Yağış, şimşək, külək və 37° isti... - Sabahın hava proqnozu

Yağış, şimşək, külək və 37° isti... - Sabahın hava proqnozuİyunun 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında havanın qısamüddətli tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1223   Tarix: 24 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp noyabr ayında Çində keçiriləcək APEC sammitində görüşə bilərlər. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd edək ki, Rusiya prezidenti və amerikalı həmkarı sonuncu dəfə 2025-ci ilin avqust ayında Alyaskanı

02.09.2026 223
.

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell abunəçilərinə səyahətdə, işdə, evdə və müxtəlif məkanlarda internetdən rahat istifadə etməyə imkan verən portativ Mi-Fi modemini təqdim edir. Kompakt ölçüləri sayəsində rahat daşına bilən modem mobil şəbəkənin əhatə dairəsində internetə qoşulmağa imkan verir. Mi-Fi modemə eyni anda 10-dək smartfon

16:18 120
.

Sabah hava necə olacaq?

Azərbaycanda sentyabrın 4-də 33 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatur

13:01 154
.

30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?

Təxminən 30 ildir açılmamış qalan Tupak Şakurun qətli ilə bağlı məhkəmədə andlılar heyəti qərarını verib. Keçmiş dəstə lideri Dueyn "Keffi D" Devis təqsirli bilinib. Qaynarinfo xəbər verir ki, amerikalı reper Tupak Amaru Şakurun 1996-cı ildə Las-Veqasda öldürülməsi ilə bağlı məhkəmə proses

02.09.2026 348
.

Ufoloq Ayda 5,5 kilometr uzunluğunda yadplanetli gəmi gördüyünü iddia edib

UFO Sighting Daily saytının kosmik tədqiqatçısı Skott Uorinq 1967-ci ildə Ayın səthində çəkilmiş fotoşəkildə 5,5 kilometr uzunluğunda yadplanetli gəmi gördüyünü iddia edib. xəbər verir ki, bu barədə "International Business Times" məlumat yayıb. Uorinqin iddiasına görə, sözügedən obyekt Ayı

11:04 172
.

Financial Times: "Qızılın bahalaşması hələ başa çatmayıb"

"Financial Times" qızıl bazarındakı uzunmüddətli yüksəlişi təhlil edib. Nəşr bildirir ki, qızılın hazırkı yüksəlişi əvvəlki dövrlərdəki artımlardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. BİG.AZ Financial Times-a istinadən xəbər verir ki, mərkəzi bankların qızıl ehtiyatlarını artırması, dövlə

16:45 127
.

Peru İranın siyasətini pislədi - Əlaqələr kəsildi

Peru İranla diplomatik münasibətləri dayandırıb. xəbər verir ki, bu barədə Peru Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Peru hökuməti sülhə bağlılıq, beynəlxalq hüquqa hörmət və demokratiyanın müdafiəsi prinsiplərini əsas götürərək İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar qəbu

02.09.2026 222
.

Mənzil qiymətləri niyə artır? - Ekspert əsas amilləri açıqladı

"Azərbaycanda mənzil bazarında qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Bazarda qiymətlərin formalaşmasına eyni vaxtda bir neçə fundamental amil təsir göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri

12:31 152
.

Bəzi məktəblərdə dərslər onlayn olacaq

Bu il Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Axşam.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlər

15:25 190
.