" ABŞ Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir" - Politoloq

" ABŞ Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir" - PolitoloqABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığı iddia edilən 40-dan çox dövlət adamının, hərbçinin, hakimin və nazirin adı yer alıb.Təqdim edilən siyahıda əsasən hərbiçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını siyahıda xüsusi vurğulayıblar.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Hikmət Mirzəyev Azərbaycan generalı olaraq Silahlı Qüvvələrin NATO-nun sülh naminə əməkdaşlıq proqramında iştirakına həmişə məqbul yanaşıb və dəstək olub.Konqresin adı çəkilən şəxslərə munasibətdə sanksiyalar istəyi anlaşılan deyil,hərçənd Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir:

"Azərbaycan ABŞ ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq edən,ordusunu NATO standartları çərçivəsində formalaşdırmağa çalışan ölkədir. Onun İranla həmsərhəd olması,müsəlman ölkəsi olaraq ABŞ-nin müttəfiqi İsraillə strateji tərəfdaşlıq münasibətləri NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqlik münasibətləri Ağ evin diqqət mərkəzində olan amillərdəndir. ABŞ Azərbaycanla münasibətlərdə bir qayda olaraq bu amillərdən çıxış edir,onunla münasibətləri özünün geosiyasi maraqları çərçivəsində qurmağa çalışır.
Bununla belə Azərbaycanın regionun təhlükəsizlik problemlərinin həllinə fərqli baxışı,müstəqil siyasət yeritməsi,regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsi ilə bağlı ABŞ-nin baxışlarını bölüşməməsi,Rusiya ilə müttəfiqlik münasibətlərimiz,Qərbin istəklərindən fərqli olaraq Rusiyaya qarşı sanksiyalara qoşulmaması,Azərbaycan ərazisindən Rusiyanın loqistik maraqlar baxımından istifadə etməsi,Zəngəzur dəhlizinin perspektivi ilə bağlı məsələlərə rəsmi Bakının fərqli yanaşmaları ABŞ-nin indiki iqtidarını qane etmir.Bayden administrasiyasının Cənubi Qafqaz regionu ilə bağlı baxışlarına bir qayda olaraq ABŞ-dəki erməni diasporasının ciddi təsir imkanları olub.Bayden özü vaxtilə konqresmen olanda ABŞ Konqresinin bədnam 907 nömrəli düzəlişinin qəbulunda iştirak edib və erməni diasporasının lobbiçilik etdiyi siyasətçilərdəndir.O, Ermənistanda Paşinyanı hakimiyyətə gətirən filantrop və milyarder Sorosla çox yaxın münasibətlərə malik siyasətçilərdəndir.Hikmət Mirzəyev Azərbaycan generalı olaraq Silahlı Qüvvələrin NATO-nun sülh naminə əməkdaşlıq proqramında iştirakına həmişə məqbul yanaşıb və dəstək olub.Bu baxımdan Konqresin adı çəkilən şəxslərə munasibətdə sanksiyalar istəyi anlaşılan deyil,hərçənd Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1295   Tarix: 23 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF

"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:. "Məsələn

14:34 198
.

Sabah hava necə olacaq?

Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal

14:09 110
.

İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir

Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq

14:57 58
.

"Ənsarallah" Mədinəyə hücum etdi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Mədinə şəhərində "Ənsarallah" Hərəkatı (husilər) tərəfindən atılmış dronlar məhv edilib. Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü Türki əl-Maliki məlumat verib. Açıqlamada hava hücumunu

22.10.2026 365
.

Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB

2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını

15:02 40
.

Yarım milyondan çox mənimsəmə - Olimpiya Kompleksinin direktoru həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib. "Report"a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla "Azəridmanservis" MMC-nin Quba İdman, istirahət, təlim və tədris kompleksinin direktoru Rəşid Oruco

11:51 192
.

Bu heyvan xəstəliyindən ilk dəfə insan öldü

Fransada ilk dəfə insanda Şamonda (Shamonda) virusuna yoluxma halının aşkarlandığı bildirilir. Virusa yoluxduğu müəyyən edilən xəstə xəstəxanada həyatını itirib. xəbər verir ki, bu barədə məlumatı Fransada səlahiyyətli şəxslər açıqlayıb. Məlumata görə, ağır immun çatışmazlığı olan və ciddi xəstəlik səbəbində

22.10.2026 369
.

Tramp qiymətləri saxlaya bilmədi: "Qara qızıl" kəskin bahalaşdı

Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra cümə axşamı neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. "Reuters"ə istinadla xəbər verir ki, bu, münaqişənin daha geniş şəkildə şiddətlənməsi və dünyanın əsas ixrac bölgəsindən neft tədarükünün daha da pozulması ilə bağlı qorxular

22.10.2026 364
.

İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri

13:14 153
.