Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış
Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır.
Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır. Onkoloq qeyd edib ki, bu patogenə yoluxma ən çox yuyulmamış əllər və ya başqasının qab-qacaqlarından istifadə nəticəsində baş verir.
"Mədədəki bakteriyaların fəaliyyəti nəticəsində ilk növbədə "adi" mədə-bağırsaq xəstəliklərinə, sonra isə mədə xərçənginə səbəb olan iltihabi proseslər inkişaf edir", - Balkarov xəbərdarlıq edib.
Həmçinin, onun sözlərinə görə, pivə, pendir, hisə verilmiş və qurudulmuş qidalarda olan azot və azot turşuları da xəstəliyə səbəb ola bilər.
"Adi tərəvəz və meyvələr belə, tərkibində çoxlu nitrat və nitrit varsa təhlükəlidir. Xüsusi kimyəvi aktivliyə malik olaraq, onlar mədə selikli qişasının hüceyrələrinin bütövlüyünü poza bilirlər, sağlam hüceyrələrin şiş hüceyrələrinə çevrilməsinə səbəb olurlar", - deyə o vurğulayıb.
Qeyd edək ki, tərkibində çoxlu nitrat olan meyvə və tərəvəzlərə, o cümlədən göyərtilərə kahı, ispanaq, çuğundur, şüyüd, kələm, turp, yaşıl soğan, qovun, qarpız və s. aiddir. Təhlükəsiz qidalanma üçün nitratlarının ən çox bitkinin hansı hissəsində cəmləşdiyini bilmək lazımdır. Adətən bu köklər, saplaq, yarpaq damarları və qabıqdı. Göyərtilər üçün - bunlar bitkilərin saplaqları, xiyar, yunan qabağı və balqabaq üçün - meyvənin gövdəyə birləşdiyi yer, çuğundur və kartof üçün - qabığı; qarpız və qovun üçün - qabığın altındakı lət və s. Buna görə də bu məhsulların nəzəri cəhətdən təhlükəli hissələrini kəsmək lazımdır.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1700 Tarix: 20 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEyni vaxtda iki telefon işlətmək zərərlidir - yeni araşdırma
İki smartfondan eyni vaxtda istifadə sağlamlığa mənfi təsir göstərə və əl ilə bilək xəstəliklərinin yaranması riskini artıra bilər. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Uayt-Pleynsdəki İxtisaslaşmış Cərrahiyyə Xəstəxanasının əl terapiyası üzrə mütəxəssisi Nik Maroldi "Th
06.06.2026 268 Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
Yaponiyanın Tokio Universitetinin alimləri saçların ağarması ilə bağlı maraqlı araşdırma aparıblar. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, saçın ağarması təkcə yaşlanmanın əlaməti deyil, həm də orqanizmin təhlükəli genetik dəyişikliklərə qarşı müdafiə mexanizmi ola bilər. Araşdırmada bildirili
20.06.2026 227 Distant işin psixi sağlamlığa mənfi təsiri açıqlandı
Harvard və Virciniya universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, uzaqdan iş formatı əməkdaşların psixi vəziyyətinə mənfi təsir göstərir. xəbər verir ki, bu barədə "Science" jurnalında dərc olunan materialda məlumat verilib. Alimlər 500 mindən çox amerikalının sorğu məlumatlarını təhli
07.06.2026 244 Qurban bayramında mədəni qorumağın 3 vacib qaydası açıqlandı
Qurban bayramında həddindən artıq ət istehlakı və qidalanma rejiminin pozulması ən çox mədəyə təsir göstərir. Qaynarinfo xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə xroniki mədə problemləri yaşayan şəxslər bu müddətdə bəzi vacib qaydalara əməl etməlidirlər. Ağır ət yeməkləri və şirniyyatları
29.05.2026 344 İnsanlar qalxanabənzər vəz xəstəliklərində ən çox hansı səhvləri edirlər? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qalxanabənzər vəz xəstəlikləri barədə müzakirə aparılıb. - Qalxanabənzər vəzin əsas funksiyası nədir?. - Haşimoto necə inkişaf edir?. - Yod çatışmazlığı bu vəzə necə təsir edir?. - Stres qalxanabənzər vəzə təsir edə bilər?. - Saç tökülməs
30.05.2026 283 Elxan Nağıyev: Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır
Gələcəkdə qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbirdə deyib. O bildirib ki, hazırda bu istiqamətdə maliyyələşmə Dövlə
13.06.2026 235 Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış
Timus vəzisi uzun illər yalnız uşaqlar üçün vacib olan orqan hesab edilirdi. Hətta onun böyüklər üçün appendiks kimi funksiyasız olduğu düşünülürdü. xəbər verir ki, bu barədə AİF.ru məlumat yayıb. Məlumatda bildirilir ki, Harvard Universitetinin alimlərinin apardıqları araşdırma timus vəzisi ilə bağl
21.06.2026 357 Xərçəng müalicəsində 3 yenilik - Tibb dünyası bu nəticələri müzakirə edir
Xərçəng müalicəsində ümidverici üç yeni elmi araşdırma tibb dünyasında böyük maraq doğurub. Baş-boyun xərçəngində bəzi xəstələrdə şişlərin tamamilə yox olduğu bildirilərkən, sinə xərçəngində bəzi xəstələr üçün kimyaterapiyasız müalicə ehtimalı gündəmə gəlib. Metastatik pankreas xərçəngində isə eksperimenta
03.06.2026 464 Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
Xörək duzu maddələr mübadiləsinin normal gedişində, sinir və əzələ fəaliyyətində, həmçinin orqanizmdə maye balansının qorunmasında mühüm rol oynayır. xəbər verir ki, həkimlərin sözlərinə görə, yetkin insanların gündəlik minimum duz ehtiyacı təxminən 1,4 qramdır. Tövsiyə olunan gündəlik qəbul miqdar
06.06.2026 282