Səbuhi Rəcəb gəlinini amansızlıqla öldürən qayınatanın yaxınlarından 155 min alıbmış...
Xəbər verdiyimiz kimi, üç ildir həbsdə olan Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, tanınmış idmançı Səbuhi Rəcəb yenidən cinayət məsuliyyətinə cəlb edilib. 7 il 6 həbs cəzası verilmiş S.Rəcəb bu dəfə kikboksinq üzrə dünya çempionu Elman Mirzəyevlə əlbir olaraq, dələduzluq etməkdə təqsirləndirilir.
"Qafqazinfo" Səbuhi Rəcəbin cinayət işi ilə bağlı maraqlı epizod əldə edib.
S. Rəcəb barəsində yeni cinayət işinin başlanmasına və sonradan digər əməllərinin üstünün açılmasına səbəb onun 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub.
Bu məqamda xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıqları 32 yaşlı gəlini Banı Məhərrəmovanı balta ilə doğrayıb, daha sonra hissələrini toplayaraq zibil qabına atıb. Sonradan qayınatanın cinayəti hansı səbəbdən törətdiyini etiraf etdiyi ifadəsi yayılıb.
Ahıl qayınata həbs edildikdən sonra yaxınları onun istintaq dövrü müddətində ev dustaqlığına buraxılması üçün yollar axtarıblar. Bu ərəfələrdə də Səbuhi Rəcəblə tanış olublar.
İ. Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən, S.Rəcəb İ.Məhərrəmovu ev dustaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirəcəkmiş. Təqsirləndirilən idmançı bu məsələlərin həll edilməsi üçün ayrı-ayrı vaxtlarda qarşı tərəfdən 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bir müddət sonra İdris Məhərrəmov xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, apellyasiya məhkəməsi vasitəsilə İ.Məhərrəmovun cəzasını şərti cəza ilə əvəz etdirəcək.
Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra İ.Məhərrəmovun yaxınları aldadıldıqlarını qəbul ediblər. Bundan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır.
İttihamda deyilir ki, idmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq "Range Rover" və "Bentley" markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vəd verərək külli miqdarda pul ələ keçiriblər.
Müttəhim idmançıların bu və digər əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Səbuhi Rəcəb ötən il 3 nəfərə qarşı dələduzluqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Elman Mirzəyev isə əvvəl həbs edilsə də sonradan ev dustaqlığına buraxılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1324 Tarix: 24 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə
15:57 244 Şahzadə Diananın illər sonra üzə çıxan sirri - Buna görə qorxurmuş...
Uels şahzadəsi Diana oğlu şahzadə Harri ilə qardaşı Uilyam arasındakı münasibətlərə və Harrinin kral ailəsindəki gələcəyinə görə ciddi narahatlıq keçirib. Ölkə.az xəbər verir ki, bu barədə işıq üzü görməyə hazırlaşan "Diana Unheard" ("Eşidilməmiş Diana") adlı üç hissəli sənədli filmd
22:15 34 Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
23:00 1 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır
"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğ
17:18 204 Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir
Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini
21:45 104 1 ay kanalda qalan köpəkbalığı xilas edildi
Cənubi Koreyanın Busan şəhərində bir aydan çox müddət ərzində kanalda qalan köpəkbalığı nəhayət açıq dənizə qaytarılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Bukangi" adı verilən dişi köpəkbalığı oktyabrın 21-də həyata keçirilən üçüncü xilasetmə əməliyyatı nəticəsində dənizə yönləndirilib
15:05 227 Süni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
23:15 1 Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar
Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir
19:00 185 Tünzalənin özünə 50 yaş hədiyyəsi
Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen
20:15 156