Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında

Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısındaFransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir.
Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Onun sözlərinə görə, Florian Filippo kimi siyasi şəxslər mövcud vəziyyətə görə Emmanuel Makronun istefasını tələb edirlər. Bu çağırışlar Fransada hakimiyyətin siyasətindən narazılığın siyasi müzakirələrin əsas istiqamətlərindən birinə çevrildiyini göstərir. Bununla belə, etirazların Makronun istefası ilə nəticələnəcəyini indidən söyləmək mümkün deyil. Prosesin gələcək istiqaməti siyasi qüvvələrin mövqeyindən, ictimai rəyin dəyişməsindən və hökumətin yaranmış vəziyyətə necə reaksiya verəcəyindən asılı olacaq.
Ekspert vurğulayıb ki, diqqət çəkən digər məqam Fransada sağçı siyasi qüvvələrin təsir imkanlarının genişlənməsi ehtimalıdır. Miqrasiya məsələləri, təhlükəsizlik problemləri, milli kimlik və sosial-iqtisadi çətinliklər fonunda artan narazılıq sağçı dairələrin mövqelərini daha da gücləndirə bilər. Bununla belə, yaranmış vəziyyətin seçki nəticələrinə necə təsir göstərəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil.
Bəhruz Quliyev Fransanın beynəlxalq siyasətdə tutduğu mövqeyə də toxunub. O qeyd edib ki, Paris uzun illər ərzində müxtəlif ölkələrdə demokratiya, insan hüquqları və dövlət idarəçiliyi ilə bağlı məsələlərə münasibət bildirib, ayrı-ayrı dövlətlərin daxili proseslərini tənqid edib. Lakin Fransanın özündə baş verən etirazlar, ictimai narazılıq və qarşıdurmalar bu ölkənin həmin prinsiplərə yanaşması ilə bağlı suallar doğurur.
"Fransa dərk etməlidir ki, demokratiya yalnız digər dövlətlərə ünvanlanan tələb və tövsiyələrdən ibarət deyil. Əsl demokratik idarəçilik, ilk növbədə, ölkə daxilində vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, sosial problemlərin həllini və cəmiyyətin hakimiyyətə etimadının təmin olunmasını tələb edir.
Mən hesab edirəm ki, hazırkı hadisələr Fransa rəhbərliyi üçün ciddi xəbərdarlıqdır. Başqa ölkələrdəki çatışmazlıqları tənqid edərkən öz daxilindəki problemləri diqqətdən kənarda saxlamaq olmaz. Əgər Paris beynəlxalq miqyasda demokratiya və insan hüquqlarının müdafiəçisi kimi mövqeyini qorumaq istəyirsə, bu prinsiplərə öz ölkəsində də ardıcıl şəkildə əməl etməlidir. Çünki dövlətin beynəlxalq nüfuzu təkcə siyasi bəyanatlarla deyil, konkret addımlarla, ardıcıl siyasətlə və ikili standartlardan uzaq yanaşma ilə formalaşır", - deyə B.Quliyev fikirlərini tamamlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 151   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.