Gündə bir ovuc anakardiya yesəniz...

Gündə bir ovuc anakardiya yesəniz...Qida dəyəri yüksək olan anakardiyanın zehni inkişafdan əzələ inkişafına qədər sağlamlığa bir çox faydaları var.

"Qafqazinfo" xəbər verir ki, anakardiya B vitaminləri, maqnezium, kalium və sağlam yağlarla zəngindir.

Anakardiya sümük sağlamlığı üçün vacib olan bir çox mineral ehtiva edir. Xüsusilə maqnezium və kalsium baxımından zəngin olduğu üçün sümük sıxlığını artıraraq osteoporoz kimi xəstəliklərin qarşısını almağa kömək edir. Bundan əlavə, anakardiyanın tərkibindəki mis sümük birləşdirici toxumaların möhkəmlənməsində mühüm rol oynayır. Gündəlik pəhrizinizə anakardiya əlavə etmək sümük sağlamlığınızı qorumağa və gücləndirməyə kömək edə bilər.

Anakardiya beyin hüceyrələrini oksidləşdirici stresdən qoruyan E vitamini və digər antioksidantlarla zəngindir. Həmçinin anakardiyanın tərkibində olan Omeqa-3 və Omeqa-6 yağ turşuları beyin funksiyalarını yaxşılaşdırır və nevroloji xəstəliklər riskini azaldır.

Xüsusilə yaşlı insanlarda müntəzəm anakardiya istehlakı Alzheimer kimi xəstəliklərin qarşısını almağa kömək edə bilər.

Anakardiya həzm sağlamlığı üçün vacib olan liflə zəngindir. Lif qəbizliyin qarşısını alır və bağırsaq hərəkətlərini tənzimləyərək ümumi həzm sağlamlığını dəstəkləyir. Bundan əlavə, anakardiyanın tərkibindəki prebiyotiklər sağlam həzm sistemini təmin edərək bağırsaq florasını tarazlaşdırmağa kömək edir. Anakardiyanın müntəzəm istifadəsi həzm problemlərini azalda və ümumi bağırsaq sağlamlığını yaxşılaşdıra bilər.

Anakardiya dəri və saç sağlamlığı üçün də faydalıdır. Tərkibindəki E vitamini dərini sərbəst radikalların zərərli təsirlərindən qoruyur və dərinin qocalmasını gecikdirir. Bundan əlavə, çərəzin tərkibindəki mis melanin istehsalını dəstəkləyir, saçın təbii rəngini qoruyur və tökülməsini azaldır. Anakardiyanın müntəzəm istehlakı dəri və saç sağlamlığınızı yaxşılaşdırmaq üçün faydalıdır.

Anakardiyanın sağlamlığa faydalı olması üçün miqdarına nəzarət etmək vacibdir. Ümumiyyətlə, sağlam bir insanın gündə 28-30 qram (təxminən bir ovuc) anakardiya istehlak etməsi tövsiyə olunur.

Anakardiyanın yüksək kalorili olduğunu nəzərə alsaq, həddindən artıq istehlak çəki artımına səbəb ola bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1600   Tarix: 06 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 949
.

Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə

Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy

27.10.2026 1054
.

Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?

Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu

03.11.2026 904
.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 788
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18.10.2026 1023
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 755
.

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə

Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj

16.11.2026 383
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 913
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

29.10.2026 3428
.