Şamil Ayrım: Türkiyə Qarabağın dirçəlişində Azərbaycana dəstək olur və olacaq

Şamil Ayrım: Türkiyə Qarabağın dirçəlişində Azərbaycana dəstək olur və olacaqTürkiyə Qarabağın dirçəlişində Azərbaycana mütləq dəstək olur və olacaq.

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransında deyib.

O qeyd edib ki, Azərbaycan Vətən müharibəsi və antiterror əməliyyatları ilə suverenliyini təmin edə bildi.

"Türkiyə həmişə Azərbaycanın yanındadır. Azad olunmuş ərazilərə gedirik, oradakı dağıntıları görürük. Biz heç zaman bu zülmü yaddan çıxarmırıq və həmişə xatırlayacağıq. Qarabağın dirçəlişində isə Azərbaycana mütləq dəstək oluruq və olacağıq", - Ş.Ayrım vurğulayıb.

O, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə də toxunub. Qeyd edib ki, öz torpaqlarından məcburi şəkildə çıxarılan, qovulan Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ var:

"Bəs dünyanın ədaləti hanı? Qarabağ müharibəsi dövründə Azərbaycan 30 il Minsk qrupu ilə vaxt itirdi. Ermənilər isə Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına tərəddüd etməməlidirlər. Qərbi azərbaycanlıların məsələsinin bugünkü protokola da salınmasını təklif edirəm".

Ş.Ayrım əlavə edib ki, bu gün Azərbaycan Ermənistana sülh əlini uzadır:

"Bölgənin sabitliyi də bundan keçir. Amma, təəssüflər olsun ki, xalqların xoşbəxt yaşamasına qarşı çıxanlar var. Azərbaycan torpaq istəmir, beynəlxalq hüquqla haqqını tələb edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 580   Tarix: 07 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İpoteka, gəlirlər, tikinti xərcləri... Mənzil qiymətlərini nə bahalaşdırır?

"Mənzil qiymətlərinin artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada eyni vaxtda bir neçə fundamental amil fəaliyyət göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri, ipoteka və kredit imkanları, həmçini

11:52 157
.

Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır

Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir. "Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlar

06.09.2026 268
.

"40 ilin həkimi olan atamın müqaviləsinə vaxtından tez xitam verildi" - Video

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkimin əmək müqaviləsinə vaxtından əvvəl xitam verildiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, atası Etibar Məmmədov Lənkəran səhiyyəsində 40 i

15:50 151
.

İndoneziyada vulkan püskürməsi: 170 min sərnişin hava limanlarında qalıb

İndoneziyada Anak Krakatau vulkanının püskürməsi nəticəsində ölkənin bir neçə hava limanında uçuşlar dayandırılıb, minlərlə sərnişin səfərlərini təxirə salmalı olub. The Guardianın məlumatına görə, vulkanın yaydığı kül buludu Cakartanın əsas beynəlxalq hava limanı da daxil olmaqla bir neçə hava limanınd

13:12 175
.

Ermənistandakı Rusiya hərbi bazası ilə bağlı açıqlama: "Çıxarılması ehtimalı azdır"

Erməni politoloq və İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan Rusiyanın Ermənistandakı hərbi bazasını çıxarması ehtimalının az olduğunu bildirib. xəbər verir ki, İsgəndəryan NSN-ə açıqlamasında Moskva ilə İrəvan arasında imzalanmış müqaviləyə əsasən, Rusiya qoşunlarının 2044-cü il

11:31 164
.

Bu ərazilərdə işıq olmayacaq

Bakı, Göyçay və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

10:00 130
.

Mossad Müctəba Xamneyinin izinə düşüb: ABŞ və İsrail onu məhv edə bilərmi?

İran və İsrail arasında qarşıdurmanın yenidən kəskinləşməsi regionda yeni müharibə ssenarisi ilə bağlı narahatlıqları artırıb. "The Jerusalem Post" İranın İsrailə qarşı genişmiqyaslı hücuma hazırlaşdığını yazarkən, İsrail Baş naziri Benyamin Netanyahu Tehran rejiminin dəyişdirilməsinin əsa

10:39 531
.

İlham Mirzəyevin vəziyyəti ağırdır

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten

15:05 277
.

Kompüterlərin qiyməti bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə kompüter və noutbuk bazarında qiymət artımı diqqət çəkir. Qlobal bazarda yaddaş çiplərinə tələbatın artması, xüsusilə süni intellekt infrastrukturlarının sürətlə genişlənməsi kompüter istehsalına da təsir göstərir. "The Wall Street Journal"ın son məlumatına görə, 2026-cı ili

16:56 148
.