Broyler toyuqlarının bu hissələrini yeməyin

Broyler toyuqlarının bu hissələrini yeməyinMəlumdur ki, toyuq əti qiymətli kalium, flüor, kalsium, maqnezium, natrium, yod, dəmir, həmçinin bir çox vitamin, mikro və makroelementlər mənbəyidir.

Bununla belə dünya alimləri qeyd edirlər ki, quşun bəzi hissələri insan sağlamlığı üçün zərərlidir. Məsələn, toyuq boynunda zərərli maddələrin və bakteriyaların toplana biləcəyi limfa vəziləri var. Toyuq boynundan müntəzəm istifadə xərçəngə tutulma riskini artıra bilər.

Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuqlarda bakteriya aşkarlanıb

Toyuq bağırsaqlarında qida qalıqları və müxtəlif bakteriyalar ola bilər. Toyuğun bu hissəsinin istehlakı qanda yağ səviyyəsinin artmasına səbəb ola bilər.

Toyuq ayaqları orqanizmin həzm etməkdə çətinlik çəkdiyi yağlarla zəngindir. Bundan əlavə, onların tərkibində bədənə daxil olduqda insan sağlamlığına mənfi təsir göstərən hormonlar ola bilər.

Toyuq quyruğu və ya qaz quyruğu da sağlamlığa zərər verə biləcək toksin və bakteriya mənbəyi ola bilər.

həkimlər sağlamlıq risklərini minimuma endirmək üçün toyuq hissələrini seçərkən diqqətli olmağı tövsiyə edir.

Toyuğun ən faydalı hissəsi dərisiz döş ətidir. Bu hissə yüksək keyfiyyətli protein mənbəyidir və həmçinin toyuğun digər hissələri ilə müqayisədə daha az yağ ehtiva edir.

Döş ətində də daha az doymuş yağ və xolesterol var.

BiG.AZ bildirir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Abbas Bağırov bildirib ki, broyler şəraitində, fabriklərdə yetişdirilən toyuqların qida rasionlarının qorunması və tənzimlənməsi prinsipləri bir çox hallarda pozulur:

"Çəkisinin artırılması üçün proteinli qida məhsulları ilə yemləndirilən toyuqların yem vahidi bioloji inkişaf müddətinə nəzərən düzgün hesablanmadıqda onların orqanizmində kanserogen və toksiki maddələrin miqdarı artır ki, bunun da istehlakçılara mənfi təsirləri olur. Həm xərçəng xəstəliyinin, həm də digər toxumaların zədələnməsinə zəmin yaranır.

Broylerdə quşların vaxtından əvvəl çəki alması üçün fərqli qida rasionları tətbiq olunur. Yemləmə üçün istifadə olunan proteinlər həm normadan artıq verildikdə, həmçinin optimal mühitdə saxlanılmadıqda onların təbii kimyəvi quruluşlarının pozulması baş verə bilir. Bu halda proteinli qidalar kanserogen maddələrə çevrilirlər".

"Toksinləri çox olan quş ətindən istifadə etmək təhlükəlidir"

Abbas Bağırov həmin kanserogen və ya toksiki maddələrin toyuğun bədəninin hansı nahiyəsində toplanmasından asılı olmayaraq, insanlar üçün potensial təhlükə mənbəyinə çevrildiyini qeyd edib:

"Toyuq və digər quşların yetişdirilmə müddəti optimal olsa, standartalara uyğun şəkildə normativlərə cavab versə, o zaman quş ətinin təhlükəsizliyi haqqında danışmaq olar. Bir sıra fabriklərdə yetişdirilən quşların yemlənməsi texniki- normativ sənədlərə uyğun deyil. O səbəbdən də bir çox risklər yaranır.

Qeyd etmək lazımdır ki, quşların bel nahiyəsi dərisində, arxa-quyruq hissəsində, qanad büküşlərində doymuş yağlar daha çox toplanır. Toksinləri çox olan quş ətindən istifadə etmək təlükəlidir. Hansı ki dönərxanalarda və "fast food" yeməklər hazırlanan iaşə obyektlərində çox vaxt bu amillər nəzərə alınmır, insanlar bu cür keyfiyyətsiz məhsullarla qidalandığı zaman ciddi zərərlər görürlər.
Müayinələr göstərir ki, quşlarda toksinlərin az toplandığı nahiyə döş nahiyəsidir. Çünki o nahiyədə bilavasitə qan damarlarının təchizatı zəifdir".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 9937   Tarix: 12 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.