2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTO

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTOSabah 2023-cü illə sağollaşırıq. Tarixə qovuşacaq bu il maraqlı sosial-iqtisadi, eləcə də siyasi hadisələrlə yanaşı, ağır faciələrlə də yadda qalıb.

Cari ilin on bir ayı ərzində respublika ərazisində piyadavurma ilə nəticələnən 578 yol-nəqliyyat hadisəsi baş verib. Həmin hadisələr nəticəsində 303 nəfər ölüb, 311 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyevin Oxu.Az-a verdiyi məlumata görə, piyadavurma faktları ümumi yol-nəqliyyat hadisələrinin 38,5 faizini təşkil edib.

Oxu.Az bu ilin ağır yol-nəqliyyat hadisələrini yada salır:

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTO2023-cü ilin ilk günü Bakının Heydər Əliyev prospektində baş verən ağır yol-nəqliyyat hadisəsi, yəqin ki, yadınızdadır. "Toyota" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması səbəbindən beş nəfər faciəli şəkildə həlak olmuşdu.

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTODaha bir ağır yol-nəqliyyat hadisəsi Siyəzən rayonunda olub. Belə ki, fevral ayında sözügedən istiqamətdə "Audi" markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, yolun hərəkət hissəsindən kənarda dayanan "Mercedes" markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpılıb. Baş verən qəzada dörd nəfər həyatını itirib.

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTONovruz bayramı ərəfəsində baş verən qəza mədəniyyət cameəsini sarsıtdı. Abşeron rayonu ərazisində Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevin idarə etdiyi "Lexus" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində Oqtay Əliyev hadisə yerində həlak olub, avtomobildə olan sərnişinləri - Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTOAprelin 5-də ölümlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi Bakı-Salyan yolunda baş verib. Qəzada dörd nəfər həlak olub, iki nəfər xəsarət alıb. Hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTOAprelin 30-da Bakının Sabunçu rayonunda, Balaxanı-Zabrat yolunda ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. VAZ-2107 və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində VAZ-2107 zərbənin təsirindən yanaraq kül olub. Nəticədə sürücü də daxil olmaqla, iki sərnişin yanaraq həlak olub.

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTOMayın 22-də Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində dəhşətli qəza baş verib. KIA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Hadisə nəticəsində həlak olan 2006-cı il təvəllüdlü Səmayə Talıbova ilə 2000-ci il təvəllüdlü Ə.Nuriyevin həmin ərəfədə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmişlər.

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTOBakının Suraxanı rayonunda mayın 29-da baş vermiş başqa bir qəzada bir ailənin üç üzvü həlak olub. Hövsan şosesində Qum adası istiqamətində hərəkətdə olan "Nissan" markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüblər.

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTOİyunun 26-da Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı altı nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb. Hadisə zamanı həlak olan Xanlar Sultanov və onun həyat yoldaşı Azadə Sultanova toydan qayıdırmışlar. Azadə Sultanovanın üç yaşlı qardaşı oğlu və ailənin digər qohumu, 63 yaşlı Sahiyə Cəfərova da həmin vaxt avtomobildə olublar. Onların da həyatını xilas etmək mümkün olmayıb.

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTOAvqustun 15-də paytaxtın Heydər Əliyev prospektində 29 yaşlı bloqer Nicat Şakirlinin ("Nikosayağı") idarəetdiyi "Porsche" markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin qolu amputasiya edilib. Avtomobildə olan sərnişin, Gəncədəki "İmperial" şadlıq sarayı və istirahət mərkəzinin sahibinin oğlu Ruslan Məmmədov isə həlak olub.

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTOBu ilin oktyabr ayında Quba-Xınalıq yolunun 3-cü kilometrliyində üç nəfərin həlak olduğu daha bir dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi VAZ-2107 və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi "Infiniti" markalı nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsində F.Talıbov, eləcə də sərnişinləri Sübhan Salmanov və İlkin Rzayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

2023-cü ilin gündəmini silkələyən qəzalar: Toy-nişanı, ömrü yarım qalanlar, məşhurlar... - FOTODekabrın 5-də Şamaxı rayonu Göylər kəndi ərazisində üç nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisəni törədən 1994-cü il təvəllüdlü Tural Xaləddin oğlu Fərhadzadə qəzaya uğrayan BMW markalı avtomobili 10 gün əvvəl alıbmış. Qəza baş verən gün avtomobili adına qeydiyyata salmaq üçün Ağsuya gedib. Ağsu rayonunda Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə gedərək avtomobili sənədləşdirib. İlkin məlumata görə, Şamaxıdakı "ASAN xidmət"ə getmək üçün Ağsunun Bico kəndindən çıxan T.Fərhadzadə nəqliyyat vasitəsini sürətlə idarəedib. Nəticədə Şamaxı yolunda, Göylər kəndi yaxınlığında sürücü idarəetməni itirib və maşın üç dəfə aşıb. Nəticədə üç nəfər həyatını itirib.

Dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində Peşəkar Futbol Liqasının (PFL) altı rəsmisi ağır avtoqəzaya düşüb. "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, üç nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. PFL rəhbərliyinin Xankəndiyə səfəri dekabrın 21-də baş tutacaq Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK görüşü ilə bağlı olub. Qəzadan dərhal sonra ağır xəsarət alan altı nəfər Bakıya, xəstəxanaya gətirilib.

Yolunuz açıq olsun! 2024-cü ili qəzasız-bəlasız keçirməyiniz diləyi ilə...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 960   Tarix: 30 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran Azərbaycana təhsil dərsi keçir, bəs azərbaycanlıların ana dilində təhsil hüququ necə olsun?

Doğrudan da, komediyadır!. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli formasının tətbiqinə münasibət bildirib və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini bəyan edib. "İran universitetlər

11:40 71
.

"Hər zaman ayıq-sayıq olmalıyıq" - Prezident

"Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları - azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

11:04 134
.

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara

26.10.2026 340
.

İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL

İranda qadın və qızların təhsil hüquqlarının məhdudlaşdırılması, məcburi hicab qaydalarının sərtləşdirilməsi və universitetlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi ölkənin təhsil sisteminin acı reallıqlarıdır. Qadınların geyimlərinə və ictimai mövqelərinə görə təzyiqlərə məruz qalması, bəzi hallard

26.10.2026 530
.

Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video

Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu

26.10.2026 470
.

Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil

Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ

12:39 54
.

İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır

"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında İnsan resursları üzr

11:51 147
.

Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb

Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib. Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasınd

26.10.2026 503
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliy

10:17 162
.