Azərbaycanlı aktrisa Altın Kelebek-də hamilə olduğunu dedi
Bu il 50-ci dəfə keçirilən Pantene Altın Kelebek-də "Azərbaycanın parlaq ulduzu" nominasiyası üzrə Fəridə Abdulla, aktrisa Dəniz Tacəddin və müğənni Rilaya Hüseynzadə mükafata layiq görüldü.
Bu gecə mükafat alan Dəniz qırmızı xalı mərasimində OLAY-a özəl müsahibə verib.
Aktrisa ulduzlarla parlayan gecənin bir hissəsi olduğundan məmnunluq duyduğunu bildirib:
"Əhvalım gözəldir. Artıq ikinci gündür ki, İstanbuldayıq. Düşünürəm ki, hər bir işdə hər şey yanaşmadan aslıdır. Sevinirəm ki, ilk günlərdən bəri hazırlıq prosesi çox rahat keçdi. Bu təklifi alanda özüm də çox sevindim. Nə gözəl ki, belə məsləkdaşlarımla bu il üçümüz mən, Fəridə və Rilaya "Altın Kelebek"dəyik və bizə gözəl aktrisamız Sənubər İsgəndərli bu mükafatı təqdim edəcək".
Redaksiyamızın əməkdaşının "Öyrəndik ki, yaxın zamanda ana olacaqsınız. Sizi təbrik edirik" sözlərinə Dəniz belə reaksiya verib:
"Təşəkkür edirəm. Özəl həyatımı sosial sahəyə daşımağı sevmirəm. Şəxsi həyatını nə qədər gizli yaşayırsansa, bir o qədər daha yaxşı olur. Bu mənim şəxsi əqidəmdir. Bəli, ana olacağam. Yanvarda bu hadisə baş verəcək".
Aktrisa "Bu bir ilkdir ki, hamilə məşhur "Altın Kelebek"də mükafat alacaq" fikirlərinə belə cavab verib:
"Doğrudan? Bu maraqlı bir araşdırmadır. Şəxsən özüm bu haqda bilmirdim. Bura bir ilklə gəlməyimə sevindim. Üstəlikdə sevinirəm ki, bu necə olmasa da "Altın Kelebek"in yubiley yəni 50-ci buraxılışıdır. Və nə gözəl ki, biz də buradayıq".
Aktrisa gecəyə geyindiyi libası ilə bağlı bu fikirləri səsləndirib:
"Hamiləliyimlə əlaqədar olaraq daha həssas seçim etməyə məcbur qaldım. Uğurlu atelyelərin biri ilə çalışdım. Bir həftənin içində mənə ürəyimcə olan libas tikdilər. Tam əynimə otuzdurdular. Onlara buna görə də təşəkkür edirəm. Əsas da mənim üçün vacib olan amil "Altın Kelebek"də məhz Azərbaycan brendini geyinməyim idi. Bu da nəsib oldu".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 13296 Tarix: 09 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİpoteka, gəlirlər, tikinti xərcləri... Mənzil qiymətlərini nə bahalaşdırır?
"Mənzil qiymətlərinin artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada eyni vaxtda bir neçə fundamental amil fəaliyyət göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri, ipoteka və kredit imkanları, həmçini
11:52 157 Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır
Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar
06.09.2026 268 "40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 i
15:50 151 İndoneziyada vulkan püskürməsi: 170 min sərnişin hava limanlarında qalıb
İndoneziyada Anak Krakatau vulkanının püskürməsi nəticəsində ölkənin bir neçə hava limanında uçuşlar dayandırılıb, minlərlə sərnişin səfərlərini təxirə salmalı olub. The Guardianın məlumatına görə, vulkanın yaydığı kül buludu Cakartanın əsas beynəlxalq hava limanı da daxil olmaqla bir neçə hava limanınd
13:12 175 Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı açıqlama: "Çıxarılması ehtimalı azdır"
Erməni politoloq və İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan Rusiyanın Ermənistandakı hərbi bazasını çıxarması ehtimalının az olduğunu bildirib. xəbər verir ki, İsgəndəryan NSN-ə açıqlamasında Moskva ilə İrəvan arasında imzalanmış müqaviləyə əsasən, Rusiya qoşunlarının 2044-cü il
11:31 164 Bu ərazilərdə işıq olmayacaq
Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas
10:00 130 Mossad Müctəba Xamneyinin izinə düşüb: ABŞ və İsrail onu məhv edə bilərmi?
İran və İsrail arasında qarşıdurmanın yenidən kəskinləşməsi regionda yeni müharibə ssenarisi ilə bağlı narahatlıqları artırıb. "The Jerusalem Post" İranın İsrailə qarşı genişmiqyaslı hücuma hazırlaşdığını yazarkən, İsrail Baş naziri Benyamin Netanyahu Tehran rejiminin dəyişdirilməsinin əsa
10:39 531 İlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
15:05 277 Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA
Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili
16:56 148