İki azərbaycanlı Türkiyənin daxili işlər nazirinin evinə necə "giriblər"? - QALMAQAL
Türkiyədə qeyri-qanuni miqrantlar və milyonlarla suriyalı qaçqın problemi siyasi gündəmin əsas mövzularından biri olaraq qalır. Problemin ciddiliyi həm də ondan ibarətdir ki, çoxlu sayda gələnlərin heç bir qeydiyyatı olmadan Türkiyədə yaşadığı güman edilir.
Hökumət də öz növbəsində problemi həll etməyə çalışır. Bu ilin yazında Daxili İşlər Nazirliyi yerli miqrasiya idarələrinə qeydiyyat yerində olmayan və ya qeydiyyatsız yaşayan miqrantların müəyyən edilməsi ilə bağlı göstəriş verib. Yerlərdə yoxlamalara başlanılıb. Ankarada regional miqrasiya idarəsinin əməkdaşları polis və küçə nəzarətçiləri ilə birlikdə miqrantların qeydiyyatda olduqları yerdə yaşayıb-yaşamadığını öyrənmək üçün əvvəlcədən müəyyən edilmiş ünvanlara gediblər.
Moderator.az haqqın.az-a istinadla xəbər verir ki, bu yoxlamalardan birində bələdiyyə əməkdaşı(bekçi) Ankaranın Çankaya bölgəsindəki fərdi evə gedib. Siyahıya əsasən, bu ünvanda iki azərbaycanlı miqrant qeydiyyatda olub. Lakin binaya yaxınlaşanda evin polisin mühafizəsi altında olduğu üzə çıxıb. Bekçi polisə yaxınlaşaraq bu ünvanda qeydiyyatda olan şəxsləri soruşub. Daxili İşlər Nazirliyinin əməkdaşları ona şübhə ilə yanaşıb, saxlayıb və baş verənləri rəhbərlərinə çatdırıblar. Polis şöbəsi işi araşdırmağa başlayanda qalmaqal yaranıb. Məlum olub ki, bu evdə daxili işlər naziri Ali Yerlikaya yaşayır.
Türkiyə mətbuatı bu qalmaqallı faktla bağlı araşdırmalara başlandığını, miqrasiya xidmətinin bir neçə əməkdaşının işdən çıxarıldığını yazır. Məlum olub ki, daxili işlər nazirinin evində qeydiyyatda olan azərbaycanlılar Türkiyədəki hərbi məktəblərdən birinin kursantlarıdır. Onlar həftə sonları məktəb binasını tərk edə bilmək üçün Türkiyədə yaşamaq icazəsi almalı idilər. Bunun üçün miqrasiya xidmətini daimi yaşayış ünvanı ilə təmin etmək lazım idi. Kursantlar daimi yaşayış ünvanı kimi daxili işlər nazirinin evini göstəriblər və orada qeydiyyata düşüblər.
Bu xəbər mətbuata yayıldıqdan sonra Baş Miqrasiya İdarəsi açıqlama yayıb və iki xarici vətəndaşın daxili işlər naziri Əli Yerlikainin evində qeydiyyatda olduğunu təsdiqləyib. İdarədən bildirilib ki, bu fakt 2024-cü il mayın 9-da müəyyən edilib və barələrində cinayət işinin başlanması üçün prokurorluğa müraciət göndərilib. Faktla bağlı araşdırma başlanıb, iki azərbaycanlı kursant, həmçinin iki mülki şəxs barəsində Ankara Prokurorluğuna müraciət edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 646 Tarix: 05 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz
13:01 208 Azərbaycanın milli maraqları hər şeydən üstündür: qanunsuz şəbəkələrə güzəşt olmamalıdır
Ölkənin suverenliyinə, dövlətçiliyinə və milli maraqlarına qarşı qanunsuz fəaliyyət göstərən dini-siyasi şəbəkələrin fəaliyyəti qanun çərçivəsində araşdırılmalıdır. Azərbaycanı hədəfə alan təşkilatların hüquqazidd əməlləri müəyyən edilməli, ölkə daxilindəki əlaqələri və mümkün maliyyə mənbələri hüquq
11:14 183 Deputatdan Türkiyəyə çağırış: "Qardaşlığımızı pozmaq istəyənlər yanılır"
Müəyyən qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından daha üstün strateji əhəmiyyət daşıyan münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizlik maraqlarına əsaslanır. Məhz buna görə də Türkiyədək
11:18 203 Litvanın PUA iddiası Polşanın etirazına səbəb olub
Polşa Ukrayna istehsalı olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə görə Litvanın irəli sürdüyü ittihamları əsassız hesab edir. xəbər verir ki, bu barədə Polsat News telekanalı məlumat yayıb. Litva tərəfinin məlumatına görə, oktyabrın 18-də ölkənin şimalında hava məkanını pozara
10:48 186 Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA
"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər
13:15 147 Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy
19.10.2026 497 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd
11:14 189 "Kupça"sız evə bu yolla sənəd almaq olar
Müxtəlif mənbələrdəki məlumatlara görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan yüzminlərlə fərdi yaşayış evi mövcuddur. Belə yaşayış sahələrinin bir hissəsi müəyyən sənədləri olan, lakin həmin sənədləri hüquqi baxımdan legitim hesab edilməyən evlərdir. Digər hissəsi is
11:01 211 İqlim dəyişikliyi Norveçdə içməli su böhranına səbəb oldu
Norveçin Svalbard arxipelaqında yerləşən Lonqyirbyen qəsəbəsinin sakinlərinə ağır metallarla çirklənmə səbəbindən kran suyunu içməmək barədə xəbərdarlıq edilib. Qaynarinfo xəbər verir ki, dünyanın ən sürətlə istiləşən bölgələrindən birində yerləşən qəsəbədə temperaturun artması daimi donmuş torpaqları
19.10.2026 349