Xaricdə sürücülük vəsiqəsi alıb Azərbaycana gələn şəxslər onu dəyişdirməlidirlər?
Qanunvericiliyə əsasən, Azərbaycan ərazisində A, B, C kateqoriyalarına, B1 və C1 altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququ 18 yaşdan sonra əldə edilir.
Sürücülük vəsiqəsi almaq istəyən şəxs Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ərazi üzrə qeydiyyat-imtahan məntəqəsinə ərizə ilə müraciət etməlidir.
Oxu.Az xatırladır ki, Azərbaycan Respublikasında verilmiş sürücülük vəsiqələri Avropa Konvensiyasına qoşulan bütün ölkələrdə tanınır.
Bəzən sürücülük vəsiqələri öz ölkələrinə aid olan əcnəbi vətəndaşlar Azərbaycana gələrkən hansı halda avtomobil idarə edə biləcəkləri ilə bağlı məlumatlı olmurlar.
Bu səbəbdən də "Əcnəbi vətəndaşlar Azərbaycanda avtomobil idarə etmək üçün nəyi bilməlidirlər?" sualı ilə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, qanunvericiliyin tələbinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında respublikamızın ərazisində nəqliyyat vasitələrini idarə etmək hüquqlarına malikdir.
"Lakin əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində qanunla müəyyən edilmiş qaydada dəyişdirməlidir. Sürücülük vəsiqəsi dəyişdirildikdə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni vəsiqə ilə birlikdə həmin şəxsə qaytarılır. Həmin şəxs də milli sürülük vəsiqəsi ilə yaranan hüquq və vəzifələri daşıyır", - deyə açıqlamada bildirilir.
Başqa sözlə desək, "Yol hərəkəti haqqında" Qanunun 35.1-ci maddəsinə əsasən, əcnəbi vətəndaşın aldığı sürücülük vəsiqəsinin müddəti ona ölkə ərazisində qeydiyyat icazəsi verildiyi müddətə bərabərdir. Yəni sürücülük vəsiqəsi əcnəbi vətəndaşın Dövlət Miqrasiya Xidmətindən aldığı şəxsiyyət vəsiqəsində göstərilən müddətə qədər etibarlı hesab olunur.
Qanunun bu tələbi pozulduğu halda (yəni xarici vəsiqə milli vəsiqə ilə əvəzlənməzsə) həmin şəxs Konstitusiya Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarına əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan (yəni sürücülük hüququ olmayan) şəxs hesab edilir.
Belə olduğu halda isə həmin sürücü vəsiqəsi olmayan şəxs kimi inzibati məsuliyyətə, cinayət xarakterli hadisədə təqsirli olduqda isə sürücülük hüququ olmadan qəza törətməyə görə Cinayət Məcəlləsinin 263-1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlb edilir.
Qeyd edək ki, 1968-ci il Vyana Konvensiyasına uyğun olan xarici sürücülük vəsiqələri "ASAN xidmət" mərkəzlərində, imtahansız, 30 manat rüsum ödənilməklə Azərbaycan vəsiqəsinə dəyişdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1330 Tarix: 09 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSoyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?
Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel
19.10.2026 338 Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ
19.10.2026 369 1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı
Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima
19.10.2026 411 Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. xarici KİV-ə istinadən xəbər verir ki, məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbil valideynləri ilə münasibətlərindən söz açara
19.10.2026 435 Azərbaycanda yumurta bahalaşdı
Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqları
19.10.2026 376 D vitamini kimlər üçün vacibdir? - 5 risk AÇIQLANDI
D vitamininin qəbulu ilə bağlı müxtəlif və bəzən ziddiyyətli fikirlər mövcuddur. "Günəş vitamini" adlandırılan D vitamini sümüklərin sağlamlığından immun sisteminin fəaliyyətinə qədər orqanizmdə bir sıra mühüm funksiyaları yerinə yetirir. xarici mediaya istinadən xəbər verir ki, endokrinolo
19.10.2026 391 Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz
13:01 1 Kim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
10:45 185 Prezident onları təltif etdi - Siyahı
Azərbaycan energetikləri təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər:. 2-ci dərəcəli "Əmək" ordeni ilə. Quliye
19.10.2026 400