Dünyanın ən çox qazanan musiqiçilərindən biri 10 ildir telefon istifadə etmədiyini açıqladı

Dünyanın ən çox qazanan musiqiçilərindən biri 10 ildir telefon istifadə etmədiyini açıqladıMəşhur britaniyalı müğənni Ed Şiran 10 ildir telefon istifadə etmədiyini açıqlayıb.

Bu barədə o, "Therapuss" podkastında qonaq olarkən danışıb.

Aparıcı Ceyk Şeyn müğənninin telefon nömrəsini istəyib, Ed isə yalnız e-poçt ünvanını verə biləcəyini söyləyib.

"Mən 2015-ci ilin dekabrında telefondan imtina etdim. Təxminən 15 yaşımdan eyni nömrəm var idi. Məşhurlaşdım və telefon kitabçamda 10 minə yaxın kontakt oldu. Bütün bu insanlar mənə daim nə isə yazırdılar və mən də onlara cavab verməli olurdum", - deyə ifaçı izah edib.

32 yaşlı müğənni əlavə edib ki, smartfon olmadan yaşamaq onun üçün böyük bir azadlıq olub. O, indi yalnız e-poçt vasitəsilə ünsiyyət qurur və bu, onun həyatını daha rahat və səmərəli edib.

Qeyd edək ki, Ed Şiran müasir pop-musiqi dünyasının ən tanınmış simalarından biridir. O, "Shape of You", "Perfect", "Thinking Out Loud" kimi hitləri ilə dünya şöhrəti qazanıb. Müğənni həmçinin, sosial məsuliyyət layihələri ilə də məşğul olur və xeyriyyəçilik tədbirlərində fəal iştirak edir.

2019-cu ildə o, "Forbes"un dünyanın ən yüksək maaş alan musiqiçilərı siyahısında üçüncü yeri tutub. Qazanılan məbləğ 110 milyon dollar idi.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 876   Tarix: 09 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pünhan Piriyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib. Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib. O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:. "To

24.09.2026 786
.

9 illik evlilikləri bitir

Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb

13.09.2026 352
.

Həyat yoldaşını bu sözlərlə təbrik etdi

Aktyor Taleh Yüzbəyov həyat yoldaşı, bloger Xatirə Yüzbəyovanı doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Taleh sosial media hesabında ailə fotosunu paylaşaraq həyat yoldaşına duyğusal sözlər ünvanlayıb. "Bu həyatda hamıya onunla yol yoldaşı olacaq adam lazımdır. Onunla bütü

26.09.2026 249
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24.09.2026 348
.

Gülay Zeynallı tanınmaz halda - ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI

Müğənni Gülay Zeynallının yeni görünüşü diqqət çəkib. Onun fərqli obrazda çəkdirdiyi fotolar sosial şəbəkədə maraqla qarşılanıb. Müğənninin yeni saç düzümü və makiyajı izləyicilərin diqqətindən yayınmayıb. Gülayın əvvəlki görünüşlərindən fərqlənən stili müzakirələrə səbəb olub. Bəzi izləyicilər Zeynallın

19.09.2026 556
.

Vəfaya "iPhone 18 Pro Max" hədiyyə olundu, ilk paylaşımını etdi - VİDEO

Vəfa Şərifovaya "iPhone 18 Pro Max" hədiyyə olunub. Ona telefondan əlavə, hədiyyə olaraq gül və şokolad göndərilib. Müğənni həmin anları sosial media hesabında paylaşıb. O bildirib ki, telefonunu dəyişmək fikrində olmayıb. Vəfa Şərifova yeni "iPhone" modellərini ilk əldə edənlər sırasınd

27.09.2026 464
.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20.09.2026 519
.

Ülviranın modelə bənzəyən qızı gözəlliyi ilə HEYRAN EDİR - YENİ FOTO

Tanınmış aparıcı Ülvira Qarayevanın qızı Zeynəb sosial mediada paylaşım edib. xəbər verir ki, o "instagram" hesabında yeni fotolarını paylaşıb. Onun paylaşımına çoxsaylı tərif gəlib. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır. Sözügedən fotoları təqdim edirik

20.09.2026 490
.

Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə

20.09.2026 306
.