Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA

Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil".

Bu sözləri BiG.AZ-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib. O bildirib ki, Türkiyədən Azərbaycan xalqının və dövlətinin kəsib atdığı dırnağına belə zərər dəyməsi Türkiyənin və türk millətinin ürəyinə xəncər sancılması kimi qəbul edilir:

"Bunu bir kənara qoyaq. Hazırda hər iki tərəfdə emosional, tez reaksiya verən və mənbəyi bəlli olmayan mövqelər ön plana çıxdığı üçün onların söylədikləri və etdikləri üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurulmağa çalışılır.
Bu məsələdə atılmalı olan addım iki dövlətin rəhbər şəxslərinin bir araya gəlməsidir. Əgər aralarında hər hansı problem varsa - belə bir problemin olması da kifayət qədər mümkün və normaldır - onu bağlı qapılar arxasında müzakirə edərək həll etməlidirlər. Əks halda, ictimaiyyət qarşısında aparılan müzakirələr bu mübahisəni alovlandıranların maraqlarına xidmət edəcək. Türkiyə hökumətinin daxilində bəzi radikal islamçı və İrana yaxın qrupların olduğu, onların bu prosesdə iştirak etdiyi iddia edilsə də, kökü xaricdə olan bu qrupların arxasında onları istiqamətləndirən bir mexanizmin olduğunu bilmək lazımdır. Bu qrupların tvit paylaşmaqdan başqa ciddi bacarıq və təsir imkanları yoxdur".

Müsahibimiz qeyd edib ki, Azərbaycan cəmiyyətinin quruluşu ilə Türkiyə cəmiyyətinin quruluşu müqayisə edildikdə, aralarında bir çox fərqlərin olduğu görünür:

"Hər iki tərəf bu fərqlərdən çıxış edərək öz doğrularını ön plana çəkir, qarşı tərəfi anlamağa, qavramağa və mühakimə etməyə çalışır. Bu da ortada böyük bir xaos olduğu təəssüratını yaradır. Biz KAFKASSAM olaraq hər iki tərəfin mövqeyini, davranışlarını və irəli sürdüyü fikirləri daim təhlil edirik. Gəldiyimiz nəticəyə görə, hər iki tərəfdəki bu emosional şəxslərin arxasında üçüncü bir ölkə dayanır. Həmin ölkənin məqsədi Qafqazda Azərbaycanı təcrid etmək, Azərbaycan üzərindən region üçün təhdid yaratmaq, Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmaq və Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhünün əldə olunmasına mane olmaqdır. Oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə hər iki ölkənin prezidentləri və nümayəndə heyətləri bir araya gələrək bu problemləri həll edəcəklər. Bundan sonrakı prosesdə isə daha diqqətli davranılması gözlənilir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 113   Tarix: 20 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy

19.10.2026 489
.

İşğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur

"Hazırda işğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur". xəbər verir ki, bunu SOCAR-ın"Azəriqaz" İstehsalat Birliyinin Qarabağ Regional Qaz İstismarı İdarəsinin (RQİİ) baş mühəndisi Qiyas Abdullayev 2023-2025-ci illərdə azad edilmiş ərazilərd

19.10.2026 329
.

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd

11:14 176
.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

14:05 5
.

Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır

ABŞ Prezidenti Donald Tramp miqrantların Fransada nəzarəti ələ keçirdiyini və hakimiyyətin təcili sərhədləri bağlamalı olduğunu bildirib. Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social"da yazıb. "Miqrantlar Fransanı ələ keçiriblər. Sərhədlər təcili bağlanmalıdır"

19.10.2026 422
.

1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı

Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima

19.10.2026 428
.

Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?

Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını müəyyən ediblər. Bu siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Ən böyük sürpriz isə onun yarandığı qalaktika olub: tədqiqatçılar çoxsaylı ulduzları olan böyük qalaktika əvəzinə, ulduzların fəal şəkildə yarandığ

19.10.2026 384
.

Qətl şübhəlisinin hadisədən əvvəl süni intellektə verdiyi suallar ortaya çıxdı

Türkiyənin Sakarya vilayətində 14 yaşlı Murat İmrağın odlu silahdan açılan atəş nəticəsində həyatını itirməsi ilə bağlı istintaqda yeni detallar məlum olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar həbs edilən 15 yaşlı Yasin Karataşın (ad və soyad şərtidir) cinayətdən əvvəl sün

19.10.2026 347
.

Litvanın PUA iddiası Polşanın etirazına səbəb olub

Polşa Ukrayna istehsalı olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə görə Litvanın irəli sürdüyü ittihamları əsassız hesab edir. xəbər verir ki, bu barədə Polsat News telekanalı məlumat yayıb. Litva tərəfinin məlumatına görə, oktyabrın 18-də ölkənin şimalında hava məkanını pozara

10:48 177
.