Azərbaycanda yağıntılı hava dekabrın 14-ü gündüzədək davam edəcək

Azərbaycanda yağıntılı hava dekabrın 14-ü gündüzədək davam edəcəkAzərbaycanda yağıntılı hava şəraiti dekabrın 14-ü gündüzədək davam edəcək.

Bu barədə BiG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 10:00-a olan məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, əksər rayonlarda arabir yağış yağıb, bəzi şərq rayonlarında intensiv olub.

Düşən yağıntının miqdarı Astarada 57 mm, Lənkəranda 50 mm, Yardımlıda 11 mm, Quba, Neftçala, İsmayıllı, Şabran, Oğuz, Mingəçevir, Göytəpə, Qobustan, Şamaxı, Balakən, Göyçay, Şəki, Biləsuvar, Lerik, Zərdab, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Naftalan, Göygöl, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Qəbələ, Zaqatala, Ağsu, Tərtər, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Gəncə, Qusar, Xaltanda 6 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Balakən, Yevlax, Daşkəsən, Gədəbəy, Göygöl, Tərtər, Zərdab, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Quba, Qusar, Göyçay, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5 dərəcəyədək isti, Naxçıvan MR-da 0-5 dərəcə isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü gündüzədək davam edəcəyi gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1216   Tarix: 12 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pişiklər maşında niyə dayanmadan miyoldayır?

Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə

27.10.2026 228
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27.10.2026 416
.

Türk ulduzlarının milyonluq sərvəti - Siyahı

Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat

27.10.2026 220
.

Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. "Qafqazinfo" xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətil

27.10.2026 252
.

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql

27.10.2026 206
.

Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil

Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ

27.10.2026 239
.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

27.10.2026 279
.

"Napoli"nin oyunçusu cinayətin qurbanı oldu

"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə

27.10.2026 230
.

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın

27.10.2026 142
.