Qalmaqallı "Sea Breeze işi"ndə tərəflər barışsa da...
Bu ilin yayında "Sea Breeze"də baş verən kütləvi dava ilə bağlı məhkəmə istintaqı davam edir.
"Qafqazinfo" xəbər verir ki, dekabrın 12-də "Sea Breeze" işi üzrə 2 məhkəmə prosesi təyin olunub. Hər iki işi üzrə hakim də, prokuror da eyni şəxslərdir. İşdə dövlət ittihamını prokuror Amin Şəkərəliyev müdafiə edir.
Birinci iş üzrə 4 nəfər - Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və yeniyetmə M.Ə müttəhim kürsüsündə əyləşib.
Onlardan yalnız M.Ə həbsdə deyil. Təqsirləndirilən şəxsin yeniyetmə olması nəzərə alınaraq barəsində alternativ qətimkan tədbiri seçilib. Bu iş üzrə Elnur Məmmədov və Cavad Muradov zərərçəkmiş şəxs kimi tanınıblar.
Sonuncu iclasda sərbəst ifadə verən M.Ə ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edib. Bildirib ki, həmin ifadə ondan təzyiq altında, valideyninin iştirakı olmadan alınıb.
Məktəbli hakim Mirheydər Zeynalovun suallarına cavab olaraq bildirib ki, müstəntiq onun üstünə qışqırmaqla, onu evə buraxacağını deməklə aldatmaqla özünün yazdığı ifadəyə qol çəkdirib. Hakim onun imtina etdiyi ifadəni elan edib. Həmin ifadəyə görə M.Ə hadisə baş verən zaman "Sea Breeze"də Elmir İsmayılovun yanında olub. M.Ə hakimin diqqətinə çatdırıb ki, ifadə başdan-ayağa yalandır, o, hadisə baş verən zaman Mərdəkan qəsəbəsində dostları ilə bağda olub.
Prokuror Amin Şəkərəliyev müstəntiqin məhkəməyə dəvət olunaraq dindirilməsini istəyib. Vəkillərin, təqsirləndirilənlərin, zərərçəkənlərin qəti etirazlarına baxmayaraq, prokurorun vəsatəti təmin olunub. Bu gün keçiriləcək prosesə iş üzrə müstəntiqin dəvət olunaraq dindiriləcəyi gözlənilir.
Bu gün "Sea Breeze" işi üzrə daha bir proses eyni hakim Mirheydər Zeynalovun sədrliyi, eyni prokuror Amin Şəkərəliyevin iştirakı ilə davam etdiriləcək. Bu iş üzrə isə digər işdə zərəçəkən olan Cavad Vahid oğlu Muradovla Şamxal İlham oğlu Məmmədov təqsirləndirilən şəxslərdir. Elnur Leysan oğlu Məmmədov isə şahid statusundadır.
Zərərçəkən şəxslər isə digər işdə təqsirləndirilən statusunda olan Elmir İsmayılov, onun qardaşı Elgün İsmayılov, Peyman Vəlizadə Məhəmməd Həsənzadədir.
Cavad Muradova Şamxal Məmmədovdan fərqli olaraq xuliqanlıq ittihamı ilə yanaşı, əmlakı qəsdən zədələmə ittihamı da verilib. Məhkəmədə məlum olub ki, restoranda söyüş söyüb dava salan da, Elmir İsmayılov və digərlərini ətrafındakılarla bərabər döyən də, onun maşınını əzən də Elnur Məmmədov olub. Cavad Muradova gəlincə isə onun təşəbbüsü ilə hadisədən bir neçə saat sonra o və Elnur Məmmədov Elmir İsmayılov və digərləri ilə görüşüb üzrxahlıq edib, barışıblar.
Bu, iki aya yaxındır keçirilən proseslərdə də dəfələrlə hakim diqqətinə çatdırılıb, elə dava baş verən gün barışdıqları, aralarında hər hansı bir narazılıq, ədavət olmadığı bildirilib. Buna baxmayaraq, kimlərsə prosesin davam etdirilməsində maraqlıdır.
Qeyd edək ki, Elnur Məmmədov Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur. Elnur Məmmədovun qardaşı prokurorluq orqanlarında məsul vəzifədə çalışır, özü isə "Sea Breeze"dəki Vergilər Xidmətinin inspektoru olub.
Fotoda Leysan Məmmədov

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 695 Tarix: 12 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPişiklər maşında niyə dayanmadan miyoldayır?
Pişiklər avtomobillə səyahət etməyi adətən sevmirlər. Yol boyu yüksək səslə miyoldayaraq narazılıqlarını göstərirlər. Bəs bunun səbəbi nədir və ev heyvanının səfəri daha rahat keçirməsinə necə kömək etmək olar?. xarici mediaya istinadən xəbər verir ki, avtomobildə heç olmasa bir dəfə pişik aparan sürücülə
27.10.2026 228 Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu
Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is
27.10.2026 416 Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən qazandıqları sərvət bəlli olub. Onlar milyonlarla lirəlik gəlirlərini daşınmaz əmlaka yatırırlar. Axşam.az xəbər verir ki, "Gel Konuşalım" proqramının məlumatına görə, aktrisa Məryəm Üzərli 320 milyon lirə (təxminən 11 milyon manat
27.10.2026 220 Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. "Qafqazinfo" xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətil
27.10.2026 252 Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"
"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql
27.10.2026 206 Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil
Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ
27.10.2026 239 Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu
27.10.2026 279 "Napoli"nin oyunçusu cinayətin qurbanı oldu
"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə
27.10.2026 230 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır
Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın
27.10.2026 142