Vergidən yayınan şirkətləri və şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA

Vergidən yayınan şirkətləri və şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA"Ümumiyyətlə bir çox ölkələrdə vergidən yayınma ən ağır cinayətlərdən biri hesab olunur. Bizdə hələki belə bir əhval-ruhiyyə yaranmayıb. Halbuki istənilən vergidən yayınma pensionerin təqaüdünün vaxtında almamasına gətirib çıxarır. Bu daha ağır bir vəziyyət ola bilər. Ona görə bunun çox böyük sosial nəticəsini fikirləşməliyik. Məhz vergilər hesabına büdcə formalaşır. Büdcədən həm ölkənin təhlükəsizliyi ilə bağlı, həm də cinayətkarlara qarşı mübarizə ilə bağlı, təqaüdçülərin, müəllimlərin əmək haqqısının alınması ilə bağlı vəsaitlər ödənilir. Əsas bu istiqamətdə müdafiə olunan xərclər var. Bunlar məcburidir və ödənilməlidir. Təsəvvür edin ki, vergi azalır, vergidən yayınma var. Bu istər istəməz başqa sözlə desək, cəmiyyətin cibinə girmək deməkdir".

BiG.AZ xəbər verir ki, bu sözləri BiG.AZ-a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, Vergidən yayınma ağır korrupsiya cinayəti hesab olunur.

"Şübhəsiz ki, Azərbaycan Respublikası "İnzibati Xətalar" məcəlləsində, həm də "Cinayət" məcəlləsində vergidən yayınmağa görə məsuliyyət nəzərdə tutulub. Cinayət hüququ təqib və məsuliyyəti buraya daxildir. Eyni zamanda bizim İqtisadiyyat Nazirliyi yanında yaradılmış Vergi Xidməti hər zaman vergi ödəyənləri əvvəlcədən xəbər edir ki, vergini vaxtında ödəyin. Hətta bir neçə dəfə xəbərdarlıq edir. SMS xəbərdarlığı gəlir. Kimsə əgər unudub ödəməyibsə bununla bağlı əvvəlcədən məlumatlat gəlir. Yetərli qədər qabaqlayıcı tədbirlər nəzərə tutulur. Ona görə hesab edirəm ki, bütün xəbərdarlıqlardan sonra, vergidən yayınma baş verirsə, deməli burada hansısa birbaşa vergidən yayınmağa cəhd yaranır. Əgər sənə zamanında xəbərdarlıq edirsə, vergini ödəmirsənsə bu nə deməkdir. Bu o zaman qəsdən törədilir. Əlbəttə ki, belə olan halda cinayət məsuliyyəti yarada bilir və yaradır".

Hüquqşünas bildirib ki, hər il eyni zamanda "Vergi" məcəlləsinə müxtəlif dəyişikliklər baş verir. Bu dəyişikliklər vergi ödəyicilərinin dairəsinin genişləndirilməsinə gətirib çıxarır:

"Müəyyən vergilərin azalması prosesi başlayır. Buda vergi ödəməni stimullaşdırır. Şəffaflıq və hesabatlılıq miqyasında, vergi xidmətində öz əksini tapıb. Hətta əgər hansısa bir vergi ödəyicisinə qarşı qeyri-rəsmi təhdidlər varsa, bununla bağlı kifayət qədər tədbirlər görülür. Vergi Xidmətində qaynar xətt fəaliyyət göstərir və bununla bağlı kifayət qədər məlumat var. Əgər vergi ilə bağlı hər hansı bir mübahisə varsa, bu da çox diqqətlə vergi xidmətində araşdırılır. Hesab edirəm ki, mövcud vergi ödəyicisi və onun məsuliyyətini artırmaqla bağlı, eyni zamanda daimi diqqətli yanaşmaq ilə bağlı, müvafiq vergi infrastrukturu tamamilə mövcud olmuşdur. Vergi inzibatçılığıda yüksək səviyyədə təşkil olunmaqdadır".

Əliməmməd Nuriyev qeyd edib ki, bizim vergi ödəyiciləri sadəcə olaraq çox rahatlıqla heç bir yerə getmədən öz ofisində bu ödəmələri həyata keçirə bilər:

"Buda müştəri məmnunluğu üçün mühüm şərtlərdən biridir. Sən vaxt itirmirsən. Əlavə xərclər çəkmirsən və vergi ödəməmək üçün ciddi əsaslar yoxdur. Əgər fırıldaqçılıq, dələduzluq ilə məşğul olacaqsa, vergidən yayınacaqsa, deməli burada başqa düşüncələrə düşmək, qeyri-formal əlaqələr nəzərdə tutulur. Buna görə də, əlbəttə ki, sərt məsuliyyət tədbirləri vardır və cinayət məsuliyyəti nəzərdə tutulub. Bu baxımdan vergini ödəməməj üçün ciddi əsaslar yoxdur. Nə sosial əsasları var, nə də iqtisadi əsasları var. Çünki normal vergi dərəcələri vardır. Sadəcə olaraq hər kəs məsələyə vidanla yanaşmalı və vergini ödəməlidir".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1404   Tarix: 11 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

24 saatlıq paylaşımla sərvət qazanır - Aktrisanın reklam gəliri açıqlandı

Türkiyəli məşhur aktrisa Hande Erçelin sosial şəbəkələrdə reklam paylaşımlarından əldə etdiyi gəlir açıqlanıb. Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisanın "Instagram" hesabında 24 saat ərzində bir reklam hekayəsi üçün 500-700 min türk lirəsi (28 min manat) tələb etdiyi iddia olunub

27.10.2026 228
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

27.10.2026 270
.

Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Foto

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. "Qafqazinfo" xəbər verir ki, ICESCO-nun Baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətil

27.10.2026 252
.

İnsanlar niyə gecə daha çox düşünür?

Gecə yatağa uzananda gün ərzində ağlımıza belə gəlməyən hadisələri xatırlayır, keçmiş söhbətləri təkrar-təkrar düşünür və gələcəklə bağlı narahatlıqlar yaşayırıq. Bəzən hətta illər əvvəl baş vermiş bir hadisə belə gecənin sakitliyində yenidən gözümüzün önünə gəlir. Bəs bunun səbəbi nədir?. Gün ərzind

27.10.2026 234
.

Hava dəyişəcək - Xəbərdarlıq

Oktyabrın 28-i əsasən şərq rayonlarında, 29-30-da isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlı

27.10.2026 354
.

Penitensiar xidmətə yeni rəis təyin edildi

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin yeni rəisi təyin edilib. "Qafqazinfo"nun məlumatına görə, Prezidentin Sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev bu vəzifəyə gətirilib. Qeyd edək ki, S.Rzayev müxtəlif illərdə daxili işlər orqanlarında müstəntiq, Fövqəladə Hallar Nazirliyində şöbə

27.10.2026 319
.

Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil

Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ

27.10.2026 239
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27.10.2026 246
.

Milyarderin oğlu dayanacaqda öldürüldü

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. xarici mediaya istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə, hadisə oktyabrın 14-də axşam saatlarında Vyentyandakı yaşayış komplekslərində

27.10.2026 218
.