Stüardessa Hökumə Əliyevanın evindən REPORTAJ

Stüardessa Hökumə Əliyevanın evindən REPORTAJ"Hökumə üçün hansı gözəl sözü desəm, azdır. Çox tərbiyəli, savadlı, qabiliyyətli, əl bacarığı olan xanım idi. Həmişə tərbiyəsi, savadı, oturuşu-duruşu ilə hər kəsə nümunə olurdu".

Bunu Baku TV-də yayımlanan "Arzunun vaxtı" verilişində təyyarə qəzasında həlak olan Azərbaycanın Milli Qəhrəmanı, stüardessa Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev deyib.

Onun sözlərinə görə, H.Əliyeva hər zaman öhdəliklərini layiqincə və düzgün şəkildə icra edib:

"Uçuşda olanda insanlara ürək-dirək verirdi, onları təsəlli edirdi, hər şeyi başa salırdı. İzah edirdi ki, qorxmağa, narahat olmağa heç bir əsas yoxdur. "Hamımız birlikdə gedirik, birlikdə də qayıdacağıq" deyirdi".

E.Əliyev təyyarə qəzası barədə məlumatı bacısından öyrəndiyini söyləyib:

"Bacım dedi ki, iş qrupunda təyyarənin qəzaya uğradığı yazılıb. Eşidəndə dizlərim qırıldı. Onun cəsarətini, şücaətini Azərbaycan xalqı, bütün dünya gördü. Xalqımızın başı sağ olsun, böyük faciədir. Arzu edirəm ki, onun kimi şərəfli ölüm mənə də qismət olsun".

Hökumə Əliyevanın həyat yoldaşı ən çox onun təmiz ürəyi, şirin sözləri üçün darıxacağını söyləyib:

"O qədər yaxşı xüsusiyyətləri var idi ki, bilmirəm, hansı birini deyim. Onu həmişə "mələyim" deyə çağırardım. Hökumə həyatımın bələdçisi idi. Həmişə onunla səmimi olmuşuq. Nə sözümüz olub demişik, açıqsözlü olmuşuq. Biz bir-birimizə dayaq idik. Çətin anlarda bir-birimizin əlindən tuturduq, dərdlərimizi, fikirlərimizi bölüşürdük. Var ömür-gün yoldaşı, bir də var ömrüm, günüm. O mənim ömrüm, günüm idi. Hökumənin vəfatı ilə həyatım, ömrüm getdi".(oxu.az)

Ətraflı süjetdə:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1140   Tarix: 31 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şənbə günü yağış yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 25-də səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

24.04.2026 379
.

Şəhid Elçin Kərimbəylinin Anım günü qeyd edildi

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəylinin Anım günü qeyd edilib. Şəhid Elçin Kərimbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qarşısına çiçəklər qoyuldu.1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərb

24.04.2026 227
.

Karlo Ançelotti Çempionlar liqasının favoritini açıqladı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının əsas favorit komandasını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, onun sözlərinə görə, bu mövsümün favoriti PSJ-dir. Çempionlar Liqasının yarımfinalında Fransa çempionu PSJ Almaniya çempionu "Bavariya", "Atletiko"

24.04.2026 331
.

Tehrandan beynəlxalq uçuşlar bərpa olunur

İran uzun fasilədən sonra beynəlxalq hava əlaqəsini yenidən açır. "Qafqazinfo" xəbər verir ki, bu barədə İmam Xomeyni Beynəlxalq Hava Limanından "Tasnim"ə bildirilib. Qeyd edilib ki, ilk mərhələdə İstanbul, Mədinə və Məsqət istiqamətlərinə uçuşlar həyata keçiriləcək. Sözügedən istiqamətlə

10:33 143
.

Elvin Cəfərquliyevlə bağlı YENİ XƏBƏR - "Neftçi"yə gedir

"Qarabağ"da intizam qaydalarını pozduğuna görə, klubun əvəzedici heyətinə göndərilən müdafiəçi Elvin Cəfərquliyevlə bağlı yeni məlumat yayılıb. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Elvin Cəfərquliyev "Neftçi" klubuna keçə bilər. Məlumata görə, mövsümü

24.04.2026 346
.

Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir. "Qafqazinfo" xəbər verir ki, Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilir

12:02 167
.

DİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilər

Aprelin sonundan may ayının ortalarına qədər "Eta Aquarid" meteor yağışı müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə, meteor yağışının maksimum aktivliyi 5-6 may tarixlərinə təsadüf edəcək. Meteorlar təxminən 6

24.04.2026 317
.

Almaniya Hörmüz boğazı üçün gəmilərini əvvəlcədən Aralıq dənizinə göndərir

Berlin Hörmüz boğazında mümkün əməliyyat üçün Bundestaqdan icazə alma prosesini sürətləndirmək məqsədilə əvvəlcədən Aralıq dənizinə hərbi gəmilər göndərməyi planlaşdırır. xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Rheinische Post qəzetinə müsahibəsində bildirib. Nazirin sözlərin

10:18 143
.

Müharibə naziri: İran ABŞ və İsrail gəmilərini saxlamayıb

İranın saxladığı gəmilər ABŞ və ya İsrailə məxsus deyil. APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün brifinq zamanı deyib. O, İranın AK-47 avtomatları və kiçik qayıqlarla sadəcə təsadüfi gəmiləri saxladığını bildirib: "Həmin gəmiləri bu silahları olan hər kəs saxlaya bilərdi"

24.04.2026 276
.

TOP MP3