Tənginəfəs olursunuzsa, bunu oxuyun
Yay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. Təmiz havaya çıxanda belə hava çatışmır kimi hal yaşaya bilərsiniz.
Axşam.az xəbər verir ki, tənginəfəslik ağciyər emfizemasının göstəricisidir. Ağciyər emfizeması zamanı ağciyərin toxumalarının hərəkətliyi düşür, havalılıq yüksəlir. Emfizema zamanı ağciyərdəki hava kisəcikləri gərilib genişlənir. Bu zaman hava kisəciklərini bir-birindən ayıran incə divarlar cırılır. Bu da ağciyərin elastikliyinin pozulmasına gətirib çıxarır. Beləcə, ağciyərdə qan və hava tarazlığı pozulur.
Ağciyər get-gedə genişlənir, solur və daşlaşır. Ağciyərin funksiyasının bu cür pozulması digər orqanlara da mənfi təsir göstərir. Xəstədə qan çatışmazlığı aşkarlanır. Burada həmçinin genetik faktorlar da əsas rol oynayır, yəni əgər nəsildə kimdəsə vərəm və ya başqa ağciyər xəstəlikləri olubsa, bu irsən ötürülür. Bəzən yaşlı insanlarda da bu xəstəliyə tez-tez rast gəlmək mümkündür. Bu soyuqdəymə, qrip nəticəsində əmələ gəlir. Buna görə də yaşlı insanlara qripəleyhinə peyvənd etdirmək məsləhətdir.
Xəstəliyin məkanı: ağciyər, bronxlar, tənəffüs yolları.
Əgər səndə döş qəfəsinin formasını dəyişməsi, çətin nəfəsalma, qabırğaarası məsamələrin genişlənməsi, xırıltı səsi, ürəyin küt nahiyəsinin kiçilməsi, halsızlıq, yorğunluq, bəlğəmli öskürək varsa, fiziki iş qabiliyyətin günü-gündən aşağı düşürsə, üzün və əllərin tez-tez göyərirsə, demək, sən ağciyər emfizemasının əsarətindəsən.
Səbəb nədir:
Xəstəliyin yaranmasının əsas səbəbi xroniki bronxitdir. Siqaret çəkmək, spirtli içkilər içmək, havanın müxtəlif toz hissəcikləri ilə çirklənməsi, stress - xəstəliyin inkişafına təkan verən amillər sırasındadır. İnfeksion xəstəliklərə yoluxmaq da ağciyər emfizeması əmələ gətirir.
Kimlər risq altındadır?
· İmmuniteti zəif olanlar
· Qapalı, oturaq iş rejimində və kompüterdə çalışanlar
· Spirtli içki, siqaret və narkotika aludəçiləri
· Nəfəs musiqi alətlərində çalanlar
· Pəhriz saxlayanlar
· Tez-tez qripə yoluxanlar
Xəstəliyin dəhşətli fəsadları:
İnsanlar arasında belə bir adət var ki, öskürək, boğulma olanda bunu soyuqdəymə, qrip, boğaz ağrısı ilə əlaqələndirirlər. Buna görə də tövşüməyə, nəfəs çatışmazlığına önəm vermirlər. Ona görə də bu irəliləyərək xəstəliyə - ağciyər emfizemasına çevrilir. Müalicənin gecikdirilməsi ürək çatışmazlığına gətirib çıxarır. Uzun illər müalicə aparılmadıqda isə xəstəlik ölümlə nəticələnə bilər. Yaşlılarda bu bədxassəli şişə çevrilir.
Diqqət! Diqqət!
Ağciyər emfizemasının vərəmə keçmə riski böyükdür. Əgər evdə bu xəstəliyin ağır formasından əziyyət çəkən varsa, ailənin digər üzvləri də müayinədən keçməlidirlər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCOVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 755 Yeni koronavirus ştammı - əlamətlər hansılardır, niyə həyəcan təbili çalınır?
Dünyada PJ.2.1 koronavirus variantı yayılır. İnfeksiyaya yoluxma hallarının ABŞ, Kanada və bir sıra Avropa ölkələrində qeydə alındığı bildirilir. Mütəxəssislərin sözlərinə görə, bu ştamın yaratdığı əlamətlər adi soyuqdəymə və ya mövsümi qriplə oxşardır. Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər veri
15.11.2026 451 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir?
Zəncəfil uzun illərdir həm mətbəxdə, həm də xalq təbabətində istifadə olunur. Xüsusilə soyuqdəymə, həzm problemləri və ürəkbulanma zamanı ona üstünlük verilir. Lakin bu bitkinin bütün xəstəliklərə qarşı təsirli olması ilə bağlı fikirlər elmi cəhətdən təsdiqlənməyib. Qaynarinfo "Street Kitchen"
17.11.2026 141 Məşhurlar ən çox bu kokteyli içir
Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.
25.10.2026 1140 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 1058 Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1180 Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video
"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl
17.10.2026 952 Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə
25.10.2026 949 Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub
Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand
01.11.2026 796