Arvadından şübhələndi, tanışını evə gətirərək... - Azərbaycanda şok hadisə

Arvadından şübhələndi, tanışını evə gətirərək... - Azərbaycanda şok hadisəQuba rayonunda 1968-ci il təvəllüdlü Kənan ailəvi tanışı, 1963-cü il təvəllüdlü Elçini (adlar şərti verilib - red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, qətl hadisəsi 3 iyun 2022-ci ildə Quba rayonunun kəndlərindən birinin ərazisində baş verib.

Kənan həmin gün saat 18 radələrində kənddə yerləşən mağazada bir bakal spirtli içki olan pivə və 250 qram araq qəbul edib.

Daha sonra o, saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gəlib. O, şam yeməyi hazırlamadıqlarına görə qızı və arvadı ilə mübahisə edib. Onları nalayiq ifadələrlə təhqir edib.

Həmin vaxt müdaxilə edərək onu sakitləşdirməyə çalışan ailəvi tanışı Elçini də təhqir edib. Kənan Elçini yumruq və təpiklə vurub.

Həmçinin Kənan son zamanlar arvadı ilə Elçinin intim münasibətdə olmasından şübhələndiyinə görə ondan qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib.

Bu niyyətini həyata keçirmək üçün mətbəxə keçərək oradan bıçaq götürüb və bayıra çıxaraq həyətin giriş qapısından çöldə küçədə olan Elçinin üzərinə hücum edib. O, Elçinə ümumilikdə 4 bıçaq zərbəsi vurub. Baş və boyun nahiyələrindən bıçaq xəsarətləri alan Elçin kəskin qanitirmədən ölüb.

Hadisəni törədən Kənanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyunun 3-də, axşam saatlarında işdən evə gəlib və spirtli içki qəbul edib:

"Zərərçəkmiş Elçin də spirtli içki qəbul etdi. Elçinə icarə əsasında 2 hektar torpaq sahəsi vermişəm. Həmin torpaq sahəsində əkin-biçin işləri aparıb. Yaşadığım evdə də onun üçün bir otaq ayırmışam və bəzən gecələr də həmin otaqda qalıb".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü evə çatanda zərərçəkmiş Elçin onlarda olub:

"Elçin bir ayağını digər ayağının üzərinə qoyaraq oturmuşdu və köynəyinin də sinə düyməsi açıq idi. Elçinə bu barədə irad bildirdim. Daha sonra Elçin mənə söyüş söydü. Aramızda mübahisə yarandı. Söyüş söydükdən sonra mətbəxdən bıçaq götürdüm. Elçinə biri boyun nahiyəsindən, biri ürəyindən, digəri də qabırğasından olmaqla 3 bıçaq zərbəsi vurdum. Elçini 20 ildən çox olardı ki, tanıyırdım. Qısqanclıq səbəbi ilə öldürməmişəm. Sadəcə ikimiz də spirtli içki qəbul etmişik, aramızda mübahisə yarandı. Zərərçəkmiş söyüş söydüyü üçün aramızda əlbəyaxa mübahisə baş verdi. İlk olaraq zərərçəkmiş şəxsə çiyin nahiyəsindən yumruq zərbəsi, sonra daşla vurdum. Yerə yıxılarkən onu təpiklədim. Bütün bunlar baş verdikdən sonra mətbəxə keçərək, oradan bıçaq götürdüm. Ona bıçaq zərbələri endirdim. Hadisə baş verdiyi gün Elçinlə aramızda torpaq sahəsinin icarə haqqı barəsində mübahisə də yaşanmışdı".

İş üzrə zərərçəkmiş Elçinin hüquqi varisi, oğlu Vəlinin sözlərinə görə, atası icarə əsasında torpaq sahəsi götürüb və həmin torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olub:

"Həftədə təxminən 1-2 dəfə evə gəlmirdi. Atamın işlərinə çox qarışmırdıq. Bildiyimə görə, həmin günlər təqsirləndirilən Kənanın evində qalırdı. Bir gün mənə zəng edərək, atamın infarkt keçirdiyini bildirdilər. Lakin sonradan öyrəndim ki, belə bir hadisə olmayıb. Atam ilə Kənan arasında mübahisə yaranıb, Kənan da atama bıçaq zərbəsi vurub. Bildiyimə görə, mübahisə atamın Kənanla onun oğluna pul vermək istəməsi, oğlunun orada olmaması səbəbindən həmin pulu ona verməyi tələb etməsindən sonra yaranıb".

Hüquqi varis qeyd edib ki, daha sonra təqsirləndirilən Kənan onun atasına "yaxanı bağla" deyə bildirib:

"Atam da həmişəki qaydada oturduğunu bildirib. Onlar əlbəyaxa olublar və təqsirləndirilən şəxsin ailə üzvləri onları ayırıblar. Daha sonra təqsirləndirilən şəxs bıçaq götürərək atama arxadan zərbə vurub. Hadisənin birbaşa şahidi olmasam da, təfərrüatlarını təqsirləndirilən şəxsin həyat yoldaşı və qızından hazırda qeyd etdiyim kimi eşitmişəm. Təqsirləndirilən şəxslə aramızda barışıq yoxdur".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kənan 12 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1075   Tarix: 09 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Uşaqları həyata hazırlamaq hər məzmunu onlara təqdim etmək demək deyil

Uşaqları üçün kitab seçən valideynlərin əsas arzusu övladlarının yaxşı oxuması, gözəl sözlər öyrənməsi, mənəvi dünyasının zənginləşməsi və sağlam düşüncəli insan kimi yetişməsidir. Valideyn kitab alarkən onun səhifələrində yalnız nağıl, şeir və mahnı deyil, həm də uşağın yaşına uyğun sözlər, düşüncələ

27.10.2026 239
.

Paltaryuyanın səsinə görə arvadını döydü, cinayət işi açıldı

Bakıda arvadını döyən kişiyə cinayət işi açılıb. xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 57 yaşlı Sahil Qasımov (şərti adla) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib. Buna səbəb isə hadisə olan gecə paltaryuyan maşının işləməsi olub. Belə ki, Sahilin sözlərinə görə, həmin gec

27.10.2026 245
.

"Subay vaxtımda bunu edirdim"

Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "10+" layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:. "Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikc

27.10.2026 230
.

Arda Mbappenin gözünü yolda qoydu

İspaniyanın "Real Madrid" klubunun "Barselona" üzərində 2:1 hesablı qələbəsindən sonra Kilian Mbappe ilə Arda Gülər arasında yaşanan səmimi anlar diqqət çəkib. -ın Türkiyə mediasına istinadən məlumatına görə, qarşılaşmadan sonra fransalı hücumçunun türkiyəli futbolçuya dəfələrlə səslənərə

27.10.2026 213
.

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi

27.10.2026 354
.

Yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanı

27.10.2026 270
.

Ekspert İrana səsləndi: "Dini həssaslıqlardan siyasi məqsədlərlə istifadə edilməməlidir"

İran rəsmilərinin Azərbaycanda vahid məktəbli formasının tətbiqini hicaba qarşı addım kimi təqdim etməsi dini həssaslıqlar üzərindən ictimai rəyə təsir göstərmək və Azərbaycanın daxili siyasətini müzakirə predmetinə çevirmək cəhdi kimi qiymətləndirilir. Bu fikirləri "Səs" qəzetinin baş redaktoru

27.10.2026 250
.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

27.10.2026 288
.

Evlənmədən mirasını övladlarına verdi: "Milyonçudurlar"

Türkiyəli müğənni Rafet El Roman evlənməyə hazırlaşdığı azərbaycanlı xanım Rəhimə Hacıyeva ilə nikahdan əvvəl mirası ilə bağlı qərarını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi evlilik müqaviləsi imzalamaq fikrində olmadığını bildirib. O, mirasını övladları arasında bölüşdürdüyünü qeyd edib. "Öləndə

27.10.2026 365
.