Kor ola bilərsiniz, qeyri-mümkündür - Yeni dəblə bağlı xəbərdarlıq

Kor ola bilərsiniz, qeyri-mümkündür - Yeni dəblə bağlı xəbərdarlıq"Keratopiqmentasiyanı gözümüzə qədər gəlib çatan "tatuaj" hesab etmək olar.
Buynuz qişa döyməsi hesab edilən keratopiqmentasiya haqqında ilk qeydlərə qədim tibbi mətnlərdə rast gəlmək olar".

Ölkə.Az xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva son günlər dəbə düşən göz rənginin dəyişdirilməsi ilə bağlı danışıb.

Onun sözlərinə görə, Həkimlər buynuz qişada çapıqlar nəticəsində yaranan ağ ləkə olan leykomanı maskalamaq üçün buynuz qişaya piqment yeritmək kimi primitiv üsullardan istifadə edirdilər: "19-cu əsrdə buynuz qişaya döymə üsulu daha populyarlaşdı və müxtəlif buynuz qişa qüsurları olan xəstələrin gözlərinin görünüşünü yaxşılaşdırmaq üçün istifadə edildi. Həkimlər istənilən effekti əldə etmək üçün müxtəlif bitki və mineral piqmentlərdən istifadə edirdilər.
Düzdür, keratopiqmentasiya əməliyyatı qüzehli qişanın lazerlə rəng dəyişimi ilə müqayisədə az travmatikdir, ağrısızdır, əməliyyat gözlərin təbii rəngini tamamilə dəyişdirə bilər və geniş rəng seçiminə malikdir.
AMMA, rəngli buynuz qişa ilə göz qeyri-təbii görünür və protezə bənzəyir. Boyanın zamanla yuyula biləcəyini də nəzərə almağa dəyər, buna görə əlavə korreksiya tələb oluna bilər. Əməliyyatdan sonra əvvəlki göz rənginə qayıtmağınız qeyri–mümkündür".

Mütəxəssis vurğulayıb ki, eyni zamanda aşağıda göstərilən müxtəlif növ ağırlaşmalar rast gələ bilər:

"Fotofobiya, buynuz qişanın deformasiyası, buynuz qişada yeni damarların əmələ gəlməsi, quru göz sindromu, gözdə yad cisim hissiyatı, buynuz qişanın infeksiyaları (baktaerial, virus, göbələk), boyanın qeyri-bərabər paylanması, korluq.

Uğurlu əməliyyat görmə itiliyinə və rəng qavrayışına pis təsir göstərməsə də, qaranlıqda bəbək genişləndikdə rənglənmiş buynuz qişa sahəsi optik sahəyə daxil olur və görmənin keyfiyyəti aşağı düşür. Bundan başqa keratopiqmentasiya bəbək genişlənərək göz dibinə baxılmasını çətinləşdirir.
Müxtəlif ölkələrdə edilən araşdırmalara görə, göz rəngini dəyişənlər arasında fotohəssaslıq ən çox görülən simptomdur. Bəzi rənglər isə tamamilə təhrif oluna bilər".

Həkim bildirib ki, bu ilin yanvar ayında Amerika Oftalmologiya Akademiyası göz rənginin dəyişdirilməsi əməliyyatı ilə bağlı risklər barədə xəbərdarlıq edib.

"Mümkün fəsadlar arasında buynuz qişanın zədələnməsi, bulanıqlıq və ya görmə itkisi, işığa qarşı həssaslığın artması, allergik reaksiyalar, bakterial infeksiyalar, piqmentin qeyri-bərabər paylanması və gözə piqment sızması daxildir. Prosedur nisbətən yeni olduğundan və yaxşı tədqiq edilmədiyindən, gələcək təsirləri barədə məlumat yoxdur.
Bu risklərə görə, Fransa, İngiltərə, Kanada və ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələrdə keratopiqmentasiya qadağandır. Bu ölkələrdə əməliyyatın risklərinin mümkün estetik faydalardan çox üstün olduğuna inanırlar.
Sosial şəbəkələrdə geniş vüsətdə keratopiqmentasiya barədə yayılan videoçarxlardan ilham almış, tibbi təsəvvürü məhdud olan vətəndaşlarımızın qeyri-normal istəklərini həyata keçirən, maddi marağını vətəndaşın rifahından üstün tutan həkimlərə müraciətdən əvvəl bir qədər düşünürək, maariflənərək, sözün əsl mənasında mütəxəssis məsləhəti alaraq qərar verməyə çağırırıq sizləri!
Bu cür əməliyyatlar yalnız ekstremal hallarda istifadə edilməlidir!
Rəng dəyişimi üçün rəngli kontakt linzalar ən asan və təhlükəsiz yoldur. İstənilən rəngi əldə etməyə imkan verir. Linzaların istifadə rejiminə və qaydalarına əməl etsəniz, ağırlaşmalar və görmə itkisi riski olmayacaqdır. Bundan əlavə, istənilən vaxt təbii göz rənginizə qayıda bilərsiniz", - o deyib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1527   Tarix: 22 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi

Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b

08.09.2026 327
.

"Nature Metabolism": Bir sıra xəstəliklərin risk əlamətləri səkkiz yaşdan etibarən ortaya çıxa bilər

Ürək, böyrək xəstəlikləri və maddələr mübadiləsi pozğunluqlarının artmış inkişaf riskinin molekulyar əlamətləri səkkiz yaşlı uşaqlarda da ortaya çıxa bilər. "Report" xəbər verir ki, Hyustondakı Texas Universiteti Tibb Elmləri Mərkəzinin alimləri bu qənaətə gəliblər, onların işi "Natur

13.09.2026 284
.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 231
.

Payızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?

Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro

22.09.2026 309
.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is

06.09.2026 308
.

Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır

Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət

22.09.2026 235
.

Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec

05.09.2026 293
.

İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi

Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri

11.09.2026 392
.

Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı

Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda

14.09.2026 432
.