"Dərviş Parisi partladır": Fransanı silkələyən etirazların arxasında nə dayanır?

"Dərviş Parisi partladır": Fransanı silkələyən etirazların arxasında nə dayanır?Azərbaycan tamaşaçısının yaddaşında "Dərviş Parisi partladır" filminin özünəməxsus yeri var. Dərvişin Parisə gəlişi, avropalıların adət-ənənələri ilə qarşılaşması, gözlənilməz hadisələr və milli yumor bu ekran əsərini illərdir sevilən filmlərdən birinə çevirib. Amma bu gün Parisə baxanda istər-istəməz düşünürsən: bir vaxtlar dərvişin macəralarına gülərək izlədiyimiz şəhərdə indi nələr baş verir?
Fransa oktyabrın bu günlərində ciddi sarsıntı ilə üzləşib. Oktyabrın 17-də ölkənin müxtəlif şəhərlərində keçirilən etirazlar zorakılıq və dağıntılarla müşayiət olunub. Parisdən Marselə, Lyondan Limogesə qədər bir sıra şəhərlərdə mağazalar talan edilib, ictimai binalara ziyan vurulub, nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Limoges şəhərinin tarixi bələdiyyə binasında baş verən yanğın isə hadisələrin hansı təhlükəli həddə çatdığını nümayiş etdirib.
Lakin baş verənləri yalnız küçələrdəki qarşıdurmalarla izah etmək düzgün olmazdı. Etirazların arxasında bahalaşma, yaşayış xərclərinin artması, təhsil sistemindəki problemlər və dövlət xidmətlərinin vəziyyətindən narazılıq kimi amillər dayanır. İnsanlar gündəlik həyatın getdikcə çətinləşməsindən şikayətlənir, gənclər isə gələcəklə bağlı narahatlıqlarını küçələrə daşıyırlar. Dinc etirazla vandalizmi bir-birindən ayırmaq vacibdir. Bununla belə, zorakılıq və dağıntılar sosial narazılığın səbəblərini görməzdən gəlməyə əsas vermir.
Prezident Emmanuel Makron üçün vəziyyət xüsusilə mürəkkəbdir. Hökumət bir tərəfdən ictimai asayişi bərpa etməli, digər tərəfdən insanların sosial tələblərinə cavab verməlidir. Dövlət borcu və büdcə kəsiri ilə bağlı çətinliklər isə genişmiqyaslı güzəştlər üçün imkanları məhdudlaşdırır. Fransanın daxili işlər naziri istefa təklif etsə də, Makron bu təklifi qəbul etməyib. Bu qərar hakimiyyətin böhranı idarə etmək əzmini nümayiş etdirmək məqsədi daşıya bilər. Ancaq vəzifəli şəxsləri postlarında saxlamaq özlüyündə küçələrdəki narazılığı aradan qaldırmır.
Əsl siyasi təhlükə də məhz buradadır. Polis küçələrdə asayişi bərpa edə bilər, lakin yaşayış xərclərinin artması, təhsilin keyfiyyəti və dövlət xidmətləri ilə bağlı problemlər həll olunmasa, narazılıq yenidən alovlana bilər. Üstəlik, 2027-ci il prezident seçkiləri ərəfəsində belə böhranlar siyasi mübarizəni daha da kəskinləşdirir. Makron hakimiyyətinə yönələn tənqidlər güclənir, həm sağçı, həm də solçu müxalifət qüvvələri hökumətin siyasətini müzakirə predmetinə çevirirlər.
"Dərviş Parisi partladır" filmində gülüş doğuran hadisələr tamaşaçını düşündürən məqamlarla da zəngin idi: insanlar niyə bir-birini anlamır, adət-ənənələr və düşüncə tərzləri niyə toqquşur? Bugünkü Fransada isə suallar daha ağırdır. Avropanın aparıcı dövlətlərindən birində insanları küçələrə çıxaran səbəblər nədir? Sosial narazılıq hansı məqamda siyasi böhrana çevrilir? Hakimiyyətlə cəmiyyət arasında etimadı qorumaq niyə getdikcə çətinləşir?
Dərviş Parisə gələndə şəhərin öz qaydaları vardı, o da öz dünyasını özü ilə gətirmişdi. İndiki Parisin qarşısında dayanan problem isə kənardan gələn bir dərviş deyil, ölkə daxilində yığılıb qalan sosial və siyasi ziddiyyətlərdir. Bu ziddiyyətləri nə yumorla, nə də yalnız polis tədbirləri ilə aradan qaldırmaq mümkündür. Bunun üçün insanların narazılığını doğuran səbəbləri anlamaq, problemlərin kökünə enmək və real həll yolları tapmaq lazımdır.
Filmin adı bu gün istər-istəməz yenidən yada düşür: "Dərviş Parisi partladır". Dərvişin Parisə gətirdiyi təlatüm kino tarixində xoş xatirə kimi qalıb. Bugünkü Parisdə isə baş verənlər heç də gülüş doğurmur. Çünki şəhəri silkələyən hadisələr kino ssenarisi deyil, milyonlarla insanın gündəlik həyatına və Fransanın siyasi gələcəyinə təsir göstərən real böhranın təzahürüdür.
Bəlkə də filmlə bugünkü hadisələr arasındakı ən böyük fərq elə budur: ekranda qarışıqlıq gülüşlə başa çatır, real həyatda isə böhranın sonunu müəyyən edən insanların problemlərinə verilən cavablar, hakimiyyətin qərarları və cəmiyyətin gələcəyə olan inamıdır.

Şəmsi Qoca


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 104   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniya kansleri Trampı Avropanın əhəmiyyətinə inandırmağa çalışır

Almaniya kansleri Fridrix Merts bildirib ki, hər görüşdə ABŞ prezidenti Donald Trampı sabit Avropanın Vaşinqtonun maraqlarına uyğun olduğuna inandırmağa çalışır. xəbər verir ki, Merts bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə danışıb. "Bu, amerikalıların da öz maraqlarına xidmə

10:55 133
.

Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?

Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ

19.10.2026 357
.

İtinizə bu 7 sözü deməyin

İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay

19.10.2026 347
.

Kim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər

Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o

10:45 164
.

Şəbnəmin qızı Amerikada universitetə qəbul olub

Müğənni Şəbnəm Tovuzlunun qızı Günel Amerikaya köçür. Axşam.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib. O bildirib ki, Günel Amerikada universitetə qəbul olub. O, əvvəlcə Fransada kursa gedəcək, yanvardan isə Amerikaya yollanacaq

12:08 71
.

Baş nazirin müavinlərinin sayı 4 oldu

Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba

19.10.2026 449
.

"Sabah" - "Barselona" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d

19.10.2026 406
.

"Kupça"sız evə bu yolla sənəd almaq olar

Müxtəlif mənbələrdəki məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Belə yaşayış sahələrinin bir hissəsi müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlərdir. Digər hissəsi is

11:01 150
.

"Mançester Siti"nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu Antuan Semenyo zədə səbəbindən iki aya qədər yaşıl meydanlardan kənarda qala bilər. Teleqraf xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Enzo Mareska məlumat verib. Onun sözlərinə görə, Qana millisinin üzvünün təxminən səkkiz həftə meydan

19.10.2026 337
.