Uzun illər həbsdə olan kişi azadlığa çıxan gün keçmiş arvadını oğurladı

Uzun illər həbsdə olan kişi azadlığa çıxan gün keçmiş arvadını oğurladıUzun illər həbsdə olan kişi azadlığa çıxan gün qohumları ilə birləşib keçmiş arvadını oğurlayıb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl baş verib.

Lakin bu haqda məlumat yayılmayıb. İstintaq materiallarından məlum olur ki, təqsirləndirilən Şamo Qocayev bir neçə il əvvəl boşandığı arvadı Aydan Nağıyevanı (şərti) oğurlamaq məqsədilə qohumları Ayaz Heydərli və Anar Talıblı ilə cinayətkar əlaqəyə girib.

Plana görə, Şamo Bakıda yaşayan arvadını oğurlayıb Salyana aparmalı imiş. Hadisə günü Şamo və Ayaz Anarın etibarnamə əsasında idarə etdiyi avtomobillə arvadının olduğu əraziyə gəliblər.

Şamo keçmiş arvadına övladını oğurladığı ilə bağlı yalan məlumat verərək, uşağı görməsi üçün maşına oturmasının vacib olduğunu deyib. Aydanın razılaşmadığını görən Şamo onu məcbur maşına salıb.

Avtomobildə Şamo Anarla birləşərək qadının müqavimətini qırmaq məqsədilə ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Polis məsələdən xəbər tutan kimi qohumların planını pozub. Qohumlar Salyana çata-çatda təqibdə olan polis əməkdaşları tərəfindən saxlanılıblar.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsinin bir neçə bəndi ilə ittiham verilib. Təqsirləndirilən şəxslər isə ittihamla razı deyillər.
Uzun illər həbsdə olan kişi azadlığa çıxan gün keçmiş arvadını oğurladıŞ.Qocayev ifadəsində deyib ki, o, oğurluq əməlinə görə uzun illər həbsdə olub, elə bu hadisə baş verən günü azadlığa buraxılıbmış.

Keçmiş arvadı ilə də uşaqlarını görmək üçün görüşə gedib. Dediyinə görə, arvadı görüşə etiraz etdiyi üçün aralarında mübahisə yaranıb. Amma məqsədi onu oğurlamaq olmayıb.

Müttəhimlər hər biri məhkəmədən bəraət istəyiblər.

İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılıb.

Hökmə əsasən Şamo Qocayev 10 il, Azər Heydərli 8 il 6 ay, Anar Talıblı isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Uzun illər həbsdə olan kişi azadlığa çıxan gün keçmiş arvadını oğurladı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1024   Tarix: 14 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan: Ermənistan KTMT-də üzvlüyünü bərpa etməyəcək

İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) dondurulmuş üzvlüyünü yenidən aktivləşdirmək niyyətində olmadığı bildirilir. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "Telegram" paylaşımında, Qafqaz Bürosunun məlumatına istinadən açıqlama verib. Paşinya

11:37 147
.

Şahdağa 87 sm qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 87, Kəlbəcərdə 4, Laçınd

10:37 180
.

Tbilisidə nəhəng layihə: Trampın şirkəti 70 mərtəbəli bina tikir

ABŞ prezidenti Donald Trampın şirkəti olan Trump Organization Tbilisidə ən hündür göydələnin tikintisini planlaşdırır. xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, "Trump Organization" və tərəfdaşları təxminən 70 mərtəbəli, Gürcüsta

11:30 144
.

"iPhone 18 Pro" bu rəngdə olacaq

Apple-ın növbəti flaqman modeli olacaq "iPhone 18 Pro" ilə bağlı yeni iddialar ortaya çıxıb. "Apple Insider" platformasına istinadən bildirir ki, şirkət bu dəfə əsas diqqəti yeni rəng seçimlərinə yönəldir və xüsusilə "Dark Cherry" adlı rəng modelin əsas vizual fərqləndiric

20.04.2026 611
.

İsrailin müdafiə naziri Hizbullah terror təşkilatına xəbərdarlıq edib

İsrail Livanda həyata keçirdiyi əməliyyatların əsas məqsədinin "Hizbullah"ın tərksilah edilməsi və şimal bölgələrinə yönələn təhlükənin aradan qaldırılması olduğunu açıqlayıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, müdafiə naziri İsrael Katz bildirib ki, bu proses hərbi və diplomatik addımları

11:54 146
.

Maştağada evdən 8 min manatlıq qızıl oğurlandı

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq edilib. Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinənlər - N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliye

20.04.2026 437
.

Sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti - Açıqlandı

Ötən gün Bakıda 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hazırda şagirdin müalicəsi davam etdirilir: "Ötən gün yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzini

11:27 242
.

Kişilərin gözlərini qadındançəkə bilməməsinə səbəb olan 8 gizli jest və işarə

Kiçik hərəkətlər, baxışlar və davranışdakı incə detallar kişilərin çox vaxt fərqinə varmadan hiss etdiyi güclü cazibə yarada bilər. Qadınlar bəzən maraq göstərməkdə tərəddüd etsələr də, bəzi qeyri-verbal siqnallar qarşı tərəfdə ani simpatiya formalaşdırır. xəbər verir ki, psixoloqlar qadınları daha cəlbedic

20.04.2026 377
.

Bakı metrosuna giriş bağlandı - Sərnişinlər çıxarılır

Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb

12:55 231
.

TOP MP3