"Kupça"sız evə bu yolla sənəd almaq olar

"Kupça"sız evə bu yolla sənəd almaq olarMüxtəlif mənbələrdəki məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Belə yaşayış sahələrinin bir hissəsi müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlərdir. Digər hissəsi isə heç bir hüquqmüəyyənedici sənədi olmayan və özbaşına inşa edilmiş tikililərdir.

"Qafqazinfo" xəbər verir ki, Mülki Məcəlləyə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

Bununla belə, qanunvericilik şəxsin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlaka mülkiyyətçisi kimi qeydə alınmasını da istisna etmir. Belə ki, Mülki Məcəllənin 178.6-cı maddəsinə görə, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.

Lakin təcrübədə sözügedən 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən, yəni 1 sentyabr 2000-ci ildən sonra yaranan münasibətlərə aid edilməsi hallarına rast gəlinir. Belə olan halda faktik mülkiyyətçi olan şəxslərin mülkiyyətçi kimi qeydə alınması 2030-cu ildən sonra mümkün görünür.

Halbuki Mülki Məcəllənin 178.6-cı maddəsində nəzərdə tutulan 30 illik müddətin məhz Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən, yəni 2000-ci ildən sonra yaranan münasibətlərə şamil edilməsinə dair qanunvericilikdə heç bir məhdudiyyət yoxdur. Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.

Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.

Mülki Məcəllənin 178.6-cı maddəsində nəzərdə tutulanlar geriyə şamil olunarkən fiziki və hüquqi şəxslərin vəziyyətini pisləşdirmir. Çünki bu maddədə daşınmaz əmlakın faktik mülkiyyətçisinin mülkiyyətçi kimi qeydə alınması üçün əmlaka etirazsız sahiblik etməsi şərtlərdən biri kimi göstərilib. Odur ki, dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlakın faktiki mülkiyyətçisi ona 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edibsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 121   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda yumurta bahalaşdı

Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqları

19.10.2026 361
.

Sabah yağış yağacaq

Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şər

19.10.2026 570
.

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb. Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb

11:42 15
.

"Kupça"sız evə bu yolla sənəd almaq olar

Müxtəlif mənbələrdəki məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Belə yaşayış sahələrinin bir hissəsi müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlərdir. Digər hissəsi is

11:01 120
.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbil valideynləri ilə münasibətlərindən söz açara

19.10.2026 417
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. BİG.AZ -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:14 221
.

Payızda xəstələnməmək üçün bunları EDİN - Həkimdən tövsiyələr

Fəsil dəyişikliyi, xüsusilə payızın gəlişi ilə havanın temperaturunda baş verən tez-tez dəyişikliklər insan sağlamlığına təsirsiz ötüşmür. Temperaturun dəyişməsi, soyuq havaların başlaması və mövsümi allergenlər bəzi insanlarda müxtəlif sağlamlıq problemlərinin yaranmasına və ya mövcud xəstəlikləri

19.10.2026 383
.

Həkimlikdən nazir postuna...

Xəbər verdiyimiz kimi, Anar Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" yeni nazirin dosyesini təqdim edir:. Yeni təyin olunan nazir Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. A.Bayramo

19.10.2026 486
.

"Mançester Siti"nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu Antuan Semenyo zədə səbəbindən iki aya qədər yaşıl meydanlardan kənarda qala bilər. Teleqraf xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Enzo Mareska məlumat verib. Onun sözlərinə görə, Qana millisinin üzvünün təxminən səkkiz həftə meydan

19.10.2026 333
.