İnkişafda geriləmə, erkən yaşda xəstəliklər: Ölümü yaxınlaşdıran idxal - ARAŞDIRMA

İnkişafda geriləmə, erkən yaşda xəstəliklər: Ölümü yaxınlaşdıran idxal - ARAŞDIRMABu ilin birinci rübündə Azərbaycana xaricdən 13,6 milyon ABŞ dolları dəyərində 11 min 880 ton palma yağı gətirilib. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 89 faiz, kəmiyyət olaraq - iki dəfə çoxdur. Hesabat dövründə Azərbaycan İndoneziyadan 12,4 milyon ABŞ dolları dəyərində 10 min 914 ton (bir il əvvəl tədarük olmayıb), Malayziyadan 1,1 milyon ABŞ dolları dəyərində 899 ton (bir il əvvəlki göstəricidən 84,6 faiz az), Rusiyadan 59 min ABŞ dolları dəyərində 42,6 ton və Türkiyədən 31,9 min ABŞ dolları dəyərində 23,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb. Mütəxəssislərdən də davamlı eşidirik ki, bu məhsul insan orqanizmi üçün çox təhlükəlidir.

Bəs o zaman niyə hər il idxalı daha da artır?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Bir bitkidən alınan iki fərqli məhsul

İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, palma yağı dedikdə eyni ad altında iki fərqli struktura malik yağ nəzərdə tutulur:

"Birincisi, palma meyvəsinin lətindən alınır, ikincisi isə palma meyvəsinin toxumlarından hazırlanır. Palma meyvəsinin lətindən alınan yüksək keyfiyyətli bitki yağıdır. İnsan orqanizmi üçün müstəsna əhəmiyyətə malikdir. Amma palma toxumlarından alınan yağ insan orqanizmi üçün zərərlidir, qida sənayesi üçün yararsızdır".

A.Nəsirli bu zərərli yağın ölkəmizə gətirilməsi səbəblərini də açıqlayıb:

"Rəqəmlərdə ölkəmizə gətirilən məhsulların palma meyvəsinin toxumundan, yoxsa lətindən hazırlandığı göstərilmir. Ümumiyyətlə, belə bir təsnifat aparılmır. Palma meyvəsinin toxumundan alınan yağ dünyada ən ucuz hesab olunur. Bahalı yağlar ölkəmizə külçə şəklində gətirilir və burada qablaşdırılır. Həmin yağlara ən az 20 faiz palma yağı qatılır. Beləliklə, bahalı və keyfiyyətli yağ kimi insanlara təqdim olunur. İşbazlar 10 dəfə daha çox qazanc əldə etmiş olurlar".

Sənaye adı ilə gətirilib, mətbəximizə daxil olur

İqtisadçı qeyd edib ki, işbazlar külli miqdarda qazanc əldə etdiyi üçün müxtəlif adlarla bu məhsulu ölkəmizə gətirməyi bacarırlar:

"İdxal edərkən də təyinatını dəyişirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə bəyan edirlər ki, palma yağını sabun sənayesində istifadə etmək üçün gətirirlər, lakin ərzaq məhsullarının tərkibinə qatılır. Əldə edilən qazanc çox olduğu üçün də palma yağının idxalı ildən-ilə artır. Araşdırmaq lazımdır ki, bu yağ sənayedə hansı məqsədlərlə istifadə olunur ki, bu qədər idxal edilir. Doğrudan da ondan sabun, sürtgü materialları hazırlanır, texniki məsələlər üçün istifadə olunur? Bununla bağlı müşahidələr aparılmalıdır".

Qidaların ömrünü uzadır

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, bu yağ ucuz olması ilə bərabər, məhsulların ömrünü də uzatdığı üçün idxalı artır:

"Qida çeşidliliyi artdıqca qidaların daha ucuz xammaldan əldə olunması və rəf ömrünün uzadılmasına hesablanmış istehsalın artımı meydana gəlir. Palma yağının istifadəsi də bu səbəbdəndir. Palma yağından istifadə olunduqda həmin məhsulların xarab olma vaxtı gecikir, rəf ömrü daha da uzun olur. Həmçinin daha ucuz başa gəlir. Palma yağı sənaye üsulu ilə hazırlandıqda qidada istifadəyə yararlı deyil".

Bitki yağı yediyimizi zənn edib zəhərlənirik

M.Hüseynovanın fikrincə, palma yağından bir çox məhsullarda istifadə edilsə də, tərkibləri gizlədilir:

"Xüsusən də paketlənmiş qidaların əksəriyyətində, eyni zamanda restoran və iaşə obyektlərində qızartma yeməklərdə, bir çox şirniyyatlarda palma yağından istifadə olunur. Lakin bu, əksər hallarda göstərilmir. Bəzən bitki yağı adı altında yazılır, hətta bir neçə bitkinin adı qeyd edilir və konkret olaraq hansı mənşəli yağdan istifadə olunduğu bilinmir. Yaxud müxtəlif kodlarla qeyd olunur. Belə olan halda istehlakçılar da aldıqları məhsullar haqqında tam məlumatlı olmurlar. Bəzi ölkələrdə məhsulların tərkibində palma yağından istifadəyə icazə verilsə də, əksəriyyətində bu, qadağandır. Xüsusən də uşaq qidalarında bu qadağalar daha çox tətbiq edilir. Amma palma yağı təbii haldadırsa, tərkibində A və E vitaminləri, doymamış yağ turşuları varsa, ondan az miqdarda, gec-gec istifadə olunsa, o qədər də zərərli deyil".

İnkişafda geriləmə, erkən yaşda xəstəliklər...

Mütəxəssisin sözlərinə görə, yeniyetmə və gəncləri bu tip məhsullardan maksimum dərəcədə uzaq tutmalıyıq:

"Araşdırmaların nəticələrində də görünür ki, gündəlik, davamlı olaraq palma yağından istifadə edən insanların sağlamlığında müəyyən təhlükələr yarana bilir. Xüsusilə də 20 yaşa qədər olan insan orqanizmində hər gün inkişaf getdiyinə görə, keyfiyyətsiz yağdan istifadə məsləhət deyil. İstifadə edildikdə bu, uşaq və yeniyetmələri inkişafdan geri salır, müəyyən xəstəliklərə erkən yaşda tutulmağa səbəb olur. Sağlamlığına diqqət edən insanlar bu tip məhsullardan istifadə etməməlidirlər. Palma yağından həddən artıq istifadə insan orqanizmində pis xolesterin kimi tanınan LDL səviyyəsini yüksəldir. Həmçinin yaxşı xolesterin kimi tanıdığımız HDL-i aşağı salır ki, bu da bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. İmmun sistemi güclü olan insanlar bu tip qidalardan gec-gec istifadə etsələr, zərərini o qədər də hiss etməyə bilərlər. Amma daima paketlənmiş qidalar, mənşəyi kimyəvi qatqı maddələri, keyfiyyətsiz yağlar olan məhsullardan istifadə edən insanlarda inkişafdan geri qalma, xəstəliklərə tutulma özünü açıq aydın göstərir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1123   Tarix: 23 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Demet Akalından Hülya Avşara SƏRT CAVAB: "Nə axmaq fikirdir!"

Türkiyənin məşhur müğənnisi Demet Akalın sənətçi Hülya Avşarın mirasla bağlı açıqlamalarına sərt reaksiya verib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Avşarın varlı insanların sağlığında miraslarını ailə üzvləri arasında bölüşdürməli olduqlarını deməsi maqazin gündəmində müzakirələrə səbə

18:15 224
.

İranın və Türkiyənin Azərbaycana münasibətində gözlənilməz təzad

İran uzun müddət davam edən səssizliyini pozdu. Özü də gözlənilməz şəkildə. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinq zamanı çıxış edərək bildirib:. "Azərbaycan xalqı qəhrəman və bəsirətli xalqdır. Hicab məsələsi həm bizim, həm Azərbaycan xalqının, həm də digər müsəlmanların diqqətind

12:22 285
.

1 ay kanalda qalan köpəkbalığı xilas edildi

Cənubi Koreyanın Busan şəhərində bir aydan çox müddət ərzində kanalda qalan köpəkbalığı nəhayət açıq dənizə qaytarılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Bukangi" adı verilən dişi köpəkbalığı oktyabrın 21-də həyata keçirilən üçüncü xilasetmə əməliyyatı nəticəsində dənizə yönləndirilib

15:05 227
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

15:32 233
.

Tünzalənin özünə 50 yaş hədiyyəsi

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen

20:15 156
.

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğ

17:18 204
.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

12:20 252
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

23:15 1
.

Torpağın çıxarışı var, amma ev qanunsuzdur - Alıcıları belə aldadırlar

Satışa çıxarılan bəzi evlərdə torpağın çıxarışının olduğu vurğulanır, lakin həmin çıxarışın əkin üçün nəzərdə tutulduğu, gələcəkdə təyinatının dəyişəcəyi ilə bağlı vədlər verilir. Bəs görəsən, bu vədlər nə dərəcədə inandırıcıdır? Əkin üçün nəzərdə tutulan torpağın üzərində yaşayış evi tikmək qanunidir

19:00 185
.