarktidada il
07.09.2026 184 Bakıda yeni tikilən binada yanğın - Fotolar
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr
07.09.2026 227 Bəzi yerlərə leysan yağır, şimşək çaxır: Güclü külək əsir - FAKTİKİ HAVA
Sentyabrın 7-si saat 15:30-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir. Bəzi yerlərd
07.09.2026 236 Kart məlumatlarınızı heç kimə verməyin: Fırıldaqçılar bu üsullardan istifadə edir
"Bank kartlarından istifadə edən şəxslər son zamanlar müxtəlif üsullarla həyata keçirilən dələduzluq cəhdlərinə qarşı diqqətli olmalıdırlar. Xüsusilə tanımadığınız şəxslərin kredit, dövlət proqramı və ya müxtəlif ödənişlər adı ilə kart məlumatlarını tələb etməsi ciddi risk yaradır". Bunu BİG.AZ-
07.09.2026 304 İranın nümayəndə heyəti ABŞ-a gedə bilər - Bəqai
Əgər ABŞ öz öhdəliklərini yerinə yetirərsə və İran nümayəndə heyətinə vaxtında viza verərsə, İran BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməyi planlaşdırır. xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. Bəqainin sözlərinə görə, Tehran bu platformada
07.09.2026 194 İpoteka, gəlirlər, tikinti xərcləri... Mənzil qiymətlərini nə bahalaşdırır?
"Mənzil qiymətlərinin artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada eyni vaxtda bir neçə fundamental amil fəaliyyət göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri, ipoteka və kredit imkanları, həmçini
07.09.2026 172 Diqqət! Süni intellekt dələduzların işini asanlaşdırdı - Ən təhlükəli üsullar
"Kiberdələduzluq dünyası daim inkişaf edir. Lakin süni intellekt (Sİ) texnologiyalarının ortaya çıxması ilə dələduzluq üsulları tamamilə yeni və daha təhlükəli mərhələyə keçib. Hazırda ən yeni kiberdələduzluq metodlarını bir neçə əsas qrupda ümumiləşdirmək mümkündür". Bunu BİG.AZ-a açıqlamasınd
07.09.2026 229