"Məqsədimiz birlik və həmrəylik yaratmaqdır"

"Məqsədimiz birlik və həmrəylik yaratmaqdır""İyunun 21-də Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verdi. Bu müsahibədə hər zaman olduğu kimi, ölkə başçısı ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bir çox mühüm məsələlərə toxundu. Müsahibədə cənab Prezidentə ünvanlanan suallardan biri də Yaşıl dünya naminə həmrəylik ilinin bu il ölkəmizdə elan olunması ilə bağlı oldu. Cənab Prezidentin də söylədiyi kimi, bu tədbirin təşkil olunmasında əsas məqsədlərdən biri dünyada birlik və həmrəylik yaratmaqdır".

Bu sözləri BiG.AZ-a deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bununla bərabər COP29 zamanı və ondan sonra da Azərbaycan elə bir mühit yaratmaq istəyir ki, bir sıra ölkələr və şirkətlər birgə işləsinlər, qarışıq iddialarını bir kənara qoysunlar və planetin qorunması üçün real addımlar atılsın. Məqsədimiz COP29-a ev sahibliyi edəcək ölkə kimi üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirməkdir.

"Hesab edirəm bu Prezidentin beynəlxalq təşəbbüslərə növbəti töhfəsi kimi, qiymətləndirilməlidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm təşəbbüsləri dəstəkləyən, bir çox mötəbər tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib. Məhz bu siyasət nəticəsində bu gün dünyada ölkəmizə inam və etimad daha da artıb.
Eyni zamanda bu gün ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir. Artıq Azərbaycan bu istiqamətdə bir çox mühüm uğurlara imza atıb. Dünyanın bir çox bu sahədə tanınmış şirkətləri ilə sıx əməkdaşlıq edir. Heç şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən bütün tədbirlər başlıca olaraq ölkəmizin inkişafının təməlini təşkil edir, ölkə vətəndaşlarının rifahını yüksəldir. Hesab edirəm ki, bu müsahibə Azərbaycanın qarşısına qoyduğu hədəflərin həyata keçməsinə və gerçəkləşməsinə də öz töhfəsini verəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 683   Tarix: 29 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

15:57 139
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

16:03 132
.

"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"

Əməkdar artist Mətanət İsgəndərli keçirdiyi mədəkiçiltmə əməliyyatından danışıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "MTV maqazin" verilişində danışıb. O bildirib ki, 8 saat əməliyyatda qalıb:. "Ölümə qol çəkdim. Səkkiz saat əməliyyat olundum. Səhnə gözəllik tələb edir. Canında

20.10.2026 517
.

Həmkarı İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu

14:34 161
.

"Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ

"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat

14:24 242
.

İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad

İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind

12:22 248
.

Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd

14:50 169
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

12:21 233
.

Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?

"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük

12:29 208
.