Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB

Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur.

Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.
Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlərin ümumi həcminin 18 milyard 430 milyon manat, yerli xərclərin isə 735 milyon 575 min manat təşkil edəcəyi proqnozlaşdırılır.
Beləliklə, şəhər və rayonların gəlirlərinin yerli xərclərini üstələyən və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin aşağı həddi 17 milyard 694 milyon 425 min manat müəyyən edilib.
Gəlirlər və yerli xərclər üzrə göstəricilərə əsasən, Bakı şəhərinin gəlirlərinin 16 milyard 649 milyon 450 min manat, yerli xərclərinin isə 326 milyon 784 min manat olacağı gözlənilir. Paytaxt üzrə gəlirlərin yerli xərcləri üstələyən hissəsinin aşağı həddi 16 milyard 322 milyon 666 min manat təşkil edir.
Digər şəhərlər arasında Sumqayıt üzrə gəlirlərin 288 milyon 300 min manat, yerli xərclərin 25 milyon 38 min manat, Gəncə üzrə müvafiq olaraq 152 milyon 350 min manat və 28 milyon 909 min manat olacağı proqnozlaşdırılır.
Rayonlar üzrə ən yüksək gəlir göstəricilərindən biri Abşeron rayonuna aiddir. Belə ki, rayonun gəlirlərinin 133 milyon 500 min manat, yerli xərclərinin isə 11 milyon 438 min manat olması nəzərdə tutulur.
Qeyd edək ki, qanun layihəsinin 10-cu maddəsinə əsasən, şəhər və rayonların gəlirləri yerli xərclərini təmin etmədikdə, həmin ərazilərə xərclərinin 10 faizindən çox olmayan hissəsi qədər dövlət büdcəsindən vəsait ayrıla bilər. Lakin 2027-ci il üçün təqdim olunan proqnozlarda 67 şəhər və rayonun hamısının yerli xərclərini öz gəlirləri hesabına qarşılaya biləcəyi nəzərdə tutulur.
Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olması gözlənilir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bütövlükdə son illər biz rayonlara ayrılan subsidiyanın mərhələli şəkildə azaldılmasını müşahidə edirik:

"Nəzərə alsaq ki, 2026-cı ildə Xocavənd rayonuna dövlət büdcəsindən subsidiya ayrılırdı. Amma artıq növbəti ildən etibarən təqdim olunan bir layihəyə əsasən, Xocavənd rayonunda yerli gəriləri onun xərcləri ilə eyni olacaq və eyni olduğuna görə də dövlət büdcəsindən subsidiya ayrılmasına ehtiyac olmayacaq. Əslində bu, rayonların inkişafı baxımından vacibdir. Çünki regionlarda regionların inkişafı yerli mənbələrin, gəlir mənbələrinin yaradılmasına gətirib çıxarır. Bu da dövlət büdcəsinin bu istiqamətə ayrılan vəsaitə qənaət edilməsi və vəsaiti digər istiqamətlərə yönəldilməsinə gətirib çıxarır".

Deputat əlavə edib ki, məqsəd yerli mənbələrin rayonların gəlirlərində payını artırmaq və təbii ki, bununla da dövlət büdcəsindən asılılığı minimallaşdırmaqdan ibarətdir:

"Bu kontekstdən, çünki bu istiqamətlərə nə qədər az vəsait ayrılırsa, həmin vəsaitlərin digər istiqamətlərə, o cümlədən sosial, hərbi təhlükəsizliyimizin daha da gücləndirilməsi, Qarabağın bərpası kimi istiqamətlərə yönəldilməsinə imkan yaradır. O baxımdan 2027-ci ildə rayonlara ayrılan subsidiyanın dayandırılması gözlənilən idi. Çünki bu il cəmi bir rayon - Xocavənd rayonu dövlət büdcəsindən subsidiya alırdı".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 115   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.