Ürəkdən ölənlər siyahısında niyə ikinciyik? - Həkim AÇIQLADI

Ürəkdən ölənlər siyahısında niyə ikinciyik? - Həkim AÇIQLADIBir neçə gündür ki, sosial şəbəkələrdə Azərbaycanda ölüm statistikasına görə ürək-damar xəstəliklərinin ön planda olması məsələsi müzakirə olunur.

Oxu.Az xəbər verir ki, yayılan məlumatlarla bağlı Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov danışıb.

R.Mahmudov "World Statistics" resursunun hesabatına əsasən deyib ki, Azərbaycan hər 100 000 nəfər əhaliyə düşən ölüm sayına görə Tacikistandan sonra 2-ci yerdədir:

"Bu həm ictimaiyyət, həm də həkimlər üçün ciddi narahatlıq yaradan bir hadisədir. Əvvəlcə onu deyim ki, bəli, ümumiyyətlə biz region olaraq dünyadakı statistik göstəricilərə, həm qida rasionumuz, həm qidalanma xüsusiyyətlərimiz, eləcə də idman və sağlam həyat tərzinə nisbətən uzaqqalma səbəblərimizə, ürək-damar xəstəliklərindən ölüm və əlilliyə görə yüksək risk qrupunda olan ölkələrdənik. Amma bu heç də statistik dəyərlərdə göründüyü kimi ətrafımızdakı ölkələrdə, bizə qardaş olan Türkiyənin 117-ci sırada olduğu halda bizim ikinci sırada olmağımız məsələsi, eləcə də İranın rəqəmlərinə baxdığımız zaman 60-cı sırada olması ilə bizim rəqəmlər qətiyyən üst-üstə düşmür.

Bunun əsas səbəblərini diqqətə çatdırmaq istəyirəm. Həmin statistik qiymətləndirməyə baxdığımız zaman dünya ölkələri arasında ilk mənfi onluğun post-sovet məkanında olduğunu görürük. Bunu əslində həkim olanlar çox yaxşı bilirlər. Bildiyiniz kimi, ölüm qeydə alındıqdan sonra ölüm səbəbi yazılır. Əfsuslar olsun ki, sovet zamanından qalmış bir ənənəyə görə, hər hansı bir səbəbdən istər pnevmoniya, istər septik şok, istər travma nəticəsində xəstəxanaya gətirilib reanimasiyaya düşmüş şəxs sonunda ürək dayanmasından ölür. Buna görə də qeydiyyatda mütləq ürək-damar xəstəlikləri, yaxud ürək-damar çatışmazlığı ön planda yazılır. Bundan sonra isə digər səbəblər yazılır. Halbuki dünyada bu statistikalar verən digər ölkələrdə hər hansı bir xəstəlikdən həyatını itirmiş şəxsin sonunda ölümü ürək dayanması ilə təsdiqlənsə belə, ölüm səbəbi olaraq sadəcə primer xəstəlik ön planda yazılır".

Həkimin sözlərinə görə, bu, əslində texniki yanlışlıqdır:

"Bu, yəqin ki, Tacikistan, Özbəkistan, Belarus, Ukrayna üçün də keçərlidir. Demək olar ki, post-sovet məkanında olan ölkələrin çoxunun bu şəkildə ilk sıralarda olma səbəbi texniki yanlışlıqdır. Əslində "World Statistics" bazasına daxil olan məlumatların eyni standartlarda olmamasından ötrüdür. Bu gün dəqiq rəqəm vermək mümkün deyil. Amma biz ətrafımızda genetik olaraq yaxın olan ölkələrdən çox da yüksək olmayacaq şəkildə ürək-damar xəstəlikləri nisbətinə sahibik. Bu, yenə də ölkəmizdə bir nömrəli ölüm səbəbidir. Buna görə də, mən fürsətdən istifadə edərək hər birinizə sağlam qidalanma, sağlam həyat tərzi, sağlam ruh arzulayıram".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1318   Tarix: 02 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil

Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd

14.09.2026 426
.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"

20.09.2026 335
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

14.09.2026 269
.

İnsan beyninin sirri açıldı

Stanford Universitetinin alimlərinin apardığı araşdırma insan beyninin inkişafı ilə bağlı yeni nəticə ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, tədqiqatçılar beynin ön və arxa hissələrinin embrional inkişafın çox erkən mərhələsində fərqli progenitor hüceyrə qruplarından əmələ gəldiyini müəyyə

22.09.2026 244
.

Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi

Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b

08.09.2026 327
.

Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi

13.09.2026 407
.

Zülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?

Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil. Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyin

04.09.2026 318
.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəzi fiziki dəyişikliklər ürək-damar xəstəlikləri ilə bağlı ilkin siqnallar verə bilər

06.09.2026 490
.

Hansı bel ağrısı xərçəngə işarə edə bilər?

Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel

20.09.2026 243
.