Azərbaycan MN xəbərdarlıq etdi
Azərbaycan Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib.
BiG.AZ xəbər verir ki, bu, Müdafiə Nazirliyinin (MN) yaydığı bəyanatda bildirilib.
"Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.
Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək.
Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcək", - rəsmi qurum bəyan edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 868 Tarix: 25 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında
Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir
20.10.2026 267 Şərq-Qərb istiqamətində tranzit yükdaşımaların həcmi 20,2 faiz artıb
2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib. Teleqraf Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcm
20.10.2026 180 Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz
20.10.2026 418 Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma
Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki
20.10.2026 198 Azərbaycanın milli maraqları hər şeydən üstündür: qanunsuz şəbəkələrə güzəşt olmamalıdır
Ölkənin suverenliyinə, dövlətçiliyinə və milli maraqlarına qarşı qanunsuz fəaliyyət göstərən dini-siyasi şəbəkələrin fəaliyyəti qanun çərçivəsində araşdırılmalıdır. Azərbaycanı hədəfə alan təşkilatların hüquqazidd əməlləri müəyyən edilməli, ölkə daxilindəki əlaqələri və mümkün maliyyə mənbələri hüquq
20.10.2026 239 Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcə
20.10.2026 271 Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılacaq. Nazirlər Kabineti Gəncə Memorial Kompleksini
20.10.2026 262 "Dərviş Parisi partladır": Fransanı silkələyən etirazların arxasında nə dayanır?
Azərbaycan tamaşaçısının yaddaşında "Dərviş Parisi partladır" filminin özünəməxsus yeri var. Dərvişin Parisə gəlişi, avropalıların adət-ənənələri ilə qarşılaşması, gözlənilməz hadisələr və milli yumor bu ekran əsərini illərdir sevilən filmlərdən birinə çevirib. Amma bu gün Parisə baxanda istər-istəmə
20.10.2026 237 Ölkəyə girişinə stop qoyulan azərbaycanlı HƏBS OLUNDU
Rusiyaya girişinə qoyulan qadağaya baxmayaraq, ölkəyə daxil olan Azərbaycan vətəndaşı barəsində Ramon Rayon Məhkəməsi hökm çıxarıb. yerli mediaya istinadla bildirir ki, bu barədə oktyabrın 16-da məhkəmənin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan vətəndaşı sərhədi keçmək üçün ölkəsind
20.10.2026 268