Bəşər Əsədin milyardlıq sərvəti - SİYAHI

Bəşər Əsədin milyardlıq sərvəti - SİYAHISuriya Prezidenti Bəşər Əsədin müxalifətlə son toqquşmalardan sonra ölkəni tərk etməsi barədə sensasiyalı xəbərlər yayılıb. Bəzi xarici medianın məlumatına görə, Əsəd ailəsini Rusiyaya göndərib, özü isə hələlik Suriyada qalır. Uzun illər davam edən vətəndaş müharibəsi və beynəlxalq sanksiyalardan sonra onun böyük sərvətlə birdəfəlik gedəcəyi gözlənilir.

Bu barədə Oxu.Az "ArkNews"a istinadən məlumat verir.

Bu xəbər həm Suriyanın özündə, həm də beynəlxalq arenada böyük əks-səda doğurub. Suriyalı üsyançılar son döyüşlərdən sonra Həma əyaləti üzərində nəzarəti bərpa edib və ölkənin paytaxtına - Əsəd hakimiyyətinin dayağı olan Dəməşqə yönəliblər.

Mediada Suriya liderinin sərvəti barədə məlumatlar yayılıb. Bildirilir ki, Əsəd ailəsinin saxta şirkətlər və mürəkkəb aktiv sahibliyi sxemləri vasitəsilə gizlədilmiş sərvəti bütün Suriyanın yeddi illik büdcəsinə bərabər məbləğdədir. Ailənin Böyük Britaniya, Rusiya, Dubay, Livan və Honkonqda daşınmaz əmlakı və bank hesabları var. Bu aktivləri prezidentin yaxın qohumları Suriya iqtisadiyyatının böyük hissəsinə nəzarət edən şirkətlər vasitəsilə idarə edirlər.

Nəşr Əsəd ailəsinin real sərvətinin bir qismini təqdim edib:

- 5 milyard avro;

- 16 milyard dollar;

- 200 ton qızıl;

- Böyük Britaniyada dondurulmuş 100 milyon funt sterlinq;

- Neft və qazdan gəlirlər (dəqiq məbləğ məlum deyil);

- Suriya və xaricdə (o cümlədən Avropada) daşınmaz əmlak;

- Atası Hafiz Əsəddən qalan miras (dəqiq məbləğ məlum deyil).

Bildirilir ki, prezidentin mülkiyyətində "Mercedes-Benz S-Class" (dövlət tərəfindən verilib), "BMW 7" avtomobilləri, Hələb, Dəməşq və Laziqiyyədə saraylar var.

Müəllifin sözlərinə görə, əgər Bəşər Əsəd, həqiqətən, qaçarsa, Suriyanı qeyri-müəyyənlik dövrü gözləyir.

"Onun tərk etdiyi sərvətin taleyi və ölkənin gələcəyindəki rolu çox suallar doğurur. Beynəlxalq ictimaiyyət Əsədin aktivlərini izləməyə və onları Suriya xalqının rifahına yönəltməyə hazırlaşır", - deyə nəşrdə vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 861   Tarix: 08 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ARB TV yeni mövsümdən tam fərqli olacaq

ARB TV-nin bu mövsümdən etibarən formatı dəyişir. Axşam.az xəbər verir ki, bu haqda "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov "Media masası" layihəsində deyib. O bildirib ki, kanal yeni televiziya mövsümündən tam fərqli formatda fəaliyyət göstərəcək. "ARB TV-d

13.07.2026 268
.

Polşadan Ukraynaya Patriot raketləri ilə bağlı açıqlama

Polşanın hazırda Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi üçün əlavə raketlər verməyi planlaşdırmadığı bildirilir. xəbər verir ki, TASS agentliyinin məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk Parisdə keçirilən "Könüllülər Koalisiyası"nın iclasından sonra jurnalistlərə açıqlamasınd

11:12 81
.

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya mediası Almaniya XİN-ə istinadən məlumat yayıb. Rusiyanın Almaniyaya, onun Avropa İttifaqındakı tərəfdaşlarına və Ukraynaya qarşı apardığı kiberkampaniyanı

13.07.2026 247
.

Polşa Ukraynaya "Patriot" raketləri bağışladı

Polşa Ukraynaya 3-9 ədəd "Patriot" zenit-raket kompleksinin raketini təhvil verib. xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Sezari Tomçik deyib. Onun sözlərinə görə, Ukraynaya üçdən doqquzadək "Patriot" raketi verilib:. "Raketlər 2026-cı ilin yazında NATO ölkələrini

13.07.2026 277
.

ABŞ ordusu İrana son hücumların başa çatdığını bildirir

ABŞ Mərkəzi Komandanlığı İrana qarşı son hücumlarını tamamladığını bildirir və bu hücumlar təxminən 30 dəqiqə əvvəl bazar ertəsi günü saat 22:15-də (Çərşənbə axşamı saat 02:15 GMT) Vaşinqtonda başa çatıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Mərkəzi Komandanlıq Komandanlığının (CENTCOM) X-də verdiy

10:16 121
.

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"

13.07.2026 231
.

Moskva üzərinə dronlar buraxan gizli batalyon

"Kairos" döyüşçüləri müharibəni Rusiya üçün çox baha başa gətirmək niyyətində olduqlarını bildiriblər. Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirən 414-cü xüsusi briqadanın "Madyar quşları" "Kairos" batalyonu Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz sistemlər qüvvələrind

13.07.2026 288
.

Rusiya Odessada xarici ticarət gəmisinə zərbə endirib: 3 nəfər ölüb, 5 yaralı var

Rusiya Ukraynanın Odessa limanında ticarət gəmisinə zərbə endirib. Bu barədə "RBK-Ukranie" Ukrayna Baş nazirinin müavini, infrastruktur və ərazi inkişafı naziri Aleksey Kulebaya istiandən məlumat yayıb. Kulebanın sözlərinə görə, Toqo bayrağı altında üzən gəmi limanda mineral gübrə boşaltdığ

13.07.2026 231
.

İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" - VİDEO

"Xoşbəxtlikdən, bizim daxili risklərimiz yoxdur - hətta potensial risklərimiz belə yoxdur. Bütün risklər sərhədlərimizdən kənarda yaranır. xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində rusiyalı jurnalist Mixail Qusmanın sualını cavablandırarkən deyib

13.07.2026 281
.

TOP MP3