Yeni İli xarici ölkələrdə qarşılamaq neçəyə başa gəlir?
Yeni il bayramı ilə əlaqədar olaraq bölgələrə gedən turistlərlə yanaşı, xaricə gedən həmyerlilərimizin də sayı kifayət qədərdir.
Bəs vətəndaşlarımız Yeni ili hansı ölkədə keçirməyə daha çox üstünlük verirlər?
Məsələ ilə bağlı turizm məsələləri üzrə ekspert Əziz Şiriyev Trend-ə bildirib ki, bayramla bağlı ən çox Dubay və Misir istiqamətinə üstünlük verilir.
"Bu istiqamətlərə marağın artmasının əsas səbəbi bloqerlərin və turizm şirkətlərinin həmin yerlərə infoturlarının daha çox təşkil edilməsidir.
Lakin çox imkanlı şəxslər isə Tailand, Vyetnam, Şri-Lanka, Bali, Malayziya, Sinqapura üz tuturlar. Orta imkanlılar isə qrup turları və fərdi şəkildə Dubaya, Əbu-Dabiyə və Şarm Əl-Şeyxə gedirlər.
Bu yaxında bəzi Avropa şəhərlərinə ucuz biletlər satılırdı. Qiymətlər münasib olduğundan bir çox adam Avropa şəhərlərinə səfər edə bildi.
Ancaq insanlarımız oradakı bahalıqdan narazıdır. Əslində, orada bahalıq deyil. Sadəcə pulun dəyər məsələsi var", - o vurğulayıb.
Ekspert qeyd edib ki, hazırda qrup şəklində Dubaya səfər 590 dollardır:
"Bayram günləri üçün isə 630 dollar olacaq. Bu qiymətə dördulduzlu hoteldə dörd gecə, beş gün olmaqla, təyyarə bileti, səkkiz kiloqram baqaj, şəhərin içində transfer və ekskursiyalar daxildir.
Yeni ildə Misirə olan turların qiyməti isə dörd gecə, beş gün olmaqla 700-1000 dollar arasında dəyişir. Laplandiyaya gedənlər də var. Oraya olan turlar çox bahadır. Belə ki turların qiyməti 6 gecə, 7 gün üçün 2500-4000 avro arasında dəyişir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 637 Tarix: 30 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Bakıda Forumda - Video
Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib
10:10 153 İran Azərbaycana təhsil dərsi keçir, bəs azərbaycanlıların ana dilində təhsil hüququ necə olsun?
Doğrudan da, komediyadır!. İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli formasının tətbiqinə münasibət bildirib və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini bəyan edib. "İran universitetlər
11:40 71 Kim Kardaşyan ilk dəfə Luis Hamiltonla münasibətlərindən açıq DANIŞDI
46 yaşlı ulduz yarış sürücüsünün ideal kişi üçün bütün tələblərinə cavab verdiyini etiraf edib. 46 yaşlı Kim Kardaşyan ilk dəfə "Formula-1" pilotu 41 yaşlı Luis Hamiltonla münasibətləri barədə açıq danışıb. Ulduz şəxsi həyatının təfərrüatlarını "Kardaşyan ailəsi" realiti şousunu
26.10.2026 427 Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi
Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə
26.10.2026 325 Kartofu üzə çəkmək dəriyə faydalıdırmı? - Mütəxəssislərdən vacib xəbərdarlıq
Kartof yalnız mətbəxdə istifadə olunan məhsul deyil. Sosial şəbəkələrdə çiy kartof dilimlərinin üzə çəkilməsinin dərini parlaqlaşdırdığı, gözaltı qaralmaları azaltdığı və sızanaqlara qarşı kömək etdiyi iddia olunur. Bəs bu üsul həqiqətən effektivdirmi?. BİG.AZ xəbər verir ki, kartof kalium və C vitamin
12:34 64 "Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq"
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimiz
11:09 134 Zahid Oruc:"Sökülən evlərin və obyektlərin əvəzində verilən sahənin ölçüsü…"
Təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişikliyi özündə ehtiva edir. Dövlət əhəmiyyətli yollarla yanaşı tunellər, o cümlədən metro çəkilişi, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiy
12:45 67 İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi
Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü
11:26 131 Kanada ABŞ-dan ilk iki CF-35A qırıcı təyyarəsini qəbul edib
Kanada ABŞ-dan ilk iki beşinci nəsil CF-35A qırıcı təyyarəsini qəbul edib. xəbər verir ki, bu barədə "The Aviationist" bloqu məlumat yayıb. Təhvil-təslim mərasimi oktyabrın 22-də ABŞ-ın Arizona ştatında yerləşən Luke Hərbi Hava Qüvvələri bazasında keçirilib. Təyyarələrin Kanada pilotlarını
11:11 131