Bakıda I yarımildə 26 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Bakıda I yarımildə 26 milyard manatlıq sənaye məhsulu istehsal olunubBu ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 26,3 milyard manat təşkil edib.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib.

Məlumata görə, sənaye məhsulunun 76,4 %-i mədənçıxarma, 20,5 %-i emal, 2,3 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,8 % təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2024-cü il vəziyyətinə 512 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış, satış üçün nəzərdə tutulmuş 40,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 434   Tarix: 10 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şirkətlər "Bank Respublika"dan milyonları çıxardı - Depozitlər kəskin azaldı

"Bank Respublika" bu il əmanət portfelinin 260 mln. manata yaxın hissəsini itirib. "Yeni Sabah" -a istinadla xəbər verir ki, 2026-cı ilin ilk yarısı üzrə bankın ümumi depozit portfelinin həcmi 1 mlrd. 99 mln. manata bərabər olub. Bu isə ilin əvvəli ilə müqayisədə 19% və ya 257,4 mln

16.07.2026 207
.

40 il Ayı tədqiq edən geoloq insanların orada daimi yaşamasının yolunu izah etdi

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) uzunmüddətli perspektivdə Ayda davamlı insan fəaliyyəti üçün infrastruktur yaratmağı hədəfləyir. Qaynarinfo xəbər verir ki, bu barədə Ay və insanlı kosmik uçuşları 40 ildən artıq araşdıran geoloq Klayv Nil "The Independent" nəşrind

16.07.2026 137
.

"1500 manatımı qaytar" - Hüseyndən Zaura tələb

Aparıcı Zaur Kamal oğlu Bartunun adından dələduzluğa sənət aləmi də rəy bildirib. "Yeni Sabah" xəbər verir ki, aparıcı sosial şəbəkədə övladının adından tanınmış şəxslərə mesajlar göndərilərək pul istənildiyini bildirib. Zaurun paylaşımına klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da şərh yazıb

16.07.2026 310
.

Katz, Hegseth ilə İran müharibəsi barədə danışdığını təsdiqlədi: "İsraili hər bir təhdiddən qorumağa sadiqdir"

İsrailin Müdafiə naziri İsrael Katz cümə axşamı günü verdiyi açıqlamada ABŞ Müdafiə naziri Pit Heqset ilə gecə vaxtı danışdığını təsdiqləyib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Hegseth Katza ABŞ-ın İrandakı hərbi əməliyyatları barədə məlumat verib və hər iki tərəf mümkün hadisələr

16.07.2026 202
.

Yeni Zelandiyada güclü zəlzələ: Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edildi

Yeni Zelandiyada 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlardan sonra ölkənin bəzi sahilyanı bölgələrində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan olunub. Məlumata görə, zəlzələnin episentri Te Anau şəhərindən təxminən 40 kilometr şimalda yerləşib. BİG.AZ Sky News-a istinadən xəbər veri

16.07.2026 198
.

Heyvanları "stresdən çıxarıb", insanları stresə salır...

Azərbaycanda təəssüf ki, hələ də bəzi qurum rəhbərləri həyata, məşhur filmdə deyildiyi kimi, "ancaq xidməti avtomobillərinin pəncərəsindən baxırlar". Həmin pəncərədən isə bütün reallıqlar, orta və aşağı təminatlı, məhdud istehlak imkanlı insanların, eləcə də xırda sahibkarların problemlər

16.07.2026 180
.

Rohinca qaçqınlarını daşıyan iki gəmi batıb: Yüzlərlə ölən var

Benqal körfəzində Rohinca qaçqınlarını daşıyan iki gəminin qəzaya uğraması nəticəsində azı 500 nəfərin həlak olduğu ehtimal edilir. "The Times of India"nın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına istinadən yaydığı xəbərə görə, göyərtəsində ümumilikdə təxminən 530 qaçqını

16.07.2026 167
.

İsveçdən Ukraynanın bərpasına 127 milyon avroluq dəstək

İsveç hökuməti Ukraynanın bərpası və yenidən qurulmasına dəstək məqsədilə Dünya Bankının yeni maliyyə mexanizmi çərçivəsində 1,4 milyard İsveç kronu (təxminən 127 milyon avro) ayırıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, qərar hökumətin bugünkü iclasında təsdiqlənib. Ayrılan vəsait Düny

16.07.2026 203
.

Çində qayıqda partlayış: Ölən və yaralananlar var

Çinin Lyaonin əyalətində dənizdə hərəkətdə olan rezin qayıqda baş verən partlayış faciə ilə nəticələnib. Məlumata görə, Mopanşan adası yaxınlığında baş verən hadisə zamanı qayıqda olan 13 nəfərdən 7-si həyatını itirib, 1 nəfər isə itkin düşüb. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, yaralanan 5 nəfə

16.07.2026 211
.

TOP MP3