Bakıda qanunsuz dərman satan Türkiyə vətəndaşı ilə bağlı məhkəmə qərar çıxardı

Bakıda qanunsuz dərman satan Türkiyə vətəndaşı ilə bağlı məhkəmə qərar çıxardıBakı Apellyasiya Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsində təqsirləndirilən Türkiyə vətəndaşı Emrah Özcanın barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin çıxardığı şərti cəza hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə 800 manat məbləğində cərimə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinə dair müddəalar xaric olunub.
İttihama görə, Türkiyə vətəndaşı Emrah Özcan həmyerliləri olan digər iki şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib. Bu məqsədlə təqsirləndirilən şəxs qrupun digər üzvü "Eyyüp" adlı şəxsin vasitəsilə Türkiyədən istintaqa məlum olmayan şəraitdə Azərbaycan ərazisinə satış məqsədilə idxal etdiyi qeydiyyatdan keçirilməmiş 9 250 manat dəyərində 5 qutu "Tesentriq" və 2 300 manat dəyərində 2 qutu "Perjeta" adlı dərman preparatını naməlum vaxtda və şəraitdə, həmçinin "Eyyüp" adlı şəxsin tapşırığı ilə Hasan (şərti) tərəfindən 24 mart 2023-cü il tarixində Türkiyədən özü istifadə etmək adı ilə gömrük nəzarətindən keçirilərək satış məqsədilə ölkəyə idxal edilən bir qutunun qiyməti 850 manat olan 20 qutu "Opdivo 100mq/10ml" adlı dərman preparatını satış məqsədilə əldə edib. O, 24 mart 2023-cü il tarixində Nərimanov rayonu, Məmməd Araz küçəsində yerləşən "Merida" adlı hotelin qarşısında həmin "Opdivo 100mq/10ml" adlı dərman preparatından iki qutunu 1000 manata zərərçəkmiş V.V.-yə (şərti), 4 ədədini isə təkrarən istintaqa məlum olmayan digər şəxslərə, eləcə də həmin tarixdə 2 qutu "Perjeta" adlı dərman preparatını 1800 manata zərərçəkmiş V.V.-yə təkrar satıb. Daha sonra Emrah Özcan 14 qutu "Opdivo" və 5 qutu "Tesentriq" adlı dərman preparatlarını isə müvəqqəti qaldığı "Merida" hotelin otağında qanunsuz olaraq satış məqsədilə saxlayıb. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 25 mart 2023-cü il tarixdə, saat 13:05-də həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı təqsirləndirilən şəxs icazəsi və iştirakları ilə həmin hotelin otağında sözügedən dərmanlar olmaqla ümumilikdə külli miqdarda 21 150 manat dəyərində dərman vasitələri aşkar edilərək götürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 681   Tarix: 30 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İran Azərbaycana təhsil dərsi keçir, bəs azərbaycanlıların ana dilində təhsil hüququ necə olsun?

Doğrudan da, komediyadır!. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli formasının tətbiqinə münasibət bildirib və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini bəyan edib. "İran universitetlər

11:40 71
.

"Hər zaman ayıq-sayıq olmalıyıq" - Prezident

"Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları - azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

11:04 134
.

Ay ətrafında dövrə vuran ilk canlılar: İki tısbağanın hekayəsi

1968-ci ildə Sovet İttifaqı Ay ətrafında uçuş həyata keçirmək və Yerə qayıtmaq məqsədilə "Zond-5" kosmik aparatını kosmosa göndərib. Aparatın göyərtəsində iki Orta Asiya tısbağası ilə yanaşı, milçəklər, qurdlar, bitkilər və toxumlar da olub. Bu missiya canlı orqanizmlərin Yer orbitindən kənara

26.10.2026 340
.

İranın təhsil sisteminin qaranlıq üzü: Repressiyalar, həbslər, boğulan azadlıqlar - TƏHLİL

İranda qadın və qızların təhsil hüquqlarının məhdudlaşdırılması, məcburi hicab qaydalarının sərtləşdirilməsi və universitetlərdə təhlükəsizlik nəzarətinin gücləndirilməsi ölkənin təhsil sisteminin acı reallıqlarıdır. Qadınların geyimlərinə və ictimai mövqelərinə görə təzyiqlərə məruz qalması, bəzi hallard

26.10.2026 530
.

Prezident Şeyxa Əl Nuveyslə bir arada - Video

Prezident İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qonaq qəbula görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunlu

26.10.2026 470
.

Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil

Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ

12:39 54
.

İş axtaranlar üçün VACİB AÇIQLAMA: Bu peşələrə tələbat artır

"Azərbaycanda əmək bazarına nəzər saldıqda görürük ki, hazırda satış, ticarət, maliyyə və mühasibatlıq, istehsalat, tikinti, logistika, səhiyyə, təhsil, informasiya texnologiyaları və insan resursları sahələrində işçi tələbatı mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında İnsan resursları üzr

11:51 147
.

Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb

Türkiyəli aktyor Kadir İnanırın vəfatından dörd ay keçməsinə baxmayaraq, onun mirası ətrafında mübahisələr səngimək bilmir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi bütün əmlakını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət edib. Aktyorun bacısı oğlu Levent İnanır məsələ ilə bağlı açıqlamasınd

26.10.2026 503
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliy

10:17 162
.