Bakıda ən ucuz evlər BU RAYONDA SATILIR
Hazırda paytaxtın daşınmaz əmlak bazarında ciddi durğunluq müşahidə olunur. Bazarın istər mənzil, istərsə də həyət evləri ilə bağlı seqmentlərində alıcı qıtlığı özünü göstərməkdədir. Realtorlar bu tendensiyanı müxtəlif səbəblərlə izah edir.
BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ceyhun Əhmədov bildirib ki, bazarda müşahidə edilən alıcı qıtlığı qiymətlərə də ciddi təsir göstərib:
"Həyət evlərindən danışırıqsa, burada ümumiyyətlə durğunluq hökm sürür. Əvvəllər Bakıya yaxın olan Masazır, Xırdalan, Biləcəri kimi qəsəbələrdə ev tapmaq müşkül məsələ idisə, hazırda situasiya tamam fərqlidir.Satışlar kəskin surətdə azalıb. Bunun isə özlüyündə bir neçə səbəbi var. Əvvəla, yay aylarıdır, ona görə də, alıcılıq qabiliyyəti aşağı düşüb. Bu, ötən illər də belə idi.Lakin başlıca səbəb, artıq bir çox insanın şəhərə yaxın və mərkəzi ərazilərdən mənzil almağa üstünlük verməsidir. Hər kəs iş yerinə, təhsil aldığı universitetə yaxın yerdə yaşamaq istəyir. Nəzərə alsaq ki, paytaxt yollarında tıxaclar gündən-günə intensivləşir, o zaman müştəriləri daha yaxşı başa düşmək olar".
Ekspert hazırda Bakının bəzi yerlərində ev və torpaq qiymətlərinin kəskin surətdə ucuzlaşdığını diqqətə çatdırıb:
"Əvvəllər Bakının Sabunçu, Suraxanı, Binəqədi kimi rayonlarında həyət evləri intensiv formada satılırdı. Lakin hazırda vəziyyət kəskin dəyişib. Bu həm də tətbiq olunan yeni qaydalarla bağlıdır. Artıq heç kim natamam sənədləri olan torpağı alıb ev tikmək istəmir. Çünki tikilən evə kommunal xətlərin çəkilməsi demək olar ki, mümkünsüzdür. Digər tərəfdən, son vaxtlar qanunsuz şəkildə zəbt olunmuş torpaq sahələrində aparılan tikinti işlərinin qarşısı sərt şəkildə alınır.Bu baxımdan paytaxtda yaxın olan rayon və qəsəbələrdə torpaqların və evlərin əvvəlki qiymətlərindən olduqca aşağı təklif olunur. Siyahıya yenə Sabunçu, Suraxanı və Binəqədi rayonları başçılıq edir. Hazırda Abşeronda və Sabunçu rayonunda ucuz evlər tapmaq daha asandır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1516 Tarix: 10 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sabah" - "Barselona" matçının biletləri satışda
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d
19.10.2026 406 İtinizə bu 7 sözü deməyin
İtin tərbiyəsi səbir tələb edir. Xüsusilə evə yeni küçüyün gəlməsi ilə yerdə yaranan ləkələr, gəmirilmiş ayaqqabılar, davamlı hürmə və qonaqların üstünə tullanmaq sahibini əsəbiləşdirə bilər. Lakin mütəxəssislərin fikrincə, qışqırmaq iti düzgün davranmağa öyrətməyin yaxşı üsulu deyil. xarici mediay
19.10.2026 347 Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19.10.2026 357 Şəbnəmin qızı Amerikada universitetə qəbul olub
Müğənni Şəbnəm Tovuzlunun qızı Günel Amerikaya köçür. Axşam.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib. O bildirib ki, Günel Amerikada universitetə qəbul olub. O, əvvəlcə Fransada kursa gedəcək, yanvardan isə Amerikaya yollanacaq
12:08 71 Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?
Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel
19.10.2026 337 Kim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
10:45 164 Baş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. "Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib. Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 199-2003-cü ilə qədər Ba
19.10.2026 449 Bu məşhurların diplomları peşələri qədər təəccüblüdür
Dünya şöhrətli aktyorların bəzilərinin təhsili onların canlandırdıqları obrazlardan və seçdikləri peşədən tamamilə fərqlənir. Məsələn, "Mr. Bean" obrazı ilə tanınan Rowan Atkinson elektrik mühəndisliyi üzrə magistr dərəcəsi alıb, "Friends" serialında Phoebe Buffay obrazını canlandıra
12:10 59 Sabah yağış yağacaq
Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şər
19.10.2026 577