Azərbaycan Kadırovun yardım təklifini qəbul etmədi
Çeçenistan hakimiyyəti bir gün əvvəl bildirmişdi ki, "Ramzan Kadırovun göstərişi ilə onlar Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların və yaralananların bütün ailələrinə maddi və digər yardım göstərməyə hazırdırlar".
BiG.AZ-ın məlumatına görə, Day.Az-a Azərbaycan Prezident Administrasiyasından bildirilib ki, ölkənin heç bir köməyə ehtiyacı yoxdur və belə bir köməyi qəbul etməyəcək.
"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - deyə bildirilib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1530 Tarix: 27 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilə
07.09.2026 218 İpoteka, gəlirlər, tikinti xərcləri... Mənzil qiymətlərini nə bahalaşdırır?
"Mənzil qiymətlərinin artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada eyni vaxtda bir neçə fundamental amil fəaliyyət göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri, ipoteka və kredit imkanları, həmçini
07.09.2026 169 Benzema bu klubda pulsuz oynamağa razı oldu
Səudiyyəlilər oyunçunu buraxmaqdan imtina ediblər və bu da hücumçunun doğma çempionatına potensial qayıtmasına mane olub. -ın xarici mediaya istinadən məlumatına görə, fransız hücumçusu Kərim Benzema Liona qayıtmaq niyyətindədir. Xatırladaq ki, 38 yaşlı oyunçu "Lion"un gənclər sisteminin yetirməsidi
07.09.2026 197 Bütün dövrlərin stil ikonası seçildi - Kimləri geridə qoydu? (SİYAHI)
Mərhum Britaniya şahzadəsi Diana yenidən ən nüfuzlu stil ikonlarının reytinqinə başçılıq edir. Ölümündən təxminən 30 il sonra o, Merilin Monro, Odri Hepbern, Beyons və digər əfsanəvi qadınları geridə qoyaraq modaya təsirinin hələ də azalmadığını nümayiş etdirib. Qaynarinfo xəbər verir ki, "Dail
07.09.2026 108 Qütb ayılarının neçə yaşı var? - Alimlər onların nə vaxt və harada yarandığını açıqladı
Qütb ayılarının məlum olan ən qədim fosilləri Şpitsbergen adasında və Norveçin şimalında tapılıb. Onların yaşı 115-130 min il olaraq müəyyənləşdirilib. Bu tarix sonuncu buz dövrünün başlanmasından əvvəlki dövrə təsadüf edir. Bununla belə, bəzi bioloqlar qütb ayılarının qonur ayılardan təxminən 600 mi
07.09.2026 102 Kim Kardaşyan ona görə Bakıya gələ bilər
Erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın yeddiqat dünya çempionu, "Formula 1" pilotu Luis Hemiltonu dəstəkləmək üçün Bakıda keçiriləcək Qran-Pridə iştirak edə biləcəyi iddia olunur. -a istinadla xəbər verir ki, bir neçə məşhur şou platforması Kardaşyanın Hemiltonla münasibətlərini
07.09.2026 237 "Mənə bacı deməyin" - Bülent Ersoydan estetik əməliyyat açıqlaması
Türkiyə musiqisinin divası hesab edilən Bülent Ersoy bu dəfə estetik əməliyyatdan sonrakı görünüşü ilə gündəmə gəlib. yerli mediaya istinadən xəbər verir ki, 74 yaşlı sənətçinin üzündəki dəyişiklik izləyicilər tərəfindən diqqət çəkib. "Üzümü lolita kimi etdirdim. Mənə bacı deməyin", - o bildirib
07.09.2026 247 1,8 kilometrdə 200 min insan - Dünyanın ən izdihamlı çimərliyi
Çində yerləşən Dameyşa çimərliyi dünyanın ən izdihamlı çimərliklərindən biri hesab olunur. Bəzi günlər burada insanların sayı o qədər çox olur ki, istirahət edənlər nəinki qum üzərində boş yer tapmaqda, hətta dənizə çatmaqda belə çətinlik çəkirlər. xarici mediaya istinadla xəbər verir ki, Şençjen şəhərind
07.09.2026 189 Corc Kluni ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcək: Aktyor 2028-ci il üçün üç favoritini AÇIQLADI
Corc Kluni nəhayət özünün prezidentlik kampaniyasını istisna edib, lakin gözlənilmədən 2028-ci ildə partiyanı Ağ evə qaytarmaq üçün ən perspektivli namizəd hesab etdiyi üç demokratın adını çəkib. bildirir ki, "Daily Mail" qəzetinin yazdığına görə, Demokratlar Partiyasının ən nüfuzlu donorlarında
07.09.2026 167