İlham Əliyev Ərdoğana təşəkkür etdi

İlham Əliyev Ərdoğana təşəkkür etdiAzərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

BiG.AZ xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Türkiyə Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Ölkəmizin D-8-ə qəbul olunmasının təşkilatın gücləndirilməsinə xidmət edəcəyi ilə bağlı sözlərinizə görə Sizə minnətdaram.

28 il bundan əvvəl Türkiyənin təşəbbüsü və liderliyi ilə yaradılmış bu təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatı daxilində rolunun artması, iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi və yeni imkanların yaradılması, beynəlxalq səviyyədə mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.

Qahirədə D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisi və eyni zamanda bizim üçün xüsusi qürur mənbəyidir. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Əziz Qardaşım,

Fəxr hissi ilə qeyd etmək istərdim ki, dərin tarixi köklər, ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək pillədə qərarlaşmışdır. Sarsılmaz dostluq və qardaşlığımız, siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız və birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillərdəndir.

Noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi yüksək qiymətləndirir, Sizinlə səmimiyyət, qarşılıqlı etimad və mehribanlıq şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 723   Tarix: 20 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilə

07.09.2026 218
.

Seda Sayan 7 milyon manat qazanacaq

Türkiyəli müğənni Seda Sayan reklam layihələrindən əldə edəcəyi yüksək qonorarla gündəmə gəlib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 4 fərqli markanın reklamında yer alaraq kamera qarşısına keçəcək. Bildirilib ki, Seda Sayan hər bir reklam layihəsinə görə 50 milyon lirə qonorar alacaq

07.09.2026 157
.

Bakıda yeni tikilən binada yanğın - Fotolar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr

07.09.2026 165
.

Almaniyada ifrat sağçı AfD seçkidə böyük qələbə qazandı

Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilər ölkənin siyasi mənzərəsində ciddi dəyişiklik nümayiş etdirib. Financial Times yazır ki, ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası seçkidə ən böyük siyasi qüvvəyə çevrilib, lakin parlamentdə mütləq çoxluq əldə edə bilməyib

07.09.2026 206
.

1,8 kilometrdə 200 min insan - Dünyanın ən izdihamlı çimərliyi

Çində yerləşən Dameyşa çimərliyi dünyanın ən izdihamlı çimərliklərindən biri hesab olunur. Bəzi günlər burada insanların sayı o qədər çox olur ki, istirahət edənlər nəinki qum üzərində boş yer tapmaqda, hətta dənizə çatmaqda belə çətinlik çəkirlər. xarici mediaya istinadla xəbər verir ki, Şençjen şəhərind

07.09.2026 189
.

Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA

Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır. Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündə

07.09.2026 233
.

Bütün dövrlərin stil ikonası seçildi - Kimləri geridə qoydu? (SİYAHI)

Mərhum Britaniya şahzadəsi Diana yenidən ən nüfuzlu stil ikonlarının reytinqinə başçılıq edir. Ölümündən təxminən 30 il sonra o, Merilin Monro, Odri Hepbern, Beyons və digər əfsanəvi qadınları geridə qoyaraq modaya təsirinin hələ də azalmadığını nümayiş etdirib. Qaynarinfo xəbər verir ki, "Dail

07.09.2026 108
.

Prezident Əziz Səncəri təltif etdi

Kimya üzrə Nobel mükafatçısı Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə gör

07.09.2026 194
.

Kart məlumatlarınızı heç kimə verməyin: Fırıldaqçılar bu üsullardan istifadə edir

"Bank kartlarından istifadə edən şəxslər son zamanlar müxtəlif üsullarla həyata keçirilən dələduzluq cəhdlərinə qarşı diqqətli olmalıdırlar. Xüsusilə tanımadığınız şəxslərin kredit, dövlət proqramı və ya müxtəlif ödənişlər adı ilə kart məlumatlarını tələb etməsi ciddi risk yaradır". Bunu BİG.AZ-

07.09.2026 266
.