Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?
Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, belə maqnitlər insan sağlamlığı üçün təhlükə yaratmır. Bununla belə, xüsusilə sensor ekranla təchiz olunan müasir soyuducularda maqnit sahəsi müəyyən problemlərə səbəb ola bilər. Bildirilir ki, sensor ekranlı bəzi soyuducular maqnit sahəsinə daha həssasdır.
Maqnitlərin uzun müddət cihazın müəyyən hissələrinin yaxınlığında saxlanılması elektron sistemlərə mənfi təsir göstərə bilər. Müqayisə üçün qeyd olunur ki, 2021-ci ildə "Apple" şirkəti iPhone 12 modellərində yerləşdirilən maqnitlərin bəzi tibbi cihazların, o cümlədən ürək stimulyatorları və defibrilyatorların fəaliyyətinə müdaxilə edə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Bununla yanaşı, mütəxəssislər köhnə tipli soyuducular üçün narahat olmağa ciddi əsas olmadığını bildirirlər. Cenevrə Universitetinin kimya və fizika sahəsi üzrə əməkdaşının sözlərinə görə, adi soyuducu maqnitləri kifayət qədər güclü deyil ki, köhnə tipli soyuduculara hər hansı ciddi zərər vursun.
Belə soyuducularda maqnitlə təmas zamanı cihazın işinə mənfi təsir göstərə biləcək həssas elektron hissələr olmur. Onların iş prinsipi əsasən istilik nasosu sisteminə söykəndiyindən kiçik ölçülü maqnitlər normal fəaliyyətə mane olmur. Bundan başqa, soyuducuların üzərinə vurulan kiçik suvenir maqnitlərinin gücü cihazın daxilində yerləşən elektron hissələrə qədər nüfuz etməyə adətən kifayət etmir. Mütəxəssislər bunu sadə üsulla izah edirlər.
Soyuducu qapısının digər tərəfinə kiçik metal əşya qoyularsa, onun maqnitə yapışmaq əvəzinə yerə düşməsi daha ehtimal olunur. Bu da maqnit sahəsinin nə qədər zəif olduğunu göstərir.
Beləliklə, adi və köhnə tipli soyuducularda kiçik suvenir maqnitləri əsasən təhlükə yaratmır. Lakin sensor ekranlı və daha mürəkkəb elektron sistemə malik yeni nəsil soyuducularda ehtiyatlı olmaq və istehsalçının tövsiyələrini nəzərə almaq daha məqsədəuyğundur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 140 Tarix: 19 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774