Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq

Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub. Bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Nazir əlavə edib ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb. Artıq ölkəyə 160 ədəd elektrikli avtobus gətirilib. Bunların sayı daha da artırılacaq.

Bakının 2030-cu ilə kimi tamamilə elektrikli avtobuslara keçidi təqdirəlayiq addımdır. Bəs bu nə dərəcədə real görünür? Əgər bu layihə reallaşarsa, benzin və dizellə fəaliyyət göstərən avtobusların taleyi necə olacaq?

Bu avtobuslar ölkəmizdə istehsal olunacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, ölkəmizdə dayanıqlı şəhər nəqliyyat sistemlərinin təmin edilməsi üçün görüləcək işlərdən biri də elektrik mühərrikli avtobusların tətbiq edilməsi və əhatə dairəsinin genişləndirilməsidir: "İstər ictimai nəqliyyata çıxış üçün təhlükəsiz piyada və velosiped marşrutlarının təmin edilməsi, istərsə də elektrik mühərrikli avtobuslar üçün enerji doldurma infrastrukturunun və xüsusi zolaqların yaradılması vasitəsilə dayanıqlı, aşağı karbonlu infrastrukturun tətbiqi prioritetdir. Azərbaycana gətirilən elektrik mühərrikli avtobusların artıq ictimai nəqliyyatda istifadəsinə başlanılıb. Elektrik mühərrikli avtobuslar 1, 5, 14, 21 və 88A nömrəli müntəzəm marşrut avtobuslarının istifadəsinə verilib. Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda Çinin "BYD" şirkətinin elektrik avtobuslarının istehsalı zavodu fəaliyyətə başlayacaq".

Əksəriyyəti sıradan çıxacaq

Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayevin fikrincə, 2030-cu ilə qədər elektrikli avtobuslara keçid məsələsi realdır: "Çünki avtobuslar bir müddət işlədikdən sonra istismar müddəti başa çatır. İstifadə müddətləri olduqca azdır. 2030-cu ilə qədər hazırda mövcud olan avtobusların əksəriyyəti sıradan çıxmış olacaq. Onların yerinə də hər dəfə elektrikli avtobuslar gətiriləcək. İstismar müddəti bitməmiş olan avtobuslar isə bölgələrə veriləcək".

Ekspert elektrikli avtobusların infrastruktur məsələsinə də toxundu: "Elektrikli avtobuslar üçün əsas yükləmə məntəqələri lazımdır. Bu da onların dayandığı qarajlarda olmalıdır. Gələcəkdə müəyyən yerlərdə də quraşdırılacağını düşünürəm".

Bu avtobuslardan tamamilə imtina etməməliyik

Nəqliyyat üzrə ekspert Adil Nəbiyev isə düşünür ki, gələcəkdə baş verə biləcək problemlərin qarşısını az da olsa almaq üçün dizel və qazla işləyən avtobuslardan tamamilə imtina etməməliyik: "Bütün dünyada elektrikli avtobuslara və avtomobillərə keçid həyata keçirilir. Bu keçid bizim ölkəmizə də aiddir. Hazırkı vəziyyət üçün bu, çox yaxşı haldır. Lakin gələcəkdə baş verə biləcək problemləri də nəzərə almalıyıq. Məsələn, hər hansı bir qəza baş verərsə, bir neçə gün elektriksiz də qala bilərik. Elektrik kəsintisi baş verdikdə ictimai nəqliyyat da iflic olar. O səbəbdən, ictimai nəqliyyatda tamamilə elektrikli nəqliyyat vasitələrinə keçid etmək təhlükəlidir. Daxili yanma mühərrikli avtobuslara da müəyyən qədər yer vermək lazımdır. Minimum 30-40 faiz həcmdə ehtiyat nəqliyyatımız daxili yanma mühərrikli olmalıdır ki, hər hansı bir problem baş verərsə, çətinlik yaşamayaq".

"Avtobuslar gecikəcək, intervallar böyüyəcək"

A.Nəbiyevin fikrincə, elektrik mühərrikli avtobuslar normal hava şəraitinə dözümlü olsa da, qış aylarında belə olmayacaq: "Hava soyuduqda avtobuslarda qızdırıcılar fəaliyyət göstərməlidir. Elektrikli avtobusların gün ərzində 350 kilometr hərəkət etdiyini bildirirlər. Lakin bu, normal hava şəraitində belədir. Məsələn, qarlı və şaxtalı havalarda onların bu qədər yol qət etməsi mümkün deyil. Bu zaman onların elektriki daha tez bitəcək. Avtobuslar gecikəcək, intervallar daha da böyüyəcək".

Qaz və dizeldən daha təhlükəlidir?

Ekspert zərərsiz hesab etdiyimiz elektrikli avtobusların əslində böyük risklərinin olduğunu da qeyd etdi: "Elektrikli avtomobillərin və avtobusların faydasından, ekologiya üçün xeyrindən danışırıq. Lakin unutduğumuz bir məsələ onların akkumulyatorlarıdır. Hansı ki, iri mühərrikli maşınlarda, həmçinin avtobuslarda bu, çox böyük həcmdədir. Avtobuslar köhnəldiyi zaman onların akkumulyatorları tamamilə istifadəyə yararsız olacaq. Onun elektrikini neytrallaşdırmaq üçün torpağın çox dərin qatlarına basdırmaq lazımdır. Çünki elektrikli avtobusların utilizasiyası çətindir. Bu akkumulyatorlar çox böyük həcmdə radiasiya yayır. Avtobuslar yeni olduğu zaman bu radiasiya səviyyəsi müəyyən qədər az olur. Lakin avtobus köhnəldikcə, yaydığı təhlükə də xeyli çoxalır. Yəni, elektrikli avtobuslar tam ekoloji təmizdir demək yanlışdır. Nəzərə almalıyıq ki, ətrafımızda yetəri qədər radiasiya mövcuddur. Bu, xüsusilə də Bakı şəhərində digər ərazilərdən qat-qat çoxdur. Hazırda Bakının yollarında iki milyondan artıq nəqliyyat vasitəsi hərəkət edir. Onların yarısının elektrikli olduğunu düşünək. Bu zaman yayılan radiasiyanı təsəvvür etmək belə dəhşətlidir". ("Kaspi" qəzeti)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 636   Tarix: 08 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb

Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn

06.09.2026 230
.

Çin iqtisadiyyatında ixrac artımı sürətlənə bilər

Çinin ixracında avqust ayında artımın sürətlənəcəyi gözlənilir. Reuters-in 35 iqtisadçı arasında keçirdiyi sorğuya əsasən, ölkənin ixracının avqustda illik ifadədə 25% artacağı proqnozlaşdırılır. İyul ayında bu göstərici 23,9% olub. Analitiklərin gözləntilərinə görə, Çinin idxalı da avqust ayında əhəmiyyətl

12:58 169
.

Diqqət! Süni intellekt dələduzların işini asanlaşdırdı - Ən təhlükəli üsullar

"Kiberdələduzluq dünyası daim inkişaf edir. Lakin süni intellekt (Sİ) texnologiyalarının ortaya çıxması ilə dələduzluq üsulları tamamilə yeni və daha təhlükəli mərhələyə keçib. Hazırda ən yeni kiberdələduzluq metodlarını bir neçə əsas qrupda ümumiləşdirmək mümkündür". Bunu BİG.AZ-a açıqlamasınd

12:34 179
.

Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA

Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır. Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündə

15:57 130
.

Ermənistana xəbərdarlıq: Rusiya ilə viza rejimi tətbiq edilərsə...

Rusiya ilə Ermənistan arasında viza rejiminin tətbiqi İrəvan üçün ağır zərbə ola bilər. xəbər verir ki, Ermənistanın keçmiş Milli Məclis üzvü Arman Abovyan "nsn.fm"ə müsahibəsində viza rejiminin tətbiqinin mümkün risklərini açıqlayıb. "Əgər iqtisadi əlaqələrin dağılmasından sonra turis

11:03 157
.

II Dünya müharibəsinin sağ qalan 5 veteranından biri vəfat etdi (FOTO)

II Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli "Vətən müharibəsi" ordenli Rəşid Qasımov vəfat edib. Qaynarifno xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb. R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qey

10:14 278
.

"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

"AzerGold" QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib. İlk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərin

13:27 173
.

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilə

16:55 75
.

FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb

ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu

06.09.2026 237
.