"Mənə nəsə olsa, səbəbkarı odur" - Video

"Mənə nəsə olsa, səbəbkarı odur" - VideoMüğənnilər Sevda Sanaliyeva tanıdığı şəxs tərəfindən izlənildiyini bildirib.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkədə paylaşım edib. O, yaşadığı binanın qaraşında və evinin önündə çəkilən görüntüləri izləyiciləri ilə bölüşərək bunları deyib:

"Mən bu adamı tanıyıram, yaşadığı yeri də bilirəm. Çox təhlükəli insandır. Sadəcə səbr etməyə çalışdım. Həm də belə mövzu ilə gündəmə gəlməyə utandım. Amma məcburam. Buradan deyirəm, əgər mənə nəsə olsa, bilin ki, səbəbkarı bu insandır. Dəfələrlə 102-yə şikayət etmişəm, məhkəməyə, bölməyə ərizəli şəkildə müraciət etmişəm. Uzaqlaşdırma qərarının çıxarılması bir az vaxt tələb edir. Amma bilmirəm ki, buna vaxtım var ya yox. Qərar çıxana qədər bəlkə də mən olmayacağam. Dünən yaxşı qutardım, amma bu gün nə olacaq bilmirəm. Buradan bütün Azərbaycan xalqına deyirəm ki, mənə nəsə olsa, səbəbkarı odur. Bəlkə anam, atam yoxdur, yiyəsizəm deyə, belə hərəkət edir. Amma mənim Allahım var. Ona güvənirəm. Azərbaycan polisinə güvənmək istəyirəm. Bilirəm ki, həmin şəxs məni izləyir. Ona deyirəm ki, bir də yaşadığım binanın ətrafına gəlsən, arxamca düşsən, övladlarıma yaxın gəlib onları danışdırmağa çalışsan, üzünü göstərəcəyəm və adını soyadını da deyəcəyəm. Videoda da əlində nəsə var idi, arxasında gizlədirdi. Sabah nə edəcək mən bilmirəm, çox narahatam. O insanın məni təhdid etməsi ilə bağlı səsli mesajları var. Lazım olsarsa, onları da yayımlayacağam. İnşallah ki, ehtiyac qalmaz. Əgər onun başqa şəxslərə də ziyanı dəyibsə, mənim instaqram hesabıma yazsınlar".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1369   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kızılcık şerbeti"nin aktrisası xəyanət iddialarını təsdiqlədi - Foto

Türkiyəli aktrisa Seray Kaya sosial media paylaşımı ilə gündəm olub. Axşam.az xəbər verir ki, aktrisa İdris Aybirdi ilə fotosunu yayımlayaraq sevgili olduqlarını açıqlayıb. O, bununla "Survivor" yarışması ilə tanınan Sahra Işıkın keçmiş həyat yoldaşı İdrisin ona "Kızılcık Şerbeti"

20.09.2026 404
.

Bu da Gülay Zeynallının MAKİYAJSIZ HALI - FOTOLAR

Müğənni Gülay Zeynallı yeni görüntüləri ilə gündəmə gəlib. xəbər verir ki, müğənni İnstaqram hesabında paylaşım edib. Görüntülərdə Gülay makiyajsız halı ilə diqqət çəkib. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

20.09.2026 548
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24.09.2026 347
.

Ən çox gəlir gətirən aktyor oldu

Britaniyalı aktyor Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyorları siyahısında birinci pilləyə yüksəlib. Axşam.az xəbər verir ki, aktyorun rol aldığı filmlərin ümumi dünya üzrə gəliri 15,48 milyard dolları keçib. Bununla Holland Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyub. Aktyorun il

19.09.2026 227
.

"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:. "Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı

27.09.2026 302
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20.09.2026 518
.

"Yeraltı"nın yayım tarixi bəlli oldu

Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin

13.09.2026 579
.

Yeni layihəsi bəlli oldu

"Haysiyet" serialının aktyor heyətinə yeni aktyor daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Emin Günenç rol alacaq. O, "Ender" adlı obrazı canlandıracaq. Qeyd edək ki, Emin sonuncu dəfə "Arafta"da çəkilib

27.09.2026 204
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 810
.