Fransada vəziyyət kritikdir: Etiraz aksiyaları bütün ölkəni cənginə alıb

Fransada vəziyyət kritikdir: Etiraz aksiyaları bütün ölkəni cənginə alıbAvropanın və bütövlükdə dünyanın diqqəti Fransada keçiriləcək seçkilərə yönəlib. İyunun 9-da Avropa Parlamentinə (AP) keçirilən seçkilərin nəticələri Prezident Emmanuel Makronu sensasiyalı qərar qəbul etməyə məcbur edib. Beşinci Respublika tarixində ilk dəfə olaraq dövlət başçısı parlamenti daxili motivlərə görə deyil, xarici seçki kampaniyasının təsiri ilə buraxıb.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

"İntibah" üçün məyusedici nəticələr

Ölkə parlamentinin aşağı palatası olan 577 yerlik Milli Assambleyaya seçkilər üçün namizədlərin irəli sürülməsi başa çatıb. İyunun 17-də seçki kampaniyası rəsmən başlayıb və bu, Beşinci Respublika tarixinə ən qısa kampaniya kimi düşüb. Hələlik rəy sorğuları Prezident Makronun "İntibah" partiyası üçün məyusedici nəticələri proqnozlaşdırır. Anketlərdə Marin Le Penin lideri olduğu, Cordan Bardellanın rəhbərlik etdiyi ifrat sağçı "Milli Birlik" Partiyası və solçu "Yeni Xalq Cəbhəsi" koalisiyası liderlik edir. Seçkilər iki turda - iyunun 30-da və iyulun 7-də keçiriləcək. Parlament mandatlarının böyük hissəsi üçün mübarizə aparan üç əsas siyasi qüvvə var: ifrat sağçı Cordan Bardellanın rəhbərlik etdiyi "Milli Birlik" Partiyası (son sorğuya görə, 33% səs toplaya bilər), solçu "Yeni Xalq Cəbhəsi" (28%), mərkəzçi Makronun "İntibah"ı (18%).

Siyasi mübarizə şiddətlənir

Vəziyyət kritikdir. Emmanuel Makronun elan etdiyi seçkilər ərəfəsində sağçı qüvvələrin, xüsusilə "Milli Birliy"in uğurları fonunda siyasi mübarizə daha da şiddətlənir. Radikallara qarşı mübarizə aparmaq üçün Jan-Lyuk Melenşonun başçılıq etdiyi solçu qüvvələrdən ibarət koalisiya yaradılıb, bütün ölkədə etiraz aksiyası keçirilir. 250 mindən çox insan Fransanın müxtəlif şəhərlərində küçələrə axışaraq ifrat sağçılara qarşı çıxıblar. "France24"ün məlumatına görə, tək Parisdə keçirilən etiraz aksiyalarında 75 min insan iştirak edib. Onların arasında həm ifrat sağçı sol-liberal tənqidçilər, həm də "Milli Birlik" nümayəndələrinin və onun ideoloji lideri Marin Le Penin fikirlərini islamofob hesab edənlər olub.

Polis iğtişaşlara hazırlaşır

Ölkənin keçmiş rəhbəri Nikola Sarkozi Makronun erkən seçkilərlə bağlı qərarının ölkəni xaosa sürükləyə biləcəyini deyib. Fransa polisi parlament seçkilərindən sonra hadisələrin inkişafı üçün bütün mümkün ssenariləri nəzərdən keçirir və sağçıların qələbə qazanacağı təqdirdə baş verə biləcək iğtişaşlara hazırlaşır. Bu barədə "Le Journal du Dimanche" (JDD) qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, polis 7 iyul tarixini, seçkilərin ikinci turunun keçiriləcəyi günü xüsusilə təhlükəli hesab edir. Fransa polisinin həmkarlar ittifaqının nümayəndəsi Erik Henrinin nəşrə verdiyi məlumata görə, polis hazırda qalxan, qumbara, dəbilqə, su şırnaqları və qoruyucu vasitələr hazırlayır. Eyni zamanda, həmkarlar ittifaqının nümayəndəsi bildirib ki, polis əməkdaşlarının sayı məhduddur, ona görə də iğtişaşlar baş verərsə, asayişin qorunmasında "ordunun iştirakı məsələsi" yenidən gündəmə gətiriləcək.

Olland Makrondan qisas ala biləcək?

Seçki prosesinin ən maraqlı xəbəri keçmiş prezident Fransua Ollandın deputatlığa namizədliyinin irəli sürülməsi ilə bağlıdır. Görünür, vaxtilə Makrona uduzan Olland qisas almağın vaxtı çatdığı qənaətinə gəlib. Fransua Fransa siyasətində seçkilərdə qalib gəlmək üçün radikal müxalif qrupları birləşdirməyə qadir olan şəxs kimi tanınıb. Onun namizədliyini Fransanın solçu partiyalarının yaratdığı "Yeni Xalq Cəbhəsi" birliyi dəstəkləyib. Üstəlik, onun prezident postuna namizədliyini irəli sürmək niyyətində olduqlarını da bildiriblər.

Marin Le Penin varisi - Bardella

Bəlli olduğu kimi, Avropa Parlamentinə seçkilərin əsas qalibi ifrat sağçıların lideri, kino ulduzu siması olan 28 yaşlı gənclik kumiri Cordan Bardella olub. Onun sədri olduğu "Milli Birlik" Partiyası Makronun partiyasını sarsıdıcı məğlubiyyətə uğradıb, prezidenti parlamenti buraxmağa və növbədənkənar seçkilər elan etməyə məcbur edib. Artıq iyulda Bardellanın Fransanın baş naziri ola biləcəyi barədə söhbətlər dolaşır. "TikTok" ulduzu olan Bardellanın 1,6 milyon izləyicisi var. Mətbuat onu Le Penin "ideal kürəkəni" adlandırırdı. Bardella Marin Le Penin qardaşı qızı Nolven Olivye ilə romantik münasibətdə olub, lakin onlar Avropa Parlamentinə keçirilən seçkilərə az qalmış ayrılıblar. Tənqidçilər onun erudisiya çatışmazlığını, əsas məsələlərdə şəxsi fikrinin, qlobal iqtisadiyyat və siyasət sahəsində biliyinin olmamasını vurğulayırlar. Bardellanı "Le Penin düsturlarını əzbərdən təkrarlayan" biri kimi təsvir edirlər.

Beləliklə, Fransada siyasi gərginlik artır. Hər şey seçkilərdə sağların qələbə qazanacağını göstərir. Bu qələbə isə tək Fransada deyil, bütövlükdə Avropada gərginliyə səbəb ola bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 621   Tarix: 23 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ufoloq Ayda 5,5 kilometr uzunluğunda yadplanetli gəmi gördüyünü iddia edib

UFO Sighting Daily saytının kosmik tədqiqatçısı Skott Uorinq 1967-ci ildə Ayın səthində çəkilmiş fotoşəkildə 5,5 kilometr uzunluğunda yadplanetli gəmi gördüyünü iddia edib. xəbər verir ki, bu barədə "International Business Times" məlumat yayıb. Uorinqin iddiasına görə, sözügedən obyekt Ayı

11:04 172
.

Tramp xəbərdarlıq etdi: "ABŞ istənilən vaxt İrana qarşı yeni hücum dalğası başlatmağa hazırdır"

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın Hörmüz boğazında yeni qurulmuş radar avadanlıqlarını məhv etdikdən sonra istədiyi vaxt İrana yenidən zərbə endirməyə hazır olduğunu bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, o, jurnalistlərə bildirib ki, "Onla

10:25 198
.

5 yaşlı qızın mədəsindən qızıl külçə çıxarıldı

Çinin paytaxtı Pekində 5 yaşlı qız qızıl külçə udduqdan sonra xəstəxanaya çatdırılaraq xilas edilib. xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. Hadisə zamanı qızın təxminən 4 santimetr uzunluğunda və 50 qram ağırlığında olan qızıl külçəni oynayarkən udduğu bildirilib

14:22 170
.

İsrail müdafiə naziri: İran hücum edərsə, çox güclü cavab verəcəyik

İsrailin müdafiə naziri İsrael Katz İranın mümkün hücumuna hazır olduqlarını və Tehran tərəfindən zərbə endiriləcəyi təqdirdə İsrailin böyük güclə cavab verəcəyini bildirib. xəbər verir ki, Katz deyib ki, hazırda regionun müxtəlif yerlərində zərbələr endirilir, lakin İsrail hələlik hücuma məruz qalmayıb

02.09.2026 216
.

Şuşada turistlər qaya daşlarının üzərini yazıblar

Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. Axşam.az xəbər verir ki, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova məlumat yayıb. Onun sözlərinə görə, bu kimi hallar ilk deyil:. "Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni n

15:16 167
.

Financial Times: "Qızılın bahalaşması hələ başa çatmayıb"

"Financial Times" qızıl bazarındakı uzunmüddətli yüksəlişi təhlil edib. Nəşr bildirir ki, qızılın hazırkı yüksəlişi əvvəlki dövrlərdəki artımlardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. BİG.AZ Financial Times-a istinadən xəbər verir ki, mərkəzi bankların qızıl ehtiyatlarını artırması, dövlə

16:45 127
.

Daşqına baxmayaraq su basan kilsədə evləndilər - Video

Filippində bir cütlük daşqınlardan sonra su basmış kilsədə toy edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" yayıb. Məlumata görə, Leyan Leza Qalanq və Gilbert Çiko cütlüyü Manilanın şimalında yerləşən katolik kilsələrdən birində toy təşkil etmək qərarına gəlib

02.09.2026 355
.

Tanınmış müğənniyə ağır itki (FOTO)

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. BİG.AZ xəbər verir ki, Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anası Zəkiyyə Cəfərova sentyabrın 2-də axşam saatlarında vəfa

10:36 301
.

Bu marşrut xətləri yeni sistemlə işləyəcək

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nı

11:48 206
.