İcma: Paşinyandan azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik
Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən iclasındakı çıxışında Azərbaycana qarşı növbəti dəfə böhtan atmasını və Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif etməsini şərh edib.
"Report" xəbər verir ki, İcmanın bununla bağlı açıqlamasında deyilir: "Azərbaycan Ermənistanı Qərbi Azərbaycan adlandırmaqla Ermənistana hərbi təcavüzə hazırlaşır", - deyən N.Paşinyana xatırladırıq, bu, həmin Ermənistan və N.Paşinyan hökumətidir ki, Azərbaycan ərazilərini 30 il işğal altında saxlamış, bununla qürrələnmiş, 2019-cu ildə Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə" deyə aləmə car çəkmiş, amma sonradan "Ermənistan heç vaxt Azərbaycana qarşı ərazi iddiası etməmişdir" açıqlaması vermişdir.
"Qərbi Azərbaycan" ifadəsinə gəlincə qeyd edək ki, bu, tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və İcmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünü-identifikasiya hüququna əsaslanır.
Bu ifadəyə etiraz edən N.Paşinyan qoy izah etsin, necə olur ki, onun məntiqi ilə "Artsax", "Dağlıq Qarabağ" demək Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid etmək sayılmır, amma "Qərbi Azərbaycan" ifadəsini işlətmək Ermənistanın suverenliyinə qəsd anlamına gəlir!
Bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və sülhə, barışığa N.Paşinyanın gəlişigözəl sözləri ilə, yalandan özünə "demokrat" imici yaratmaqla deyil, səmimi addımlarla nail olmaq olar. Bu xüsusda, N.Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını və Qərbi azərbaycanlılarla tarixi barışığın əldə edilməsi üçün İcma ilə dialoqa başlamasını gözləyirik.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 620 Tarix: 18 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRamiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək
Uzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, "boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqda
28.10.2026 348 İpoteka krediti: Mənzil almamışdan əvvəl nələri bilməliyik?
İpoteka ilə mənzil almaq sadəcə daşınmaz əmlak əldə etmək deyil, uzunmüddətli maliyyə öhdəliyi götürmək deməkdir. Bu qərarı verərkən üç əsas amil düzgün qiymətləndirilməlidir: şəxsin real ödəmə qabiliyyəti, alınacaq mənzilin hüquqi vəziyyəti və kreditin ümumi dəyəri. İpoteka ilə mənzil almaq istəyənləri
28.10.2026 285 Qlazqonun iki muzeyi etik səbəblərə görə Misir mumiyalarını gizlədib
Şotlandiyanın Qlazqo şəhərində yerləşən iki muzey etik normaları əsas gətirərək qədim Misir mumiyalarının nümayişinə məhdudiyyət qoyub. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Kelvingrove muzeyində keşiş Nehtin mumiyalanmış cəsədinin olduğu tabut ekspozisiyadan çıxarılıb. Hunterian muzeyində is
28.10.2026 150 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib
28.10.2026 207 Sabahın havası açıqlandı
Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ
28.10.2026 294 "AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy
28.10.2026 251 Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu
Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib
28.10.2026 152 İntihar baş verən məktəbə psixoloqlar cəlb olunub
Bu gün Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.D.-nin intihar etməsi ilə bağlı xəbər vermişdik. "Qafqazinfo" xəbər verir ki, hadisədən sonra Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələr
28.10.2026 334 Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri
28.10.2026 381