İranda Nobel Sülh mükafatçısı prezident seçkisini boykot edib

İranda Nobel Sülh mükafatçısı prezident seçkisini boykot edibİranda tanınmış hüquq müdafiəçisi və jurnalist, məhbus Nobel sülh mükafatı laureatı, güney azərbaycanlı Nərgiz Məhəmmədi iyunun 28-də keçiriləcək prezident seçkisində iştirak etməyəcək.

"Report" xəbər verir ki, məlumatı "İraninternational" yayıb.

İranda Evin həbsxanada saxlanılan Nərgiz Məhəmmədi bildirib ki, seçkini boykot edir.

Xatırladaq ki, iyunun 21-də onun cəzası daha bir il uzadılıb.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisi, Azərbaycan türküdür. İranda bir sıra KİV-də işləyib.

Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.

Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" təşkilatının "Cəsarət Mükafatı" verilib. 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb, bundan başqa, Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.

2023-cü il mayın 3-də İranda məhbus jurnalistlər - Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

Nərgiz Məhəmmədi 2003-cü ildə Nobel Sülh mükafatına layiq görülmüş, Güney Azərbaycan türkü Şirin İbadinin yaxın silahdaşıdır. O, 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 613   Tarix: 22 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki, həmin şəxslər Xaçmaz rayonunun Palçıqoba kənd sakini Valeh Hümbətov, əslən Tərtərdə

12:27 242
.

Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - Siyahı

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsi

14:49 168
.

Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına - 13 il həbs

"Progress-2016" MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm elan edilib. Şirkət rəhbərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəs

12:30 221
.

İsrail müdafiə naziri: İran hücum edərsə, çox güclü cavab verəcəyik

İsrailin müdafiə naziri İsrael Katz İranın mümkün hücumuna hazır olduqlarını və Tehran tərəfindən zərbə endiriləcəyi təqdirdə İsrailin böyük güclə cavab verəcəyini bildirib. xəbər verir ki, Katz deyib ki, hazırda regionun müxtəlif yerlərində zərbələr endirilir, lakin İsrail hələlik hücuma məruz qalmayıb

02.09.2026 216
.

Avstraliya qlobal fəlakət zamanı Yer kürəsinin ən təhlükəsiz yeri hesab edilib

Avstraliya qlobal fəlakət baş verəcəyi təqdirdə Yer kürəsində yaşamaq üçün ən təhlükəsiz ölkə hesab edilib. xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Almaniyadakı Hagen Universitetinin doktoru Florian Ulrich Jähn-in rəhbərlik etdiyi tədqiqatçılar qrupu qlobal fəlakətlərlə bağl

11:46 150
.

Azərbaycanda investisiya mühiti sahibkarlar üçün nə qədər əlverişlidir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda investisiya mühitinin sahibkarlar üçün nə dərəcədə əlverişli olması son dövrlər biznes gündəminin əsas məsələlərindən birinə çevrilib. Dövlət tərəfindən investisiya layihələrinə müxtəlif təşviq mexanizmləri, vergi və gömrük güzəştləri, sənaye zonalarında hazır infrastruktur və digər dəstə

11:46 238
.

Tramp xəbərdarlıq etdi: "ABŞ istənilən vaxt İrana qarşı yeni hücum dalğası başlatmağa hazırdır"

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın Hörmüz boğazında yeni qurulmuş radar avadanlıqlarını məhv etdikdən sonra istədiyi vaxt İrana yenidən zərbə endirməyə hazır olduğunu bildirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, o, jurnalistlərə bildirib ki, "Onla

10:25 198
.

Bu marşrut xətləri yeni sistemlə işləyəcək

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nı

11:48 206
.

600-dən yüksək bal toplayan bacılar müəllimliyi seçdi

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin seçim zamanı üstünlük verdiyi təhsil ocağına çevrilməkdə devam edir. Bunun bariz nümunələrindən biri də fərqli illərdə qəbul imtahanlarında yüksək nəticə göstərərək eyni ixtisası seçən Nəcəfzadə bacılarını

10:21 214
.