Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...
Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağa çağırıb.
Uzun bildirib ki, hazırda aktyorun ölüm səbəbi məlum deyil və fərziyyələrin gerçək kimi təqdim edilməsi etik baxımdan yolverilməzdir:
"İnformasiya çirkliliyi yaratmamaq və mərhumun xatirəsinə hörmətsizlik etməmək lazımdır".
Şoray Uzun Serhat Kılıçın vəfatından dərin kədər hissi keçirdiyini bildirib. O, mərhum aktyoru belə xarakterizə edib:
"Çox istedadlı, çoxşaxəli və çox yaxşı bir aktyoru, çox yaxşı bir insanı, dostumuzu itirdik. Sözün bitdiyi yerdəyik".
Uzun Serhat Kılıçla təxminən iki ildir görüşmədiyini də qeyd edib. O, bu hadisənin həyatın nə qədər qısa və ölümün nə qədər qəfil olduğunu bir daha xatırlatdığını vurğulayaraq insanlara duyğusal çağırış edib:
"Həmişə belə olur: "Sabah görüşərik, zəng edərəm" deyirsiniz. Halbuki həyat həqiqətən qısadır, ölüm çox qəfildir. Sevdiyiniz kim varsa, təxirə salmadan zəng edin, görüşün".
Xatırladaq ki, aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonunda yerləşən evində ölü tapılıb. Cümə axşamından etibarən Kılıçdan xəbər ala bilməyən sevgilisi Özlem Esmergül onun evinə gedib. Qapını döysə də, cavab ala bilməyən Esmergül yanında olan açarla mənzilə daxil olub və Kılıçı qonaq otağındakı kresloda hərəkətsiz vəziyyətdə görüb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu müəyyən edən Özlem Esmergül təcili yardım xidmətinə zəng edib. Hadisə yerinə polis və tibbi yardım briqadaları göndərilib. Tibbi heyətin apardığı ilkin müayinə zamanı Serhat Kılıçın vəfat etdiyi müəyyənləşdirilib.
Aktyorun ölümünün dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra məlum olacaq.
Qeyd edək ki, Serhat Kılıçın Ankarada dəfn ediləcəyi gözlənilir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13.10.2026 568 "Uzak şehir"in aktrisası onunla eşq yaşayır
"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Axşam.az xəbər verir ki, cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kral II Corc" obrazını canlandırıb. Çağla isə hazırd
17.10.2026 410 "Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14.10.2026 712 Ərindən sonra qızı da vəfat etdi
2004-cü ildə "Miss Turkey" gözəllik müsabiqəsinin ikincisi olan Fatoş Seğmen ağır itki ilə üzləşib. Axşam.az xəbər verir ki, model qızı Alyanın vəfat etdiyini açıqlayıb. O, sosial şəbəkədə övladı ilə bağlı duyğusal paylaşım edib. "Canım qızım, sən mənə analıq hissinin həyatımın ən gözə
17.10.2026 435 Kamil Zeynallının onunla görüşü MARAQ YARATDI: SEVGİ DOLU ANLAR... - VİDEO
Tanınmış fitnes məşqçisi Kamil Zeynallı bu dəfə ailəsi ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, idmançı Qəbələdəki villasına yollanıb. Onu qarşılayan anası ilə görüşü zamanı yaşanan səmimi və sevgi dolu anlar sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Ana ilə oğulun bir-birin
18.10.2026 558 "Nursema"nın taleyindən özü də xəbərsiz imiş…
Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb
10.10.2026 349 "Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir
Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 00+Mən" Mill
18:20 179 ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA
Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild
23.10.2026 490 Aygün Kazımovanın 36 yaşlı qızı İlqarədən gündəmi ALT-ÜST EDƏCƏK GÖRÜNTÜLƏR
Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənninin yeni görüntüləri yayımlanıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görünüşü çox bəyənilib. Həmin fotoları təqdim edirik:
11.10.2026 795