Süni intellekt indi də oğurluq etdi

Süni intellekt indi də oğurluq etdi"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb.

"Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyuta ticarəti tətbiqini yeniləmək və ağıllı müqavilələri "Ethereum"un test şəbəkəsinə yükləmək tələb olunub.

Əməliyyatlar üçün ödənişə ehtiyac yarandıqda, model yüzlərlə kriptovalyuta cüzdanının ünvanını taparaq, onların bərpa ifadələrindən istifadə edib və vəsaitləri götürüb.

Model hesabların artıq istifadə edilmədiyini düşündüyü üçün bu addımı etik baxımdan problemli saymayıb. Lakin "OpenAI" ona vəsaitləri xərcləmək üçün açıq icazə verilmədiyini vurğulayıb.

Şirkət hadisənin süni intellekt modellərinin öz mülahizələrini hesab sahiblərinin razılığından üstün tuta və icazəsiz hərəkət edə biləcəyini göstərdiyini bildirib. Bununla belə, hadisə əsas şəbəkədən ayrı olan "Ethereum" test şəbəkəsində baş verdiyindən istifadə edilən tokenlərin real pul dəyəri olmayıb.

"OpenAI" oxşar təlimlərdən keçən modellərin canlı internetə çıxışını məhdudlaşdırmaq üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq etdiyini açıqlayıb.

Hadisə süni intellekt sistemlərinin tapşırıqları yerinə yetirərkən səlahiyyət hədlərini aşması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. "OpenAI", "Anthropic" və "Meta" kimi şirkətlər əvvəllər də süni intellekt modellərinin kiberhücumlarla əlaqəli olduğu hallar barədə məlumat veriblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 133   Tarix: 21 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinet

21.10.2026 132
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21.10.2026 252
.

Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?

"Tezliklə Avropa deyə bir şey qalmayacaq". Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlük

21.10.2026 242
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 1
.

Xocalıda torpaq güzəşti: "Digər rayonlarda da tətbiq edilməlidir" - TƏKLİF

Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Müraciətlər Elektro

21.10.2026 224
.

90 il sonra yenidən tapıldı: Nəsli kəsildiyi ehtimal olunan zəhərli heyvan AŞKARLANDI

İndoneziyada uzun illərdir təbiətdə mövcudluğu elmi şəkildə təsdiqlənməyən nadir primat növü yenidən aşkarlanıb. Alimləri təəccübləndirən bu heyvanın zəhərli xüsusiyyətə malik olması onu məməlilər arasında daha qeyri-adi canlılardan birinə çevirir. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, söhbə

21.10.2026 273
.

Həmkarı İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu

21.10.2026 216
.

Prezident bu sazişi təsdiq etdi

"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, sentyabrı

21.10.2026 224
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21.10.2026 161
.