Novruz bayramı ərəfəsində qiymətlər dəyişəcək - İqtisadçıdan AÇIQLAMA

Novruz bayramı ərəfəsində qiymətlər dəyişəcək - İqtisadçıdan AÇIQLAMA2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 62 milyon 757 min ABŞ dolları dəyərində 60 min 464 ton düyü idxal olunub. Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 18.7 faiz və ya 9 505 ton, dəyər baxımından isə 35.4 faiz və ya 16 milyon 378 min dollar çoxdur. 2023-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 36 milyon 685 min ABŞ dolları dəyərində 41 min 38 ton düyü gətirilib. Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün hər tonunun orta idxal qiyməti 14 faiz artaraq 1 038 ABŞ dollarına bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 910 ABŞ dolları təşkil edib.

Qarşıdan Yeni il gəlir. İnsanlar artıq bayram üçün alış-veriş etməyə başlayıb. Düyünün idxal qiymətinin bahalaşması marketlərdəki qiymətə necə təsir edib?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Düyünün orta qiyməti 5 manat 50 qəpikdən başlayır"

İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, düyünün bazar qiymətində artım yox, əksinə, azalma müşahidə edilir: "Hər bayramqabağı digər qida məhsulları kimi düyüyə də tələbat artır. 14 faizlik artım idxal edilən məhsulun yalnız bir tonuna şamil olunacaq. Bu səbəbdən artımın vətəndaşın büdcəsinə o qədər də təsir edəcəyini düşünmürəm. Düyünün orta qiyməti 5 manat 50 qəpikdən başlayır. Bu sahədə digər qida məhsullarından fərqli olaraq, işbazların qiymət artımı yoxdur. Əksinə, endirimli qiymətlər mövcuddur. Bayram ərəfəsi tələbat olduğu üçün sahibkarlar satış həcmindən qazanır".

"Novruz bayramında qiymətlər dəyişəcək"

G.Hüseynovanın fikrincə, hazırda qiymətlərdə artım müşahidə edilməsə də, bayramdan sonra cüzi bahalaşma ola bilər: "Bir kiloqram üçün artım 55-60 qəpik gözlənilir. Novruz Bayramı ərəfəsində alıcı artıq həmin məhsulu yeni qiymətlərlə alacaq. Sahibkarın bayramqabağı kampaniyası və ya hər hansı endirimi də ola bilər. Bu səbəbdən konkret rəqəm demək olmur. Dünyada gedən proseslər, ölkələrin iqtisadi vəziyyəti, inflyasiya, iqlim kimi faktorlar qiymətə təsir edir".

İqtisadçı bildirib ki, xarici valyutanın məzənnəsi sabit qalsa da, sahibkar üçün bu vəziyyət fərqlidir: "Bir milyon manatlıq məhsula 140.000 manat artıq vəsait ödəyir. Qiyməti artırmağa məcburdur. Qiymətləri tənzimləmək üçün ilk növbədə yerli istehsala yönəlib idxal məhsulunu bazardan çıxarmaq, qısa müddətdə mümkün olmadıqda, güzəştli idxal gömrük rüsumları ilə ölkəyə daxil etmək lazımdır. Lakin düyü yüksək tələbat olmayan məhsul olduğu üçün bu seçimlərin ikisi də hazırda gözlənilmir".

"Qiymətin sabitləşməsi üçün tədbirlər görülür"

İqtisadçı Rauf Qarayev isə deyib ki, daxili bazarımızın böyük hissəsini ixrac məhsulları tutur: "Düyü istehsalımız tələbatı ödəmədiyindən digər ölkələrdən düyü idxal etməyə məcburuq. Pakistan düyüsü ilə bağlı Nazirlər Kabinetinin qərarı 2022-ci ilin dekabrından qüvvəyə minib və 31 dekabr 2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilir. Pakistan düyüsünün gömrük rüsumundan azad edilməsi ilə oradan gətirilən düyü miqdarı artıb".

R.Qarayev əgər qiymətlərdə süni artımlar olarsa, atılmalı vacib addımlardan da bəhs edib: "Bayramla əlaqədar düyünün qiymətinin o qədər də artacağını düşünmürəm. Çünki düyüyə olan tələbatın artması daha çox Novruz bayramına təsadüf edir. Həmin bayramda çərşənbələr zamanı insanlar plov bişirir. Həmçinin ölkəmizin düyüyə olan tələbatı digər qonşu ölkələrlə müqayisə etdikdə xeyli azdır. İdxal qiymətlərinin yüksəlməsi də düyü qiymətlərinin artımına səbəb olmayacaq. Çünki qiymətin sabitləşməsi üçün tədbirlər görülür. Əgər süni qiymət artımları olarsa, bunun qarşısının alınması üçün digər ölkələrdən gətirilən düyülər də vergi və gömrük rüsumlarından azad edilə bilər. Bu da effekt verməzsə, düyü istehsalımızın artırılması üçün tədbirlərin görülməsinə ehtiyac yaranacaq".

"Yerli düyü tələbatı ödəmir, amma xaricə göndərilir"

İqtisadçı bildirib ki, Azərbaycanda da düyü istehsal edilir. Lakin qiyməti baha olduğundan daha çox xaricə ixrac olunur: "Azərbaycan düyüsü idxal edilənlərdən qat-qat keyfiyyətlidir. Bizdə düyünün yetişdirilməsi baha başa gəlir. Həmçinin ildə bir dəfə əkilir. Maya dəyərinin yüksək olması da qiymətini qaldırır. Ölkəmizdə əkilən düyünün ixracı həyata keçirilir, Rusiya bazarlarına çıxarılır. Yerli düyünün qiyməti baha olduğundan insanların seçimi əsasən xarici məhsullar olur".

R.Qarayev düşünür ki, bazarda yerli məhsula tələbat olmasına da çalışmaq lazımdır: "Yaxşı olardı ki, məhsulumuz yerli tələbatımızı tam ödədikdən sonra xaricə getsin. Lakin bizim fermerlərimiz məhsullarını daxilə yox, xaricə çıxarmağa daha maraqlıdırlar. Ümumiyyətlə, maya dəyəri daha ucuz başa gələn məhsulların yetişdirilməsinə çalışmaq lazımdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 670   Tarix: 31 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həyatımızın ən böyük itkisi - İnsana vaxt ayırmaq...

Bir vaxtlar toy evindən gələn səs bütün məhəlləyə yayılardı. Qapılar açıq qalardı, süfrəyə kimin oturacağının hesabı aparılmazdı. Kimsə qohum idi, kimsə qonşu, kimsə uzaqdan gəlmiş tanış. Fərqi yox idi. Toy bir evin yox, hamının sevinci sayılırdı. Yas düşəndə isə başqa bir mənzərə yaranardı: həyətə aya

07.09.2026 329
.

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır. 1 unsiya qızılın qiyməti 7 605,49 manat təşkil edi

07.09.2026 190
.

Antarktida illərlə buz itirdi, sonra qəfil yüz milyardlarla ton topladı

Antarktida müvəqqəti olaraq ümumi ərimə tendensiyasına zidd proses nümayiş etdirərək buz kütləsini artırıb. Alimlər bunun səbəbini buzlu qitədən minlərlə kilometr uzaqda, tropiklərdə aşkar ediblər. Qaynarinfo "Spiders Web"ə istinadən xəbər verir ki, təxminən iki il ərzində Antarktidada il

07.09.2026 184
.

Bakıda yeni tikilən binada yanğın - Fotolar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr

07.09.2026 227
.

Bəzi yerlərə leysan yağır, şimşək çaxır: Güclü külək əsir - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 15:30-a olan faktiki hava açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir. Bəzi yerlərd

07.09.2026 236
.

Kart məlumatlarınızı heç kimə verməyin: Fırıldaqçılar bu üsullardan istifadə edir

"Bank kartlarından istifadə edən şəxslər son zamanlar müxtəlif üsullarla həyata keçirilən dələduzluq cəhdlərinə qarşı diqqətli olmalıdırlar. Xüsusilə tanımadığınız şəxslərin kredit, dövlət proqramı və ya müxtəlif ödənişlər adı ilə kart məlumatlarını tələb etməsi ciddi risk yaradır". Bunu BİG.AZ-

07.09.2026 304
.

İranın nümayəndə heyəti ABŞ-a gedə bilər - Bəqai

Əgər ABŞ öz öhdəliklərini yerinə yetirərsə və İran nümayəndə heyətinə vaxtında viza verərsə, İran BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməyi planlaşdırır. xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. Bəqainin sözlərinə görə, Tehran bu platformada

07.09.2026 194
.

İpoteka, gəlirlər, tikinti xərcləri... Mənzil qiymətlərini nə bahalaşdırır?

"Mənzil qiymətlərinin artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada eyni vaxtda bir neçə fundamental amil fəaliyyət göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri, ipoteka və kredit imkanları, həmçini

07.09.2026 172
.

Diqqət! Süni intellekt dələduzların işini asanlaşdırdı - Ən təhlükəli üsullar

"Kiberdələduzluq dünyası daim inkişaf edir. Lakin süni intellekt (Sİ) texnologiyalarının ortaya çıxması ilə dələduzluq üsulları tamamilə yeni və daha təhlükəli mərhələyə keçib. Hazırda ən yeni kiberdələduzluq metodlarını bir neçə əsas qrupda ümumiləşdirmək mümkündür". Bunu BİG.AZ-a açıqlamasınd

07.09.2026 229
.