Azərbaycandan hava nəqliyyatı ilə səfər edənlərin sayı 30 % artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan hava nəqliyyatı ilə 42 ölkəyə 3 milyon 105 min 610 nəfər səfər edib.
"Report" Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20 %) və 724 min 155 sərnişin (30,4 %) çoxdur.
11 ayda Azərbaycandan ən çox sərnişin 848 min 184 nəfər olmaqla Rusiyaya səfər edib. Bu da 1 il əvvələ nisbətən 25,3 % çoxdur. Türkiyəyə 813 min 115 nəfər (+ 17,3 %), Birləşmiş Ərəb Əmirliklərinə isə 375 min 788 nəfər (+39,3 %) sərnişin səfər edib.
Siyahıda daha sonra 184 079 sərnişinlə (+ 35,3 %) Gürcüstan, 107 668 sərnişinlə (+ 9,3 %) Səudiyyə Ərəbistanı, 95 073 sərnişinlə (+ 3,6 dəfə) Hindistan, 87 497 sərnişinlə (+24,8 %) Qazaxıstan, 60 298 sərnişinlə (+ 2 dəfə %) Qətər, 58 min sərnişinlə (+ 85,3 %) İtaliya və 46 056 sərnişinlə (- 20,8%) Özbəkistan qərarlaşıb.
İlk onluğa Hindistan, Qətər və İtaliyanın daxil olması ilə Küveyt (42 707 sərnişin, + 13,9 %), İsrail (41 142 sərnişin, +4,6 %), və Almaniya (40 224 sərnişin, + 25,2 %) TOP10-dan çıxıb.
Təkcə noyabrda isə Azərbaycandan hava nəqliyyatı ilə 275 633 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 29,4 % çoxdur.
O cümlədən, ay ərzində Rusiyaya səfər edənlərin sayı 1 il əvvələ nisbətən 10,2 % artaraq 69 min 720 nəfər olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 659 Tarix: 07 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUkrayna Azərbaycandan 36,55 ton yüksək gərginlikli kabel alıb
Ukrayna son iki həftə ərzində Azərbaycandan enerji sahəsində ümumilikdə 36,55 ton yüksək gərginlikli kabeldən ibarət üç partiya yardım alıb. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "Son iki həftə ərzində Ukrayn
06.09.2026 230 Çin iqtisadiyyatında ixrac artımı sürətlənə bilər
Çinin ixracında avqust ayında artımın sürətlənəcəyi gözlənilir. Reuters-in 35 iqtisadçı arasında keçirdiyi sorğuya əsasən, ölkənin ixracının avqustda illik ifadədə 25% artacağı proqnozlaşdırılır. İyul ayında bu göstərici 23,9% olub. Analitiklərin gözləntilərinə görə, Çinin idxalı da avqust ayında əhəmiyyətl
12:58 169 Diqqət! Süni intellekt dələduzların işini asanlaşdırdı - Ən təhlükəli üsullar
"Kiberdələduzluq dünyası daim inkişaf edir. Lakin süni intellekt (Sİ) texnologiyalarının ortaya çıxması ilə dələduzluq üsulları tamamilə yeni və daha təhlükəli mərhələyə keçib. Hazırda ən yeni kiberdələduzluq metodlarını bir neçə əsas qrupda ümumiləşdirmək mümkündür". Bunu BİG.AZ-a açıqlamasınd
12:34 179 Müasir insan niyə daim TƏLƏSİR ? - AÇIQLAMA
Müasir insanın həyatı texnologiyanın inkişafı ilə asanlaşsa da, paradoksal olaraq vaxt çatışmazlığı hissi daha da artıb. İnsanlar səhərdən axşama qədər işə, mesajlara, sosial şəbəkələrə, görüşlərə və gündəlik öhdəliklərə çatmağa çalışır. Bəs bizi daim tələsdirən nədir? Sürətli həyatın görünməyən yükündə
15:57 130 Ermənistana xəbərdarlıq: Rusiya ilə viza rejimi tətbiq edilərsə...
Rusiya ilə Ermənistan arasında viza rejiminin tətbiqi İrəvan üçün ağır zərbə ola bilər. xəbər verir ki, Ermənistanın keçmiş Milli Məclis üzvü Arman Abovyan "nsn.fm"ə müsahibəsində viza rejiminin tətbiqinin mümkün risklərini açıqlayıb. "Əgər iqtisadi əlaqələrin dağılmasından sonra turis
11:03 157 II Dünya müharibəsinin sağ qalan 5 veteranından biri vəfat etdi (FOTO)
II Dünya müharibəsinin Azərbaycanda sağ qalan az sayda iştirakçılarından biri, I dərəcəli "Vətən müharibəsi" ordenli Rəşid Qasımov vəfat edib. Qaynarifno xəbər verir ki, bu barədə jurnalist Nadir Yalçın məlumat paylaşıb. R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qey
10:14 278 "AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
"AzerGold" QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib. İlk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərin
13:27 173 Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə məsələ Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-ü keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilə
16:55 75 FT: Trampın reytinqi rekord dərəcədə aşağı səviyyəyə düşüb
ABŞ Prezidenti Donald Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı səviyyəyə enib. "Report" xəbər verir ki, bunu "Financial Times" (FT) qəzetinin sifarişi ilə Böyük Britaniyanın "Focaldata" şirkəti tərəfindən aparılan sorğunun nəticələri göstərir. Materialda qeyd olunu
06.09.2026 237