Türkiyə hotellərində "hər şey daxil" sistemi ləğv edilir?
"Turizmdə maraqlı tərəflər "hər şey daxil" sistemindən şikayətlənsələr də, iş düyməyə basmağa gələndə kimsə addım atmır".
Oxu.Az-ın "Hürriyet"ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Aralıq Dənizi Turistik Hotelçilər və Sahibkarlar Dərnəyinin İdarə Heyətinin üzvü, "Cornelia Diamond Golf Resort&SPA" hotelinin baş direktoru Zafer Alkaya nəşrə müsahibəsində danışıb.
Onun sözlərinə görə, bir zamanlar "hər şey daxil"dən qazanc əldə edən Türkiyə artıq yeni imkanlar barədə düşünməlidir.
"Bu sistem illər əvvəl inkişaf və sıçrayış mərhələsində olan turizm hərəkatımız üçün çox əhəmiyyətli bir çıxış yolu oldu. Bu sahədə əldə etdiyimiz uğurlu nəticələr, təbii ki, danılmazdır. Amma illər sonra içindən keçdiyimiz bu yeni proseslərdə bu məsələ masaya yatırılaraq yenidən müzakirə edilməlidir. Bütünlüklə bu sistem üzərində israr etmək isə gələcəkdə yeni problemlərlə qarşılaşmağımıza səbəb ola bilər.
Nəticədə "hər şey daxil" sistemi artıq bir tabu kimi qəbul edilməməlidir.
Digər tərəfdən, sektorumuzla bağlı başqa mühüm bir reallıq odur ki, turistləri qəbul etdiyimiz bazarlar baxımından çeşidimizi genişləndirməliyik. Həmişə tanıdığımız və vərdiş etdiyimiz üsullarla irəliləməyə çalışmaqdan qəti şəkildə imtina etməliyik", - deyə Zafer Alkaya qeyd edib.
"Turizm işində maraqlı olan kiminlə danışsanız, illərdir "hər şey daxil" sistemindən şikayətlənir. Hotel sahibi, vətəndaş cəmiyyəti qurumları, agentliklər, kiçik biznes sahibləri, bələdiyyə sədrləri, siyasətçilər, hətta nazirlər belə… İş düyməni basmağa gələndə isə ətraf birdən-birə boşalır. Bir zamanlar "hər şey daxil"dən qazanc əldə edən Türkiyə artıq yeni imkanları nəzərdən keçirməlidir. Üstəlik, bəlkə də bunun vaxtıdır... Niyə? Çünki bu il turizm obyektlərinin doluluq dərəcələrində problem var", - deyə o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 676 Tarix: 07 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇin şirkətləri ABŞ-a nadir torpaq metalları göndərməkdən imtina edir
Çində bəzi nadir torpaq elementi təchizatçıları ABŞ şirkətlərinə məhsul göndərməyi dayandırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bir sıra Çin şirkətləri Pekinin mümkün reaksiyasından ehtiyat edərək ABŞ-a nadir torpaq metalları tədarük etməkdən çəkinir. Bu vəziyyət ABŞ Prezidenti Donald Tram
13:00 185 Almaniyada Rusiyanın mümkün "hibrid hücumları" ilə bağlı narahatlıq artır
Almaniyada elektrik şəbəkəsinə qarşı yeni sabotaj cəhdlərinin araşdırılması ölkənin kritik infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Düsseldorf yaxınlığındakı Dormagen şəhərində transformatora müdaxilə edilməyə cəhd göstərilib
15:20 149 Vüsalənin qızı ilə Avropa tətili - Fotolar
Aparıcı Vüsalə Əlizadə Avropa səyahətinə çıxıb. Axşam.az xəbər verir ki, aparıcı qızı Diləklə birlikdə Niderlandda istirahət edir. Amsterdamda olan Vüsalə şəhərin tarixi məkanlarından fotolarını sosial media hesabında paylaşıb. O, paylaşımına "Dünya tarixinə övladınla toxunmaq" sözlərini yazı
12:44 299 Sibir vulkanları tarixdə ən kütləvi yoxolmanı başladıb: Okeanlarda nə baş verib?
Təxminən 252 milyon il əvvəl Yer kürəsi tarixində ən böyük kütləvi yoxolma hadisəsini yaşayıb. Sibir traplarının püskürmələri atmosferə böyük miqdarda istixana qazı buraxaraq kəskin istiləşməyə səbəb olub. Bu zaman okeanlar oksigenini itirib və dəniz canlılarının əhəmiyyətli hissəsi yaşaya bilməyib
03.09.2026 279 Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ
Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar. Bu barədə -a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib. O bildirib ki, hadisə ilə əlaqəda
13:45 179 ABŞ-İran müharibəsində SON DURUM: Hörmüzdə gəmiçilik kəskin azaldı, neft bahalaşdı
ABŞ və İran arasında son günlər yenidən şiddətlənən qarşıdurma Yaxın Şərqdə gərginliyi artırıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-ın İrana qarşı yeni hava zərbələrindən sonra Tehran da cavab tədbirlərini genişləndirib. İran qüvvələrinin ABŞ-ın bölgədəki hərbi obyektlərinə və Vaşinqtonu
12:46 163 Türkiyə Ayın araşdırılması proqramına qoşuldu
Türkiyə ABŞ-ın Artemis Ay proqramına qoşulan 71-ci ölkə olub. xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ankara Artemis Sazişlərində nəzərdə tutulan öhdəliklərə uyğun olaraq kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəs
11:50 150 Bu ərzağı istifadə edənlər diqqətli olsun
Yumurta yüksək protein tərkibi və zəngin qida dəyərinə görə ən sağlam qidalar sırasında göstərilir. Səhər yeməklərinin vazkeçilməz məhsullarından biri olan yumurta yanlış istifadə və saxlanma vərdişləri səbəbindən sağlamlıq üçün risk yarada bilər. Bəs yumurtanı necə istifadə etmək lazımdır?. xarici mediay
18:15 1 Sabah yağış yağacaq
Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şər
12:53 187