Vətəndaşın 20 min manat pulu batdı- "Kəpəz" MTK eyni məzili bir neçə nəfərə satır
"Kəpəz" MTK eyni məzili bir neçə nəfərə satır.
Bu barədə vətəndaş Hüseynağa Heydərov BiG.AZ-a bildirib.
O qeyd edib ki, "Kəpəz" MTK-nın rəhbəri, sabiq deputat Mahir Aslanov ona heç kimin gücünün çatmayacağını deyir.
"Xırdalan şəhəri, Heydər Əliyev prospektin 596-cı ünvvanda yerləşən binadan 3 mənzil aldım. Birinin çıxarışı, digərinin müqaviləsi var idi. Sonradan məlum oldu ki, bu mənzillər başqalarına satılıb. Biz dəfələrlə "Kəpəz" MTK-ya müraciət etdik, nəticəsi olmadı. Binanın sahibi keçmiş deputat Mahir Aslanovdur. O, keçmiş baş nazirin müavini Abbas Abbasovla şərikdir. Demək olar ki, heç kimin ona gücü çatmır. Respublikanın bütün aidiyyatı orqanlarına müraciət etmişəm. Heç bir nəticəsi yoxdur. Abşeron rayon məhkəməsi Kəpəz MTK- nın iddiası əsasında iş qaldırıb. Verilən çıxarışı, müqaviləni, arayışları ləğv edib. Sumqayıt Məhkəməsi Abşeron rayon Məhkəməsinin qərarını qüvvədə saxladı.Bu, heç bir qanuna sığmır. Mənim 200 min manat pulum batıb. Hazırda Ali məhkəməyə müraciət etmişəm. Ali Məhkəmə sədri İmdad Kərimova ümidimiz böyükdür. İş Mehparə Əhmədovanın icraatındadır. Son ümidimiz ona qalır,amma 4 ildir bu iş gedir,bizim xeyrimizə heç bir iş görülmür. Prezidentə və vitse-prezident Mehriban Əliyevaya müraciət etmişəm, cavab gözləyirəm. Mahir Aslanov deyir ki, gedin, hara şikayət edirsiz, edin, mənə heç kimin gücü çatmaz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1042 Tarix: 18 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd
20.10.2026 242 Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA
"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər
20.10.2026 264 Sabah 28 dərəcə isti olacaq
Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq
20.10.2026 288 Hər gün bir ovuc çərəz yemək orqanizmdə nəyi dəyişə bilər?
Qoz, badam, fındıq və püstə gündəlik qidalanmada sadəcə qəlyanaltı deyil, həm də orqanizm üçün faydalı yağlar, zülal, lif, vitamin və minerallar mənbəyidir. Araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı ürək-damar sağlamlığına müsbət təsir göstərə və bəzi xəstəliklərin yaranma riski ilə əlaqəl
20.10.2026 316 Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib
Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini
20.10.2026 243 Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma
Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki
20.10.2026 198 Şəbnəmin qızı Amerikada universitetə qəbul olub
Müğənni Şəbnəm Tovuzlunun qızı Günel Amerikaya köçür. Axşam.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib. O bildirib ki, Günel Amerikada universitetə qəbul olub. O, əvvəlcə Fransada kursa gedəcək, yanvardan isə Amerikaya yollanacaq
20.10.2026 478 Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d
20.10.2026 266 Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında
Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir
20.10.2026 267