Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib.
Bu barədə o, 2WAY portalına müsahibəsində deyib.
Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:
"ABŞ-dı amerikalı namizədləri dəstəkləyirəm, diqqətimi Konqresə keçiriləcək aralıq seçkilərə yönəltmişəm. Buna görə də İsraildəki seçkilərə müdaxilə etməyəcəyəm".
Oktyabrın 18-də ABŞ Prezidenti Donald Tramp Netanyahuya dəstəyini ifadə edib və o, seçkilərdən sonra yenidən hökumətə rəhbərlik edə bilməsə, İsrailin başqa bir baş naziri ilə sıx əməkdaşlıq etməyə biləcəyini bildirib.
İsraildə parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Seçkilərin nəticələrinə əsasən, Knessetin yeni tərkibi formalaşacaq. Daha sonra ən çox mandat qazanan partiyanın liderinə yeni hökuməti qurmaq tapşırılacaq.
Son sorğulara görə, Netanyahunun "Likud" Partiyasının rəhbərlik etdiyi hazırkı hakim koalisiya bloku ilə birləşmiş müxalifət bərabər mövqedədir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, Netanyahuya münasibət birmənalı deyil:
"Hətta Tramp administrasiyası İsrailə hər cür dəstəyi versə də, ABŞ-ın İsrailin arxasında bu qədər qətiyyətlə dayanması, necə deyərlər, "papadan çox katolik olmaq" təsiri bağışlayır. Yəni bəziləri yəhudilərdən daha çox yəhudi olmağa çalışırlar.
Lakin Netanyahunun qarşıda seçkiləri var və orada hansı nəticənin əldə olunacağı sual altındadır. Müxalifət də ona qarşı hüquqi proses başladıb. Bütün bunlar nəzərə alındıqda, istər-istəməz Netanyahunun Qəzzada törətdiyi iddia olunan soyqırımı və İsrail dövlətinin həyata keçirdiyi əməllər fonunda Avropada və dünyada İsrailə münasibətin kəskin şəkildə mənfiləşməsi diqqətdən kənarda qala bilməz. Artıq ABŞ-da, hətta Tramp administrasiyasında belə, Netanyahunun məsuliyyətini bölüşmək və onun əməllərinə sahib çıxmaq istəmirlər.
Ona görə də bu cür cavabın verilməsi normal, təbii və gözlənilən haldır. ABŞ-da da aralıq seçkiləri keçiriləcək və gələcək prezident seçkilərində demokratların, yoxsa respublikaçıların namizədinin qalib gələcəyi məsələsi gündəmə gələcək".
Müsahibimiz əlavə edib ki, Netanyahunun diqqətini öz ölkəsindəki seçkilərə yönəltməsi və qarşılaşdığı problemlərlə məşğul olması tamamilə təbiidir:
"Qardaşlıq münasibətləri mövcud olsa da, hər kəs ilk növbədə öz ölkəsindəki vəziyyəti qaydaya salmağa çalışır. Hazırda həm ABŞ-da, həm də İsraildə seçkilərlə bağlı proseslər ön plandadır və hər kəs öz siyasi gələcəyini düşünür. Çünki həm Trampın, həm də Netanyahunun siyasi baxımdan vaxtı məhduddur. Tramp üçün bu, son prezidentlik müddətidir. Netanyahunun isə qarşıdakı seçkilərdə qalib gəlmək şansı olsa da, nəticə hələ də sual altındadır. Əgər seçkilərdə məğlub olarsa, soyqırımı ilə bağlı ittihamlar fonunda hətta həbs olunması ehtimalı da var".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 130 Tarix: 20 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSalman Xandan sonra o da hədəf alındı - Maşınına atəş açdılar
Hindistanda Bollivud aktyoru Tayqer Şroffun avtomobilinə atəş açılıb. Axşam.az xəbər verir ki, hadisə oktyabrın 18-də Mumbay şəhərində, aktyorun futbol matçından qayıtdığı zaman baş verib. Motosikletlə gələn naməlum şəxslər onun avtomobilini atəşə tutaraq hadisə yerindən qaçıblar. Atışma nəticəsind
19.10.2026 478 Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz
13:01 201 Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. BİG.AZ -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!
10:14 384 İlyas Yalçıntaş 10 il həbs oluna bilər
Türkiyəli müğənni İlyas Yalçıntaş barəsində narkotik vasitələrin satışı və ya təmin edilməsi ittihamı ilə bağlı ittiham aktı hazırlanıb. Sənətçi təqsirli bilinərsə, 10 ildən artıq müddətə azadlıqdan məhrum edilə bilər. Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq zamanı müğənninin evində aparıla
19.10.2026 392 Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında
Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir
12:00 187 Soyuducunun üzərinə maqnit yapışdırılması təhlükəlidir?
Soyuducuların üzərinə yapışdırılan maqnitlər çox məşhur suvenirlərdir. İnsanlar onları adətən səfərlərdən gətirir və ya xatirə kimi hədiyyə alırlar. Lakin bəzi hallarda bu maqnitlərin müəyyən soyuducu modellərinin işinə təsir göstərə biləcəyi bildirilir. xarici mediaya istinadən xəbər verir ki, bel
19.10.2026 343 Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün il
14:06 135 Azərbaycanda yumurta bahalaşdı
Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqları
19.10.2026 380 Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA
"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər
13:15 143